Oxunma sayı: 191

Sual #547 : Şeyx Süleyman Ruheyli – Ağlı başında olan kimsə Allahı söyərsə, müəyyən olaraq təkfir edilir!


Tarix: 2020-03-27

Cavab #547 : Şeyx Süleyman Ruheyli – Ağlı başında olan kimsə Allahı söyərsə, müəyyən olaraq təkfir edilir!


Şeyx Süleyman Ruheyli:

Əgər insan əsəbləşib bir küfr söz deyərsə..
İndi bir çox insanlar mənə zəng edib deyir ki, atam əsəbləşəndə dini söyür, kafir olurmu? Deyirik ki, alimlər bu hökmdə belə deyirlər: Qəzəbin dərəcələri vardır:

Birinci dərəcə, insanın bu qəzəblə dəli kimi olmasıdır. Ağlı örtülüb, dəli kimi olur, yeri göydən seçə bilmir. Əuzubilləh, məsələn, bəzi insanlar əsəbidir. Qəzəblənərkən ətrafında nəyin olduğunu dərk etmir. Ola bilsin ki, arvadını görsün və desin ki, səni boşadım. Anası gəlib deyir ki, ay oğlum niyə belə edirsən? .. Deyir ki, səni də boşadım. Anasını zövcəsindən seçə bilmir. Bunun hokum dəlinin hökmüdür. Alimlərin ittifaqı ilə dediyi sözə  görə məsuliyyət daşımır. Əgər onun əsəbi halı bu dərəcəəyə çatarsa və bir şey deyərsə məsusliyyət daşımır, hətta küfr söz desə belə..

İkinci dərəcə, isə qəzəbi ağlına güc gəlməsin, lakin özünə güc gəlsin və özünə hakim ola bilməsin. Yəni, yoxuşdan düşən birisi kimi olsun. Enişi görür, lakin dayana bilmir. Ağlı var, lakin gücü çatmır. Belə ki, bu kəs özünə hakim ola bilmədən danışır. Əgər susmaq istəsə susa bilmir. Alimlərin sözlərində səhih olanına görə bu kəs məsuliyyət daşımır.

Allahın bu sözünə görə “Allah hər kəsi yalnız gücü çatan qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Bəqərə, 286)” və bu onun gücündə deyildir. Susmağa gücü çatmırdı. Elm əhlinin sözlərindən səhih olanına görə məsuliyyət daşımır.

Üçüncü dərəcə isə, nə dəli olacaq qədə ağlı örtülsün və nə də ki, özünə hakim ola bilməyəcək qədər tutulsun. Bax, bu kəs sözünə görə məsuliyyət daşıyır. Əgər talaq versə talaq baş verər. Allah qorusun, əgər Allahı söysə müəyyən olaraq kafir olmasına hökm verilər.

Ey qardaşlarım, elə isə bu şərt mühümdür. Sözü deyən və ya əməli edən həddi-büluğa çatmalı və ağlı başında olmalıdır. Gərə ağlı getmiş olmasın, sərxoşluqdan və ya qəzəbdən dolayı da ağlı itməsin.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir