Oxunma sayı: 211

Sual #564 : Şeyx Useymin – Bu çətin durumda prezidentin əmrlərinə tabe ol, siyasətə qarışma!


Tarix: 2020-03-29

Cavab #564 : Şeyx Useymin – Bu çətin durumda prezidentin əmrlərinə tabe ol, siyasətə qarışma!


Şeyx Useymin:

Müsəlmanlar əmr sahiblərinin işlərinə girişə bilməzlər. Siyasətin öz əhli, qab-qacaq işinin öz əhli vardır. Buna görə də əgər hər yerindən duran siyasətdən danışarsa, hər şey xarab olar. Çünki sıravi, avam müsəlmanlarda nə elm var, nə də onlar düzgün fikirləşə bilirlər! Avam müsəlmanın ağlı və fikri öz burnundan o tərəfə keçmir. Buna da dəlil Allah təalənin bu sözüdür:
{Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər.} Nisa surəsi 83.
Bu ayə buna dəlalət edir ki, avam müsəlmanlar əmr sahibləri, söz və məşvərət əhli kimi deyillər.
Buna görə də siyasət avam müsəlmanların məclislərinin söhbəti olmamalıdır.
Buna görə də kim istəyərsə sıravi müsəlmanlar əmr sahiblərinin siyasətində, rəyində, məsələlərə baxışında, fikirlərində onun məşvərət yeri olsun, onunla eyni olsunlar, artıq çox dərin bir zəlalətə dalmış olar və səhabələrin, raşidi xəlifələrin və ümmətin sələflərinin hidayət yolundan çıxmış olar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir