Oxunma sayı: 169

Sual #8 : Şeyx İbn Bəz – Camaat namazına getməyənə nəsihət


Sual:

Mənim bir qardaşım var. O, əksər hallarda camaat namazına getməyərək, namazı evdə tək qılır. Onun haqqında mənə nə nəsihət edərdiniz? Çünki mən ona dəfələrlə nəsihət etmişəm.

Tarix: 2017-11-19

Cavab #8 : Şeyx İbn Bəz – Camaat namazına getməyənə nəsihət


Şeyx:

O Allahdan qorxmalı və namazı camaatla qılmalıdır. Çünki namazı camaatla qılmaq vacibdir. Elm əhlinin ən səhih bildiyi görüş də budur.

Buna Allah Rəsulunun (sallAllahu aleyhi və səlləm) sünnəsi dəlalət edir. O buyurmuşdur: “Azanı eşidib, üzrsüz yerə – camaat namazına getməyənin namazı yoxdur!”

İbn Abbasdan nəyin üzr olduğu haqda soruşulduqda, o demişdir: “Qorxu və xəstəlik”

Səhih Muslim-də kor kişinin Allah Rəsulundan izn istəyərək belə dediyi nəql edilir: “Ey Allahın Rəsulu! Mənim əlimdən tutub məscidə gətirənim yoxdur. Mən namazı evdə qıla bilərəmmi?” Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu: “Azanı eşidirsənmi?” Kişi: “Bəli” – dedi. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu: “Elə isə icabət et!”

Ona camaat namazını tərk etməyə izn vermədi. Halbuki, o kor idi və əlindən tutub gətirəni yox idi. Bəs sağlam olan adamın halı necə olar?

Onun halı daha şiddətli və daha da təhlükəlidir. Onun üçün hər bir möminə Allahdan qorxaraq, namazı camaatla qılması vacibdir.

Ey sual verən! Sən ona davamlı nəsihət etməli, onu xeyirə yönəltməkdə səy göstərməli və onu münafiqlərə bənzəməkdən çəkindirməlisən.

Ümid edirəm sənin vasitən ilə Allah ona hidayət verər və onun savabının mislini sənə də ehsan edər. Ümidsizliyə qapanma!

Bu xüsusda ona nəsihət etmələri və sənə kömək etmələri üçün atana, digər qardaşlarına və qonşularına müraciət et!

Allahdan bizə və ona hidayət diləyirəm.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir