Oxunma sayı: 155

Sual #2 : Şeyx Fovzan – Partlayış törədənləri dəstəkləyən, elə onlar kimi azğındır!


Sual:

Möhtərəm şeyx, sualda deyilir ki, bir nəfər var o, məscidin imamıdır. Onun qeyri-düzgün fikirləri vardır. Biz ona nəsihət edirik, amma o isə öz dediyindən dönmür, nəsihəti dinləmir.

Demək həmin adam partlayışlar törədənlər üçün dua edir, onlar bizim qardaşlarımızdır deyir və deyir ki, siz onların yerlərini bildirməklə günah qazanırsınız.

Möhtərəm şeyx, siz bu sözlər haqqında nə deyə bilərsiz? Allah sizi xeyirlə mükafatlandırsın.

Tarix: 2017-11-15

Cavab #2 : Şeyx Fovzan – Partlayış törədənləri dəstəkləyən, elə onlar kimi azğındır!


Şeyx:

Belə bir insan barəsində susmaq olmaz. Əgər ona nəsihət olunur və nəsihəti dinləmirsə onun barəsində Riyad şəhərində yerləşən məscidlərə və məscid imamlarına nəzarət edən quruma bildirmək lazımdır ki, filankəs belə-belə sözlər deyir!

Bundan sonra onlar özləri həmin imama görə lazımlı tədbirlər görəcəklər.

Çünki həqiqətdə bu insan, azğın düşüncəli insanlarla ortaqdır. Əgər bu insan onları müdafiə edir, onların əməllərinə bəraət qazandırırsa, demək o da onlardandır.

Baxmayaraq ki, o onlarla partlayışlarda iştirak etmir, amma onları dəstəkləyir və etdikləri əməllərdən razı qalırsa, demək o da onlardandır.

Belə insanın bir an belə məsciddə qalması yol verilməzdir. Məscid camaatının da onu belə özbaşına buraxmaları düzgün deyil.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir