Oxunma sayı: 200

Sual #549 : Şeyx İbn Bəz – Allahı, rəsulunu və dini söyənə cahillik üzr deyil!


Tarix: 2020-03-27

Cavab #549 : Şeyx İbn Bəz – Allahı, rəsulunu və dini söyənə cahillik üzr deyil!


Şeyx İbn Bəz:

Eləcə də dinlə istehza etmək, dinə tənə etmək, lağa qoymaq, söymək bütün bunların hamısı böyük küfr və bunları edən kəsə üzr olmayan küfrdür. Çünki bunlar dindən zəruri olaraq bilinən məsələlərdəndir ki, dini və ya rəsulu söymək, eləcə də dinlə istehza etmək, ələ salmaq böyük küfrdür. Allah taələ deyir: {  Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”  } Tövbə 65-66.

Ona görə də hər yerdə elm əhlinə vacibdir ki, insanların arasında bu hökmləri yaysınlar, izhar etsinlər ki, heç bir kəsin üzrü qalmasın, onların arasında bu böyük münkər yayılmasın.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir