Sual #561 : Şeyx Süleyman Ruheyli – KORONA virusu
Sual: “”Korona” virusu “taun” hökmünü alırmı?”
Cavab #561 : Şeyx Süleyman Ruheyli – KORONA virusu
Cavab: “Təzə nəsil olaraq ortaya çıxan bu virusun dərmanını və onu dayandıracaq şeyləri hətta həkimlər belə tapa bilməyiblər. Bu virus taun hökmünü alır. Çünki taun ölümcül xəstəlikdir. İnsanlar arasında dolaşır və insanları öldürür. Buna görə də nə virusa yoluxmuş məntəqələrə səfər etmək olar, nə də virusa yoluxmuş məntəqələrdən çölə səfər etmək olar. Dövlətdən yox, məntəqələrdən. Çünki, dövlət genişdir. Virus yayılmış o yerlərdən qırağa çıxmaq olmaz. Ancaq çıxmaq istəyən şəxs bu müasir tibbi cihazlarla yoxlanıldıqdan və virusa yoluxmadığı və onu daşımadığı bilindikdən sonra çıxa bilər. Çünki burda ümumi zərəri və xüsusi zərəri dəf etmək məsələləri cəm olur. Yəni, əgər qalsa çox güman ki, yoluxacaqdır. Əgər həkimlər bu cihazlarla onun çıxmasında bir zərərin olmadığı bilsələr, o zaman çıxa bilər. İnşAllah salamat qalar və insanlara əziyyət verməz. Amma əgər yoluxmuşsa və ya virusu daşıyırsa və ya onda yoluxmanın simptomları varsa o zaman virus yayılmış o yerlərdən çıxmaq olmaz. Bu ümumi (yəni, böyük) zərəri dəf etmək üçün xüsusi (yəni, kiçik) zərərə dözməyin bəzi formalarındandır. “