Oxunma sayı: 130

Sual #558 : Şeyx İbn Bəz – Qəzəbli halda peyğəmbəri və dini söyənin hökmü


Sual verən: “Əgər bir şəxs qəzəblənərsə və qəzəbi güclənib dini söyərsə hökmü nə olar? Əgər evlidirsə zövcəsinin üzərinə nəsə düşürmü yəni, məsələn, əgər hökmü İslamdan çıxmaqdırsa zövcəsi ondan boşanırmı?”

Tarix: 2020-03-28

Cavab #558 : Şeyx İbn Bəz – Qəzəbli halda peyğəmbəri və dini söyənin hökmü


Şeyx: “Bu böyük məsələdir. Bu məsələnin təhlükəli halı var. Dini söymək ən böyük günahlardan və İslamı pozan şeylərdəndir. Dini söymək bütün elm əhlinə görə İslamdan çıxmaqdır. Bu istehzadan daha şərlidir. Allah Təalə belə dedi: “De, Allaha, ayələrinə və elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz.”

Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında peyğəmbəri söyən bir cariyə var idi. Onun ağası onu tövbə etmədiyi zaman öldürdü. Peyğəmbər sallalahu aleyhi və səlləm belə dedi: “Onun qanının hədər (halal) olmasına şahidlik etmirsinizmi?!”

Dini söymək İslamdan çıxmağı vacib edir. Eləcə də peyğəmbəri söymək də İslamdan çıxmağı vacib edir. Beləsi İslamı pozan şeylərdən birini edərək mürtəd olması səbəbi ilə qanı hədər (halal) və malı isə Beytul-Mala aid olan birisi olur. Lakin bu şiddətli qəzəb və ağlının qarışması səbəbindən olmuşdursa bunun başqa hökmü vardır. Elm əhlinə görə qəzəbin üç mərtəbəsi vardır:

Birinci mərtəbə, onun qəzəbi elə güclənir ki, hətta ağlını itirir. Qəzəbinin şiddətindən ağlı qalmır, seçə bilmir. Bunun hökmü dəlilərin hökmündədir. Onun sözlərinin; nə talaqının, nə söyüşünün, nə də başqa bir şeyin üzərində heç bir hökm qurulmur. Dəli kimi olur və sözləri nəzərə alınmır.

İkinci mərtəbə bundan aşağıdır. Qəzəbi şiddətlənir və qəzəbi ona qalib gəlir, fikrini dəyişir, özünü tuta bilmir, qəzəbi onu tam şəkildə ələ alır, hətta ikrah altında olan olur, öz nəfsində baş verənlərdən xilas ola bilməyən təhrik olunmuş şəxs kimi olur. Lakin bu birincidən aşağıdır. Yəni, hissiyyatını tamamiylə itirmir, ağlını tamamiylə itirmir. Lakin özü ilə bəzi insanlar; ailəsi və ya zövcəsi və ya atası və ya rəhbəri və ya başqası arasında olan çəkişmə, düşmənçilik və ədavətdən dolayı şiddətli qəzəblənir. Alimlər bu kəs haqqında ixtilaf ediblər: onlardan bəziləri “bu kəsin hökmü ayıq kəsin, aqil kəsin hökmüdür” demişdir. Bütün əhkamlar onun üçün keçərlidir; talaqı baş verir, dini söyməsi ilə mürtəd olur, mürtədliyinə və ölümünə hökm edilir, ailəsi ilə zövcəsi ilə ayrılır.

Bəziləri isə deyir ki, ağlını itirən (yuxarıdakı) birinci mərtəbəyə aid edilir. Çünki o, ona yaxındır. Çünki onun kimisi şiddətli qəzəbdən dolayı xilas ola bilməyəcəyi bu danışığa ikrah olunan kimidir. Bu söz daha zahir və daha yaxındır. Yəni, hökmü ağlını itirənin hökmündədir. Bu mənadadır ki, talaqı sayılmır, mürtəd olmur. Şiddətli qəzəbdən və qəzəbin ona xilas ola bilməyəcəyi qədər hakim olmasından dolayı hissiyyatını itirmiş adama bənzəyir. Buna da Musa aleyhissalamın hadisəsi ilə dəlil gətirmişlər. Belə ki, o, qövmünün buzova ibadət etdiyini görüncə onlara bərk əsəbləşmiş və əlindəki lövhələri yerə ataraq qardaşının saçından tutaraq özünə doğru dartmışdır. Şiddətli qəzəbdən dolayı Allah onu nə lövhələri atmağına, nə də özü kimi peyğəmbər olan qardaşı Haruna etdiklərinə görə qınamadı. Əgər bir insan ağlı başında ola-ola onu alçaldaraq yerə atsa bu böyük bir şey olar və ya bir insan peyğəmbərin saçından və saqqalından dartıb əziyyət versə bu küfr olar. Lakin Musa aleyhissələm qövmünün etdiklərinə Allah üçün bərk qəzəbləndiyinə görə Allah onu bağışladı və lövhələri yerə atmağına və qardaşını dartışdırmasına görə qınamadı.

Bunlar “şiddətli qəzəbdən dolayı talaq baş vermir” deyənlərin dəlillərindəndir. Eləcə də onun söyüşü dindən çıxartmır. Bu güclü və aydın olan rəydir. Bunun başqa dəlilləri çoxdur. Şeyxul-İsləm İbn Teymiyyə və alləmə İbn əl-Qeyyim bunu geniş açıqlamış və bu görüşü seçmişlərdir.

__Bu görüş mənim üçün də racihdir və bununla fətva verirəm. Çünki, kimin qəzəbi şiddətlənərsə ağlı bağlanar və pis sözündə və işlərində dəliyə oxşuyar. Çünki, o kəs ağlı salamat olandan dəliyə və ağıldankəmə daha yaxındır. Bu söz daha aydın və daha güclüdür. Lakin belə bir kəsin dindən çıxardan hərəkətlər etdiyin də onu çəkindirmək üçün, səhlənkarlıq etməməsi və bir daha ona düşməməsi üçün onun ədəbləndirilməsinə heç bir mane yoxdur.__

Sual verən: Yəni, məsələn cəzalandırmaq?

Şeyx: Döymək, həbs etmək və s. kimi şeylərdən edilsin. Ola bilər ki, bu şeydə çoxlu xeyir olsun. Lakin onu dəlilərin halına bənzədən bu şiddətli qəzəbdən dolayı ona mürtəd hökmü vermirik. Allahul Mustəan.

Amma üçüncü mərtəbə isə adi qəzəbdir. Hansı ki, bu halda ağlı getmir, nəfəsi daralmır və öz sabitliyini də itirmir. Əksinə bundan aşağı olan adi qəzəbdir, hisrlənir və əsəbləşir lakin, ağlı yerindədir, idarəsi yerindədir. Elm əhlinin hamısına görə belə birisinin əməllərinə hökm düşür; alışı, şatışı, talaqı və s. baş verir. Çünki, bu yüngül qəzəbdir. Onun qəsdini, qəlbini dəyişə bilmir.

Allah daha düzünü bilir

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir