Oxunma sayı: 288

Sual #556 : Şeyx Useymin – Allahı söyəni kafir saymayan özü kafirdir


Sual verən: “Fəzilətli şeyx, Allahı, rəsulunu və İslam dinini söyənin tövbəsi varmı? Bunu edənə qarşı mövqe nə olmalıdır?”

Tarix: 2020-03-28

Cavab #556 : Şeyx Useymin – Allahı söyəni kafir saymayan özü kafirdir


Şeyx: “Bəli, Allahı və rəsulunu söymək elə bir küfrdür ki, ondan yuxarı küfr yoxdur. Onu anasının bətnində olandan ölənə kimi var edəni, yaradanı və şəkilləndirəni söyür. Ağıl sahibi bunu edə bilərmi? Xeyr, vallahi! Əgər sənə bir nəfər kiçik bir şey hədiyyə versə onu sevərsən. Bəs səni yaradana, var edənə və ananın bətnində olandan ölənə kimi ruziləndirəni necə?! Onu söymək nemətlərə qarşı ən böyük küfrdür. Buna görə də deyirik ki, kim Allahı söysə kafirdir. Hətta onu zarafatla və ya gülərək və ya istehza ilə söysə belə kafirdir. Bizim əlimizdə onun danışmasından başqa dəlilimiz yoxdur. (Yəni, zahirini götürürük) Əgər küfr söz danışdısa kafir sayırıq. Əgər gəlib istehza etdiyini və ya zarafat etdiyini desə belə deyərik ki, bizə dəxli yoxdur, sən küfr danışdın kafir oldun. Allah Azzə və Cəllin bu sözünü dinlə: “Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır! Onlardan (nə üçün istehza etdiklərini) soruşsan “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” deyərlər.” Allah da onlara bu “boş-boş danışıb zarafatlaşırdıq” cavablarında belə deyir: “De: “Allaha, Onun ayələrinə və Onun elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin, iman gətirdikdən sonra artıq kafir oldunuz!”. Yaxşı, o zaman Allahı söyən kəs kafirdir. Bunda şəkk yoxdur. Əksinə mən onu kafir hesab etməyənin özünün kafir olmasında şəkk edirəm. Yəni, kim Allaha istehza edəni kafir sayırmırsa o, özü kafirdir. Çünki, o, (kafir saymayan) bu zaman Quranı yalanlayır.”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir