Oxunma sayı: 189

Sual #551 : Şeyx Rabi əl-Mədxali – Allahı və dini söyənin hökmü


Sual:

Bir nəfər soruşur ki, ticarət yerində işləyir, bunlarla birgə dini söyən kəs də var. Batil şeylər danışırlar, alimlər barədə pis danışırlar, mənə nə nəaihət edirsiniz?

Tarix: 2020-03-27

Cavab #551 : Şeyx Rabi əl-Mədxali – Allahı və dini söyənin hökmü


Şeyx:
Bəs bu sual verən bu şeyləri eşitdə nə edir? İnanmıram ki, bu münkəri dəyişə bilsin. Allahı və dini söymək küfrdür, dindən çıxarır. Eşidirsən ki, Allahı söyürlər, necə onlarla bir yerdə olursan?! Kimi söyür?

Tələbə:
Alimləri.

Şeyx Rabi:
Peyğəmbəri söymür?

Tələbə:
Xeyr.

Belə kəs nə peyğəmbəri söyməkdən ehtiyat edər, nə də alimləri. Elə isə necə onlarla bir yerdə işləyirsən?! Allah qorx, bax gör Allah təqvası üzərində kim sənə kömək edər (iş yerini dəyişmək mənasında).

Bildiyim budur ki, nə yəhudi, nə də nəsranilər Allahı söymürlər. Nə yəhudilər, nə nəsranilər, heç rafizilər belə Allahı söymürlər.

Bu tip murdar insanlar ateistlərin əlində tərbiyə almış kəslərdir ki, Allahı da söyürlər, dini də söyürlər. Bunlar kafirdirlər. Bunlarla oturub-durmayın, qaynayıb-qarışmayın!!!
Sələflər adi bidət əhli ilə oturub-durmaqdan çəkindiriblər, Allahı söyən necə?!
Peyğğmbər də belə kəslərlə oturub-durmaqdan çəkindirib.

{Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.} Ali İmran surəsi 7.

Peyğəmbər bu ayəni oxudu və dedi:
“Əgər mütəşabih ayələrə uyarlar görsəniz, bilin ki, Allahın dediyi kəslər onlardır, onlardan çəkinin”.
Onlardan uzaq durun.

“Saleh insanla dostluq edənin və pis insanla dostluq edənin misalı: körük vuranın və müşk satanın misalındadır. Müşk satan ya sənə ondan hədiyyə verər, ya da sənə də onun gözəl iyindən hopar.
Amma körük vuran isə ya o qığılcımlar sənin də paltarını yandırar, ya da səndən də o üfunətli iy gələr.

Bu pis insanlarla oturub-durmaqdan çəkindirməkdir.
Elə isə necə daima onlarla bir yerdə olursunuz?!
Özünə ehtiram edən, dininə ehtiram edən belə insanların olduğu yerdə işə düzəlməz. Başqa iş axtarsın. Getsin ticarət eləsin. Müstəqil iş görsün.
{Kim Allahdan təqvalı olarsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ummadığı yerdən onu ruziləndirər.} Talaq surəsi 2-3.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir