Oxunma sayı: 88

Sual #554 : Şeyx Racihi – Allahı və Rəsulunu söyənin hökmü və cəzası


Sual:
Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) söyən kimsə, tövbə etsə belə öldürülürmü?

Tarix: 2020-03-27

Cavab #554 : Şeyx Racihi – Allahı və Rəsulunu söyənin hökmü və cəzası


Şeyx Abdul-Aziz ər-Racihi:

Bəli, bu məsələ əmr sahibləri ilə əlaqəli olan məsələdir, Kim Allahı və ya Rəsulunu, ya da İslam dinini söyərsə, bu məsələ əmr sahibinə qayıdır ki, əmr sahibi də bunu hakimə götürür. Şəriət hakimi, yəni qazi ona ölüm hökmü verir, çünki o mürtəd sayılır və tövbəyə ehtiyac qalmır. Alimlərin bu haqda ən doğru rəy odur ki, həmin kəs tövbəyə çağırılmır, tədqiqatçı alimlərə görə Allahı söyən, Rəsulu söyən, dini söyən və ya Allah ilə istehza edən və ya Kitabı (Quran) ilə və ya Rəsulu ilə, və ya dini ilə istehza edən mürtəd və zındıq sayılır və belə kimsələr dünyada ikən böyük küfrə gəlib çatmazsa belə tövbəsiz öldürülür.
Lakin son tövbəsinə gəldikdə isə, onun halı Allaha aiddir, əgər tövbə edərsə və Allahu Təalə axirətdə onun tövbəsini qəbul edər, lakin dünyada isə şəriət hakimi onun tövbəsini qəbul etməz. Bu doğru olan rəydir.
İkinci rəy isə odur ki, o, tövbəyə çağırılır, qazi bu iki rəydən birini seçə bilər. Əgər qazi tövbəyə çağırılmasını seçərsə, ondan tövbəsi tələb olunar və o, tövbə etməlidir. Onun tövbəsi informasiya vasitəsi, mətbuatda ilə elan olunmalıdır ki, söyən kimsə artıq tövbə etmişdir və bunu demişdir. Bu, informasiya vasitəsitəsi nəşr olunmalıdır. Lakin əgər hakim ölüm hökmünü seçərsə, onda o şəxs öldürülür.
Şeyxul-İslam ibn Teymiyyə bu barədə “əs-Sarimul Məslul alə şətəmur-Rasul” adlı kitab yazmışdır və qərara almışdır ki, tədqiqatçı alimlərin nəzdində düzgün olan rəy odur ki, bu dünyada ondan tövbə tələb olunmaz və tövbəsi qəbul olmaz, çünki böyük bir küfrə düşmüşdür, lakin axirətdə isə halı Allaha qalmışdır. Əgər tövbəsi ixlaslı olarsa hökmü tövbə edənlərdən sayılar və əgər tövbəsi yalandan olarsa ona yalançı hökmü verilər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir