Oxunma sayı: 209

Sual #552 : Şeyx Useymin – Adətlə Allahı söyənin hökmü


Sual verən: “Hörmətli şeyximiz, Allahı və dini söyənin hökmü nədir? Beləki, bu kəs əsəbləşdikləri vaxt bu işi adət edən qövmün arasında böyümüşdür. Həmçinin əgər özünün müsəlman olduğuna etiqad edirsə onunla necə rəftar edilməlidir?”

Tarix: 2020-03-27

Cavab #552 : Şeyx Useymin – Adətlə Allahı söyənin hökmü


Şeyx: “Bəli, elm əhli deyir ki, kim ciddi olaraq və ya zarafatla Allahı və ya rəsulunu və ya kitabını və ya dinini söyərsə kafir olur. Buna da Allahın peyğəmbəri və səhabələrini söyən münafiqlər barəsində olan bu sözündən dəlil gətirmişlərdir: “Əgər onlardan bunu nə üçün etdiklərini soruşsan “Biz ancaq əylənib zarafat edirdik” deyərlər. De, Allaha, ayələrinə və rəsulunamı istehza edirsiniz?! Üzrxahlıq etməyin, iman gətirdikdən sonra kafir oldunuz!” Yəni, deyir ki, istehza edirdiniz, üzrxahlıq etməyin iman gətirdikdən sonra kafir oldunuz. Onlardan bir nəfər Allah rəsulunun sallallahu aleyhi və səlləm yanına gəlib deyirdi: “Biz yolumuzu qısaltmaq üçün yol söhbətləri edirdik.” Peyğəmbər isə belə təkrar edirdi: “De, Allaha, ayələrinə və rəsulunamı istehza edirdiniz?! Üzrxahlıq etməyin, iman gətirdikdən sonra kafir oldunuz!”

Amma əgər bunu şiddətli qəzəbdən dolayı dedisə belə ki, özünə hakim ola bilmir və nə dediyini də bilmirsə o kəs bununla kafir olmur. Çünki o, bu sözü demək istəmirdir. Buna görə də əgər kişi özünə hakim ola bilməyəcəyi şiddətli bir qəzəblə öz zövcəsini boşayarsa zövcəsi boşanmış sayılmaz. Necə ki, bilirsiniz, peyğəmbər sallallahu aleyhi və səlləm Allahın Öz qulunun tövbəsinə sevinməsindən danışmışdır ki, O Subhənəhu və Təalə öz qulunun tövbəsinə səfərdə olub yeməyi-içməyi üzərində olan dəvəsini itirən və sonra onu tapdığı zaman sevinən kəsin sevinməsindən daha çox sevinir. Beləki, bu kəs onu itirdikdən sonra axtarır amma onu tapmır və gedib ağacın altında oturur ölümünü gözləyir. Ölümünü gözləməkdən başqa heçnəyi qalmır. Yuxuya gedir və ayılanda birdən dəvəsini başının üstündə görür. Dərhal onun yüyənindən tutub dua edir: “Allahım, Sən mənim qulum, mən isə Sənin Rəbbinəm”. Əslində o, “mən Sənin qulunam, sən isə mənim Rəbbim” demək istəyirdi. Lakin, peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, sevincin şiddətindən xəta etdi və kafir olmadı.

Xülasə budur ki, kim istər ciddi olsun istərsə də zarafarla olsun Allahı və ya rəsulunu və ya dinini və ya kitabını söyərsə kafirdir. Amma özünə hakim ola bilmərək və nə dediyini bilmədən qəzəblənib deyərsə kafir olmur. Nə üçün? Çünki, onun sözü sayılmır.”

Sual verən: “Şeyx, deyir ki, “onlar buna adət ediblər.”

Şeyx: “Xeyr, o deyir ki, qövmu buna adət edib. Bu adət pis adətdir, gərək bunu dillərindən təmizləsinlər.”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir