Oxunma sayı: 146

Sual #4 : Şeyx Useymin – Müsəlman qadın hansı sahədə işləyə bilər?


Sual:

Müsəlman qadın üçün dinini öyrənməyə maneçilik törətməyən, münasib iş yeri hansıdır?

Tarix: 2017-11-15

Cavab #4 : Şeyx Useymin – Müsəlman qadın hansı sahədə işləyə bilər?


Şeyx:

Qadınlara işləmək üçün izn verilən sahələr – qız uşaqlarının tərbiyə-tədrisi ilə məşğul olmaq, yaxud qadınlar üçün dərzilik etmək, paltar tikmək və s. bu kimi işləri olan sahələrdir.

Kişilərə aid iş sahələrinə gəldikdə isə, qadınların bu iş yerlərində işləməsi caiz deyildir! Çünki bu iş yerlərində onlar kişilərlə birgə olacaqlar ki, bu da çox böyük fitnədir. Bundan mütləq çəkinmək lazımdır.

Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: “Özümdən sonra kişilər üçün qadınlardan daha zərərli bir fitnə buraxmadım.”
(Buxari, Muslim)

Necə ki, onlar İsrail oğullarını azdırdılar.

Ona görə, hər bir kişi öz qadınını fitnəyə salacaq bütün səbəblərdən uzaq saxlamalıdır!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir