Oxunma sayı: 221

Sual #548 : Şeyx İbn Bəz – Qəzəbli halda Peyğəmbəri və dini söyənin hökmü


Sual:
İnsan qəzəbli halda dini söydü, həmin şəxs zövcəsindən boşanırmı? Və onun kəffarəsi varmı?

Tarix: 2020-03-27

Cavab #548 : Şeyx İbn Bəz – Qəzəbli halda Peyğəmbəri və dini söyənin hökmü


Şeyx İbn Bəz:
Dini söyən – İslamdan çıxmaqdır ( mürtəd olmaqdır ) , əgər zövcəsi (boşanma) müddətini gözləməyə başlamamışdan qabaq , tövbə edib Allaha qayıdarsa – o halda ona zövcəsi olaraq qalır .”
Əgər artıq zövcəsi (boşanma) müddətini gözləyirsə – onda o (qadın) ona haram olur , ta ki o Allah Subhənəhu və Təalənin qarşısında tövbə edərək , haqqa qayıdıb , yenidən kəbinə girincəyə qədər .

Amma o əgər küfründə və zəlalətində davam edirsə – bu halda o ( qadın ) ona haram olur , ta ki o insan Allaha tövbə edib , yenidən kəbinə girincəyə qədər . Amma əgər o iddət müddətindən öncə tövbə edibsə – bu halda zövcəsi olaraq qalır . Kim səmimi olaraq tövbə edərsə , Allah ondan qəbul edər . Əgər məsələ əmr sahibinə çatarsa – onda onu Şəriət məhkəməsinə götürmək lazımdır . Və bu məsələni şəri məhkəmədə həll etmək lazımdır , ki, dini və Allah Rəsulunu ( sallallahu aleyhi və səlləmi ) söyənə Allahın şəriəti ilə hökm çıxarsınlar .

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir