Oxunma sayı: 295

Sual #559 : Şeyx Fovzanın cavabı: “Şeyx Fovzan dəfələrlə Allahı söyənə cahillik üzrdür deyib” yalanının ifşası


Şeyx Fovzan Tövbə surəsi 65-ci ayəni şərh edərək deyir:

Bu ayə çox dəqiq bir məsələyə toxunur. Belə ki, hər kim Allahı və ya Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) və ya Onun Kitabını və ya Peyğəmbərin Sünnəsini söyərsə kafir olar və bunu ciddi yaxud zarafatla deməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki bu işdə lağ-lağa yoxdur, zarafat yoxdur. Bu işdə zarafat etmək olmaz. Hər kim Allahı və ya Rəsulunu (sallAllahu aleyhi və səlləm) və ya Quranı və ya səhabələri və ya elm əhlindən onlara tabe olanları söyərsə, bunu zarafatla edəcəyi halda belə, ayədə gələn şiddətli təhdidə tuş gələcək, o dindən çıxır və mürtəd olur. Çünki barələrində ayə nazil olanlar “Biz ancaq söhbət edib zarafatlaşırdıq”- demişlər. Bunun belə Allah onların üzrxahlıqlarını qəbul etməyərək: De: Allaha, Onun ayələrinə və Onun elçisinə istehzamı edirsiniz?- buyurmuşdur.

Allaha, Rəsuluna və Onun ayələrinə zarafat və lağ-lağı edərək istehza etmək qətiyyən olmaz. Onlara ehtiram etmək lazımdır, istehza və zarafat etmək olmaz.

Həmçinin bu ayə ona da dəlalət edir ki, insan bunun küfr olduğunu bilməsə belə kafir olur. Çünki, onlar bunun küfr olduğunu bilmirdilər. Onlar iman əhli, möminlər idilər, necə ki, ayədə keçir: İman gətirdikdən sonra kafir oldunuz!
Onlar bunun küfr olduğunu bilmirdilər. Bunun belə, Allah onları (bilmədiklərinə görə) üzrlü saymadı və təkfir etdi. İnsan bunun küfr olduğunu bilməsə belə kafir olur. Allahı və ya rəsulunu və ya Quranı söyməyin küfr olduğunu bilməsə belə kafir olursa, bəs bilərək edənin halı necə? O daha betərdir. Bu mühüm məsələdir. Bu məsələdə ciddi olanla zarafat edən, bilən ilə cahil arasında heç bir fərq yoxdur. Allahdan İslamı və müsəlmanları zəfərə yetişdirməsini və dinin düşmənlərini zəlil etməsini diləyirik!

Tarix: 2020-03-29

Cavab #559 : Şeyx Fovzanın cavabı: “Şeyx Fovzan dəfələrlə Allahı söyənə cahillik üzrdür deyib” yalanının ifşası


Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir