Şeyx Rabi haqda sələfi alimlərin sözləri

1- Şeyx İbn Bəz

Şeyx Xalid Abdurrahmən:

Yadımdadır, bir dəfə Şeyx Rabidən soruşdum:
– Şeyx İbn Bəz sizi dəstəkləyirdimi?

O (Şeyx Rabi İbn Hədi əl-Mədxəli) cavab verdi:
– Özüdə necə?! O (Şeyx İbn Bəz) haqqı müdafiə etmək xüsusunda ən şiddətli insanlardan biri idi.

Sonra (Şeyx Rabi) dedi:
– Günlərin biri mənə dedilər ki, Şeyx İbn Bəz mənə nəsihət etmək üçün mənlə görüşmək istəyir. Mən onu ziyarət etdim və ona “bəzi qardaşlarım mənə xəbər verdi ki, mənə nəsihət etmək istəyirsiniz və mən də, nəsihət edəsiniz deyə sizi ziyarətə gəldim.” dedim.

(Şeyx İbn Bəz) dedi:
– Bəli! Ey Rabi, Sünnəyə müxalif olan hər kəsə rədd ver!
Hətta İbn Bəz belə Sünnəyə müxalif olarsa, İbn Bəzə də rədd ver. (Özünü qəsd edir!)

https://www.youtube.com/watch?v=VwrSg-WDhuc

Şeyx İbn Bəz:

İki dostum – hörmətli şeyx Muhəmməd Əmən əl-Cəmi və şeyx Rabi ibn Hədi əl-Mədxəli, bunların hər ikisi Əhli Sünnədəndirlər, mənim yanımda elm, fəzilət və səhih əqidə sahibi olaraq tanınmaqdadırlar.

Professor Muhəmməd Əmən bu ilin şaban ayının iyirmi yeddisi (1416 hicri), həftənin dördüncü günü vəfat etmişdir. Allah ona rəhm etsin.

Hər ikisinin kitablarından faydalanmağı tövsiyyə edirəm.

Allahdan istəyirik ki, hamımızı Özünün razı qaldığı əməlləri etməyə müvəffəq etsin, itirdiyimiz şeyx Muhəmməd Əmənin günahlarını bağışlasın və bütün müsəlmanları Özünün razılığını qazanmağa və saleh əməllər işləməyə müvəffəq etsin.

Allah təalə duaları qəbul edəndir.

https://www.youtube.com/watch?v=G_ZOoivAOck

Şeyx İbn Bəz:

Şeyx Rabi Əhli Sünnənin ən xeyirlilərindəndir, onun Əhli Sünnədən olması hamıya bəllidir, kitabları və məqalələri də hamıya bəllidir.

https://www.youtube.com/watch?v=6cejwi1C39s

Şeyx İbn Bəz:

Mədinədəki tanınmış şeyx qardaşlarımız barədə bizdə heç bir şəkk-şübhə yoxdur ki, onlar pak, sağlam əqidə sahibləridir və Əhli Sünnə vəl-Cəmaadandırlar.

Misal olaraq şeyx Muhəmməd Əmən əl-Cəmi, Şeyx Rabi ibn Hədi, Şeyx Saleh Suheymi, Şeyx ibn Nəfii, Şeyx Muhəmməd ibn Hədi.

Bunların hamısı bizim yanımızda doğru yolda olmaları ilə, elmlə və pak əqidələri ilə tanınırlar.

https://www.youtube.com/watch?v=3rBiMJH40Bo

Taif şəhərində şeyx Rabi ibn Hədi əl-Mədxəlinin “Sələfi mənhəcinə sarılmaq” adlı mühazirəsini dinlədikdən sonra şeyx Abdul-Aziz İbn Bəz deyir:

“Fəzilətli şeyx Rabi ibn Hədi əl-Mədxəlidən “Kitab və Sünnəyə sarılmaq və ona müxalif olan şeylərdən, həmçinin firqəçilik, ixtilaf və həvaya təəssübkeşlik etməkdən çəkinmək” mövzusunda bu gözəl sözləri eşitdik.

Çox gözəl danışdı və hamını faydalandırdı. Allah onu xeyirlə mükafatlandırsın və sabitliyini qat-qat artırsın.

Şeyx İbn Bəz (Allah ona rəhmət etsin) mühazirəsini bu sözlərlə bitirir:

Allahdan istəyirəm ki, hörmətli şeyx Rabini bütün xeyirlərə müvəffəq etsin və bu sözlərinə görə onu xeyirlə mükafatlandırsın.

https://www.youtube.com/watch?v=EUG6p4JS3UA

2- Şeyx Albani

Sual verən:

Şeyx Muqbil və Şeyx Rabinin (Allah onları qorusun) bidət və azğın sözlərə qarşı etdikləri cihadı, onların mövqelərini bilirsiniz. Lakin bəzi cavanlar bu iki şeyxin qədir-qiymətində şəkk edirlər. Müxtəsər olsa da belə, bu iki şeyx barədə danışsaydınız yaxşı olardı. Allah təalə bununla insanlara xeyir versin və bu iki şeyx barədə danışan və öz ayıblarını unudaraq onların yollarının ayıb olduğunu göstərmək istəyən insanların dillərinə möhür vursun.

Şeyx Albani:

Heç bir şəkk yoxdur ki, Allah təaləyə şükürlər edirik ki, Kitab, Sünnə və saleh sələflərin mənhəci üzərində olan bu mübarək dəvət üçün müxtəlif İslam diyarlarında bir çox dəvətçilər ram etmişdir ki, bunlar da bu günkü vaxtda (bidətə və azğın sözlərə rədd verməklə) İslam aləmində çox az kəslərin yerinə yetirdiyi bu fərzu kifayələri yerinə yetirirlər. Ona görə də salehsələflərin mənhəci üzrə Kitab və Sünnəyə dəvət edən və bu səhih mənhəcə qarşı müxaliflik edənlərlə müharibə edən bu iki şeyx- şeyx Rabi ibn Hədi və şeyx Muqbil barədə pis danışan heç birinizə gizli deyildir ki, iki şəxsdən biridir:

-ya cahildir,
-ya da həva sahibi.

Cahil kəsin hidayəti sənin dediyin kimi mümkündür, çünki özünün elm üzrə olduğunu zənn edir. Buna görə də səhih elm ona bəlli olduqda doğruya yönəlir. Bu səbəbdən mən bir çox yerlərdə deyirəm ki, bu mövcud olan və bizim dəvətimizdən azmış bəzi camaatlarda ixlas görürük, lakin bizimlə olan bəzi kəslər ola bilər ki, ixlas mövzusunda bizimlə deyildir. Hansı ki, ixlas hər bir saleh əməlin qəbul olma səbəbidir.

Amma həva sahibinə gəldikdə isə, buna yol yoxdur! Yalnız Allah təbərakə və təalə Özü onu hidayət etməlidir. Bu iki şeyxə rədd verənlər, dediyim kimi ya cahildir, öyrədilirlər, ya da həva sahibidir ki, bunun da şərindən Allaha sığınırıq və Allahdan istəyirik ki, ya onu hidayət etsin, ya da onun belini qırsın!!!

Sual verən:
Allahu Əkbər.

Şeyx Albani:

Amma şeyx Muqbilə gəlincə , mən, onun çox kitablarını oxumamışam, necə ki, həmçinin qardaşımız Rabinin. Lakin görünən budur ki, Rabinin kitab yazmaqdakı fəallığı şeyx Muqbildən çoxdur, Muqbilin də dəvətdə, insanlara qaynayıb-qarışaraq, onları Kitaba və Sünnəyə dəvət etməkdə, onları haqqa yönəltməkdəki fəallığı şeyx, professor Rabidən çoxdur. Demək istəyirəm ki, şeyx , professor Rabinin kitablarından gördüklərim budur ki, bu kitablar faydalıdır və o kitablarda həm bizim, həm onun üzərində olduğumuz bu mənhəcdən çıxaran hər hansısa bir xətanı gördüyümü də xatırlamıram.

Lakin telefon danışıqlarımızda ona demişəm ki, bəzi sözlərdə yumşaq olsa yaxşıdır, xüsusən də bəzən rədd verdiyi kəslər artıq dünyadan köçmüş ola bilər, Allahın rəhmətinə, məğfirətinə getmiş ola bilər. Başqa bir tərəfdən də ola bilsin ki, insanlar elmlə yox, cahillik hissiyyatları ilə özlərini həmin kəsə nisbət edirlər. Allahın rəhmətinə qovuşduğuna görə yox, bu kəslərə görə bizim bu Sələfi Mənhəcinə müxalif olanlara verilən rədlərdə bir az yumşaq olmağı görürəm. Amma məsələyə elmi tərəfdən yanaşdıqda isə , şeyx Rabi elm üzərindədir. Allaha həmd olsun,o, elmdə çox güclüdür

Şeyx Muqbil isə, siz onu məndən daha yaxşı tanıyırsınız. Onun barəsində sizlərlə gəlib çatan xəbərlər ən böyük şahiddir ki, Allah onu xeyirə müvəffəq edir. Hətta ola bilsin ki, indi yer üzündə ortaya çıxmış dəvətçilərin içində onun mislində biri yoxdur. Allahdan istəyirik ki, müsəlmanları müvəffəq etsin ki, ilk növbədə öz dinlərini öyrənsinlər, sonra da öz həvalarına tabe olmaqdan uzaq dursunlar.

Sual verən:
Amin.

https://www.youtube.com/watch?v=YbtqXEe3XHs

Şeyx Albani:

Müxtəsər olaraq deyirəm:

Bu əsrdə cərh və tədil bayrağını haqqıyla daşıyan qardaşımız, professor Rabidir. Ona qarşı rəddiyyə verənlər heç vaxt elmlə rəddiyyə verə bilməzlər! Elm ondadır!

Hətta onunla olan bir çox telefon danışıqlarımda ona desəm də ki, əgər üslubunda bir az yumşaq olsa, həm onunla olanlara, həm ona qarşı olanlara daha yaxşı olar. Amma elm tərəfdən isə bu kişiyə rədd vermək mütləq olaraq mümkün deyildir!Sadəcə olaraq əvvəldə dediyim kimi üslubda müəyyən qədər sərtlikdən nəsə vardır.

Həm də (şeyx Rabi haqda) demək ki, o, (rədd verdiyi insanların yaxşıları ilə pislərini) tərəziyə qoymur (muvazənət etmir) – bu da çox boş, zəif bir sözdür. Bu sözü iki şəxsdən biri deyər:

– ya cahil biri, bunu öyrətmək lazımdır,
– ya da qərəzli biri, buna isə heç bir yolumuz yoxdur. Yalnız Allaha dua edək ki, onu doğru yola yönəltsin.

https://www.youtube.com/watch?v=2-TroiQs1dY

Şeyx Albani:

Bu adama rədd verənlərdən biri də qardaşımız, professor Rabi ibn Hədidir. Yəqin ki, tanıyırsınız. İslam universitetində hədis fənni üzrə ustaz. Yəqin ki, onun verdiyi rəddiyyəni görmüsünüz. Həqiqətən o, hədis elmini başqalarından daha çox bilir.

https://www.youtube.com/watch?v=8LJuxIo1nv0

3-Şeyx Useymin

Sual verən:
Şeyx Rabi ibn Hədi əl-Mədxaliyə tən edənlər barədə fikriniz nədir?

Şeyx Useymin:
Vəssalam, sualları bitirək!

Sual verən:
Şeyx, bəs (Şeyx Rabi haqda) fikriniz nədir?

Şeyx Useymin:
Tanıyıram bu kişini, sələfidir!

Sual verən:
Aydındır. Allah razı olsun.

https://www.youtube.com/watch?v=1VkvfoEh8_k

Sual verən deyir ki, möhtərəm şeyx, bu suala cavab verməyinizi xahiş edirəm.

Biz Seyyid Qutubun bir çox şeylərdə həddi aşdığını bilirik, lakin bircə şey var ki, bunu eşitməmişdim, bunu da bəzi elm tələbələrindən eşitdim, qane olmadım. Dedi ki, Seyyid Qutub “vahdətul-vücud” əqidəsini deyənlərdən olmuşdur. Təbii ki, bu söz açıq-aşkar küfrdür.

Sual:

Seyyid Qutub bu sözü demişdirmi? Allah sizdən razı olsun, buna cavab verərdiniz.

Şeyx Useymin:

Mən Seyyid Qutubun az kitabını oxumuşam və onun halını da yaxşı bilmirəm. Lakin alimlər onun “Ziləlul-Quran” adlı təfsiri barədə kitablar yazmış və xətaları göstərmişlər.

Misal üçün: şeyx Abdullah Duveyş (Allah rəhmət etsin) və qardaşımız şeyx Rabi əl-Mədxali onun təfsirində və başqa kitablarındakı xətaları yazmışlar. Kim əlavə məlumat istəsə ora baxsın.

https://www.youtube.com/watch?v=jMqsXC3-Rf8

Şeyx Useymin:

Mən şeyx Rabi əl-Mədxali barədə ancaq xeyir bilirəm. Kişi sünnə sahibidir, hədis sahibidir.

Lakin o da başqaları kimi bəzi şeylərdə xəta edə bilər, bəzən rədlərdə sərtlik ola bilər, fəqət şeyx Rabini buna – verdiyi rədlərdə həvasına tabeçilik yox, dinin qeyrətini çəkmək aparır.

https://www.youtube.com/watch?v=ho8vzpxrMYE

Şeyx Rabi ilə Şeyx Useyminin Uneyzə şəhərində görüşü

Şeyx Useymin:

Allah təaləyə həmd–sənalar edirik ki, qardaşımız, professor Rabi ibn Hədi əl–Mədxalini bu yerləri ziyarət etməyə müvəffəq etdi, belə ki, buralarda baş verən bəzi şeylərdən də xəbərdar olsun. Qardaşımız sələfilik üzərindədir, sələflərin yolu üzərindədir. Allah bizi də onu da xeyirlərə müvəffəq etsin.

Sələfilik dedikdə müsəlmanlara zidd gedən hər hansısa bir hizbiliyi qəsd etmirəm, sələfilik dedikdə yəni ki, öz mənhəcində sələflərin yolu üzərindədir, xüsusən də tövhidi həyata keçirməkdə və şirkdən uzaqlaşmaqda. Hamımız bilirik ki, tövhid Peyğəmbərlərin dəvətlərinin əsasıdır.

Uca Allah buyurur:
Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin! ” – deyə vəhy etməyək. (Ənbiya, 25)

Qardaşımız, şeyx Rabi ibn Hədinin bu məntəqəyə, xüsusən də bizim Uneyzə şəhərimizə gəlməsi, heç bir şəkk yoxdur ki, bu gəlişin gözəl təsiri olacaq, insanların çoxusunun nələrisə şişirdib böyük göstərməsi və ya ara qarışdırması və ya ağzına gələni danışması səbəbi ilə onlara qaranlıq qalan məsələlər aydın olacaqdır. Nə çox insanlar vardır ki, haqq onlara bəlli olduqda alimlər barədə pis danışdıqlarına görə peşman olmuşlar.

https://www.youtube.com/watch?v=ZVAOOaffx2w

Sual:

Şeyx Rabi ibn Hədinin kasetlərini yaymağa maneə olan kəslərə nə nəsihət edirsiniz? İddia edirlər ki, bu kasetlər fitnə yayır, bu kasetlərdə əmr sahiblərinə təriflər vardır və şeyx Rabinin əmr sahiblərini tərifləməsi nifaqdır.

Şeyx Useymin:

Görüşümüz budur ki, bu (iddia) qələtdir və çox böyük bir xətadır. Şeyx Rabi Sünnə alimlərindəndir, xeyir əhlidir, əqidəsi salamatdır və mənhəci düzdür, gözəldir. Lakin qalxıb bəzi kəslərin rəmzləri sayılan bəzi son dövr adamları barədə danışdıqda, ona bu cür tənlər etdilər.

https://www.youtube.com/watch?v=iWl5Nya90SE

Sual:

Şeyx Rabi ibn Hadi əl–Mədxalinin kitablarından istifadə etmək olarmı?

Şeyx Useymin:

Şübhəsiz ki, Useymin bu sualın ona verilməsinə layiq deyildir. Necə ki, imam Əhməddən İshəq ibn Rahavey haqqında soruşulduqda, o dedi: “Mən kimi birindən İshəq haqqındamı soruşursunuz? Siz gedin, İshəqdən mən haqda soruşun!”.

Mən çıxışımın əvvəlində şeyx Rabi barədə – Allah onu xeyirlərə müvəffəq etsin – bildiklərimi danışdım və yenə də sözümün üstündəyəm. Onun buraya gəlməsi və burada danışması – danışığı da artıq mənə çatdırıldı – bütün bu şeylər heç bir şəkk yoxdur ki, insanda ona qarşı məhəbbət və dua etməyi artırır.

https://www.youtube.com/watch?v=IVXzR1ZVoaI

4- Şeyx Muqbil

Şeyx Muqbil:

Allaha həmd olsun ki, Əhli Sünnə cəmiyyəti süzgəcdən keçirir. Şeyx Rabi isə hədisdə gəldiyi kimi – Ümmətimdən bir dəstə daim haqq üzrə olacaqdır. Allahın əmri gələnə qədər onlara müxalif olanlar bu yolda onlara mane ola bilməyəcəklər.

Şeyx Rabi bunlardandır. Bəli, Allaha həmd olsun ki, şeyx Rabi Məkkə və Mədinə torpaqlarında, Nəcd diyarında hizbiləri süzgəcdən keçirir və onların iç üzlərini açır.

https://www.youtube.com/watch?v=pTsdSAO9NiA

Şeyx Muqbil:

Sizlərə nəsihət edirəm ki, şeyx İbn Bəzi, şeyx Albanini və təkidlə deyirəm ki, şeyx Rabini (Allah onu qorusun) ziyarət edəsiniz, çünki o, hizbilərin halları barədə çox xəbərdar və bəsirətli birisidir. Mən demirəm ki, gedib onları ziyarət etdikdə onları “O dedi, bu dedi ilə” məşğul edəsiz. Mühəddislər görüşdükdə bir–birilərindən övladları, ailələri barədə soruşmazdılar. Bir–birilərindən ravilər barədə soruşardılar.

https://www.youtube.com/watch?v=QumRUb9Sr2k

Sual:
Şeyx Saleh əl–Fovzan və şeyx Rabi ibn Hədi əl-Mədxalinin kitabları barədə görüşünüz nədir?

Şeyx Muqbil:

Gözəl və faydalı kitablardır. Allah onlardan razı olsun. Hizbilər barədə gözəl mövqeləri var və buna görə onlara təşəkkür olunur. Bəli! Bəzi şeylər vardır ki, o şeylərdən cahil, elmsiz idik, lakin qardaşımız şeyx Rabinin kitabları vasitəsi ilə onları bildik. Allah ondan razı olsun! Xülasə, bu iki nəfər “İki Haram” diyarında ən fəzilətli kitab yazanlardandırlar.

https://www.youtube.com/watch?v=eP1XUqjhlBU

Sual:
Şeyx Rabi barədə rəyiniz nədir?

Şeyx Muqbil:

Şeyx Rabi fəzilətli alimdir. ‘İxvanul-muflisin’, Abdurrahmən Abdulxaliq barədə yazdığı kitablardan və başqa kitablarından çox faydalandıq. Demirik ki, o, məsumdur. Bəli, o, elm əhlindəndir, xəta da edir, haqqa isabət də edir. Onun kitablarından faydalanırıq. Bəzi həqiqətləri açıb, ortaya qoydu, hansı ki, biz o şeylər barədə cahil idik. Allah ondan razı olsun.

https://www.youtube.com/watch?v=Ga-IjXot4XI

Şeyx Muqbil:

Əgər hər hansı bir məsələdə problemə düşsəniz fəzilətli alimlərlə əlaqə saxlayın. Misal üçün şeyx ibn Bəz, şeyx Albani, şeyx Saleh əl–Fovzan, şeyx Rabi kimi alimlərlə. Bəli, onlarla əlaqə saxlayın və faydalanın. Bu mənim sizə nəsihətimdir, Allah sizə bərəkət versin.

https://www.youtube.com/watch?v=SpKsHOgumDE

Sual:

Alimlər kimlərdir, hansı alimlərin kitablarını oxumağı, kasetlərini dinləməyi nəsihət edirsiniz??

Şeyx Muqbil:

Bəli, bu barədə çox danışmışıq, lakin bir də təkrar edək. Bu alimlər şeyx Nasiruddin əl-Əlbəni (Allah onu qorusun), şeyx ibn Bəz (Allah onu qorusun), şeyx ibn Useymin. Həmçinin şeyx Rabi ibn Hədi hizbiləri tanımaqda Allahın ayətlərindən bir ayətdir, lakin İran ayətullahları kimi yox! Bəli! Onların ayətullahları dəccallardır. Bu alimlərə qayıtmağı nəsihət edirik, həmçinin də şeyx Abdulmuhsin əl-Abbəd (Allah onu qorusun)

https://www.youtube.com/watch?v=SpKsHOgumDE

5- Şeyx Əhməd ən-Nəcmi

Şeyx Əhməd ən-Nəcmi:

Şeyx Rabini (Samita məntəqəsində) elmi litseyi açdıqdan sonra tanıdım, şeyx gəldi orada oxudu və o, ikinci buraxılışla bitirənlərdəndir.
Allah onu xeyirlə mükafatlandırsın.

Şeyx Rabi öz nəfsini, canını ixlasla və bütün ciddiliklə elm tələb etməyə həsr etdi, bundan sonra da yenə öz nəfsini, canını bidətçilərə rədd verməyə həsr etdi.

Həqiqətən mən bu işdə ona qibtə edirəm.
Allahdan istəyirəm ki, hamını Öz sevdiyi və razı qaldığı əməllərə müvəffəq etsin.

https://www.youtube.com/watch?v=09Uw8_Msx70

Sual verən:
Necəsiniz, şeyx?

Şeyx Əhməd ən–Nəcmi:
Allaha həmd edirik.

Sual verən:
Şeyx, Allah üçün sizi sevirəm.

Şeyx Əhməd ən-Nəcmi:
Allah da sizi sevsin.

Sual verən:

Şeyx, bir nəfər var, ona sələfi mənhəcinə uyğun olaraq nəsihət etmişik. Lakin indi onun barəsində qardaşlar arasında ixtilaf düşüb, bəziləri deyir ki, artıq ona nəsihət etməyin, ona nəsihətlər olunub. Mən də dedim ki, bu şəxs üz döndərir, şeyx Rabi kimi hədis əhlinə tənələr edir. Şeyx, ona uzun müddət nəsihətlər olunub.

Şeyx Əhməd ən–Nəcmi:

Artıq o adamı tərk etmək vacibdir. Madam ki yeddi ildən bəri nəsihət edirsiniz, o da nəsihəti qəbul etmir, onu tərk (həcr) edin. Bəzi sələfilər deyərdilər: Əgər Kufə əhlindən kimisə Sufyan Sövriyə tənə edən görsən, bil ki, bidətçidir. Mərv əhlindən kimisə Abdullah ibn Mubərəkə tənə edən görsən, bil ki, bidətçidir və s.

Kim şeyx Rabiyə tənə edirsə, bu dəlildir ki, o kəs bidətçidir. Çünki o kəs bidət sahiblərini önə çəkir, tərif edir, cilalayıb onu insanlara yaxşı göstərir, Aid Qarni və başqaları kimilərini. Allah bizə bəsdir, O nə gözəl Himəyədardır. Onu tərk edin, uzaqlaşdırın, ondan uzaq durun və kənarlaşın.

Sual verən:
Allah sizə bərəkət versin, şeyx.

Şeyx Əhməd ən-Nəcmi:
Sizə də.

https://www.youtube.com/watch?v=8QyrwhgZwMA

Sual:
Şeyx Rabi ibn Hədi əl-Mədxali Adnən Arura həmtay ola bilərmi?

Şeyx Əhməd ən-Nəcmi:

Yox, yox! Onlar arasında yerlə göy arası fərq var. Adnən Arur göründüyü kimi hizbidir, hizbilərlərlədir, sələfə qarşı danışır, sələfiləri cərh etmək istəyir, sələfiləri ləkələmək istəyir. Bidət əhlini müdafiə edir.
Amma şeyx Rabi isə Sünnəni izhar etmək və bidətçilərə rədlər vermək xüsusunda etdiyi cihadları ilə tanınıb. Allah onu xeyirlə mükafatlandırsın.

https://www.youtube.com/watch?v=-v_81EAx5qA

Sual:

Hörmətli şeyx Əhməd, belə deyən şəxs barədə fikriniz nədir: Mən şeyx Zeyd əl–Mədxali və şeyx Rabi əl–Mədxalini qəbul etmirəm, onların alim olmalarını etiraf etmirəm, mən ancaq şeyx Abdul Aziz ibn Bəzi qəbul edirəm.

Şeyx Əhməd ən-Nəcmi:

Allahdan onu hidayət etməsini, doğru yola qaytarmasını istəyirik. Həqiqətən də şeyx Rabi və şeyx Zeyd Mədxali – hər ikisi nəsihətçi sələfi alimlərdəndir. Ona vacibdir ki, bunları etiraf etsin, bildirsin və onlara tənə etməsin. Çünki onlara tənə etmək onların daşıdıqları Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) Sünnəsinə tən etməkdir.

Bəli, deyirik ki, onlar xətadan məsum deyillər, lakin yolları sələfilikdir. Elm tələbələrinə vacibdir ki, onların kitablarını oxusunlar, oradan və ya başqa yerdən haqqı öyrənsinlər. Amma hizbilərin kitablarından uzaq dursunlar. Əgər şeyx ibn Bəzdən birbaşa götürürsənsə, onda şeyxə yaz, soruş ki, filankəslər necədir, sonra da onun cavabını götür. Əgər desə ki, onlar hizbidirlər, onlarda xeyir yoxdur, onda tutduğun bu yolunda davam edərsən. Amma mən dəqiq bilirəm ki, (Şeyx ibn Bəz) onları (Şeyx Rabi və Şeyx Zeydi) tərifləyəcək.

https://www.youtube.com/watch?v=-v_81EAx5qA

Sual:
Soruşur ki, şeyx Rabidən elm almaq olarmı?

Şeyx Əhməd ən–Nəcmi:
Subhən Allah!!! Bəli!

Həmd Allahadır, Peyğəmbərinə, onun ailəsinə və səhabələrinə Allahın salamı və salavatı olsun.

Bəli, şeyx Rabidən elm götürülür. Şeyx Rabi Əhli Sünnədir. Kim bundan başqa bir şey iddia edərsə, xətakardır, Allahdan onun üçün bağışlanma diləyirik.

https://www.youtube.com/watch?v=jX_9nBSH-Kg

Sual:
Doğrudurmu ki, şeyx Rabi sizin tələbəniz olub?

Şeyx Əhməd ən-Nəcmi:

Mən texnikomda dərs deyən vaxtlarda şeyx Rabi orada oxuyub, lakin şeyx Rabi məndən daha xeyirlidir. Çünki o, Sünnəni yaşatmaq, bidəti öldürmək və bidətçilərə rəddiyyələr vermək uğrunda cihadlar edir. Öz nəfsini, canını buna aid etmiş, buna xaslaşdırmışdır. Allahdan istəyirik ki, hamımızı Özünün sevib, razı qaldığı əməllərə müvəffəq etsin.

https://www.youtube.com/watch?v=jX_9nBSH-Kg

Sual verən:
Əssələmu aleykum və rahmətullahi və bərakətuh

Şeyx Əhməd ən-Nəcmi:
Va aleykum əs-sələm və rahmətullahi və bərakətuh

Sual verən:
Şeyx Nəcmi, Allah sizə ömür versin.

Şeyx Əhməd ən–Nəcmi:
Sənə də.

Sual verən:
Şeyx, bizdə bəzi cavanlar var, fəzilət sahibi şeyx Rabiyə tənə edirlər. Bu barədə nə deyə bilərsiniz?

Şeyx Əhməd ən-Nəcmi:
Ən birincisi onların bu əməlləri göstərir ki, onlar bidətçidirlər. Onlarda hizbilik var, onlarda bidətlər var. Əhli Sünnədən xoşlanmayan bidətçidən başqa bir şey deyildir.

https://www.youtube.com/watch?v=VUoXFJ4xpHE

Şeyx Əhməd ən-Nəcmi:

Şeyx Rabi Əhli Sünnədəndir, hətta onların ən fəallarından və Sünnəyə tabe olmaqda, onu müdafiə etməkdə onların ən yaxşılarındandır. Ona görə də bəzi sələfi qardaşlar onu “Sünnənin şiri” (əsədus-sunnə) adlandırmışlar. Şeyx Rabi barədə pis danışmaq icazəli deyildir. Əhli Sünnə barədə pis danışmaq icazəli deyildir. Onlara vacibdir ki, Allahdan qorxsunlar, Əhli Sünnə barədə pis danışmaqdan həzər etsinlər, çünki bu əməllərinin zərəri barəsində danışılan kəsdən daha pis onların özlərinə qarşı olacaqdır. Mən onları bu əməldən çəkindirirəm, Allahdan qorxsunlar, belə əməldən çəkinsinlər, bu batil əməldir. Vacibdir ki, insan özünə fayda verən şeylərə baxsın, zərərli şeylərdən uzaq dursun.

https://www.youtube.com/watch?v=8sIrpybyErw

Sual:

Doğrudur ki, şeyx Albani və şeyx Rabi murciədir? Ümməti ircalığa salıblar və ya murciələrə müvafiq olmuşlarmı?

Şeyx Əhməd ən-Nəcmi:

Şeyx Rabi və şeyx Albani murciyə deyillər!!! Heç murciyələrə müvafiq də olmamışlar!!! Bütün bunlar onlara atılmış iftiradan başqa bir şey deyildir. Kim onlara bu iftiranı atmışsa, Allah onunla hesab çəkəcəkdir. Onlar Sünnə əhlidirlər, şeyx Rabi və şeyx Albani Sünnə sahibləridirlər, Sünnəni müdafiə etmişlər, Sünnəni daşımışlar. Vəfat edəni vəfat edənədək səhih hədisləri zəif hədislərdən seçə–seçə vəfat etmişdir. Albaninin kitablarına baxın, nə görürsünüz?! Subhən Allah Azim! Onun kimi işlər görəni görməmişik. İndi də deyilir ki, murciədir. Utanmırmı?! Belə deyən heç utanmırmı?! Qayıtsın onun kitablarına, görəcək ki, hamısı səhihləşdirmək, zəifləşdirməkdir. Görür ki, şeyx bu işlərlə məşğuldur, yenə də deyir ki, murciədir. Hamımız Allaha məxsusuq və Allaha da qayıdacağıq. Bu, çox böyük bir iftiradır.

Eləcə də şeyx Rabi, Sünnə əhlindəndir. O, ömrünü Sünnəni müdafiə etməkdə, yaymaqda və bidət əhlini bəyan etməkdə başa vurmuş kəslərdəndir. Bizə vacib olan ona təşəkkür etmək, onun üçün dua edərək müvəffəqiyyət və sabitlik istəməkdir. Kiməsə haqsız yerə ittiham, töhmət atmaq Allaha and olsun ki, haramdır, Allaha and olsun ki, haramdır. Bunu edən dəstə həddədilərdir və nə qədər başqaları da vardır ki, şeyx Rabiyə qarşı özlərində kin-küdurət və nifrət vardır. Ondan intiqam almalarının səbəbi, Allaha iman gətirməsindən başqa bir şey deyildir. Nəsihətim budur ki, belə şeylərə qulaq asmayın, belə şeyləri deyən kəs həlak astanasındadır. Allah onu haqqa qaytarsın.

https://www.youtube.com/watch?v=GM_DKGCN4lw

6-Şeyx Saleh əl-Fovzan:

Şeyx Saleh əl-Fovzan:
Bəli

Sual verən:
Əssələmu aleykum və rahmətullah

Şeyx Saleh əl-Fovzan:
Va aleykumussələm və rahmətullah

Sual verən:
Allah sizi salamat etsin, şeyx Salih.

Şeyx Saleh əl-Fovzan:
Sizi də.

Sual verən:
Allah sizə bərəkət versin. Möhtərəm şeyx, sizin cavanlar arasında dedi-qodunu tərk etmək barədə olan dəyərli nəsihətinizi bilirik. Lakin bəzi qardaşlar bu iş üzərində israrla dayanır və bu əməldən əl çəkmirlər.

Şeyx Saleh əl–Fovzan:
Onları tərk edin.

Sual verən:
Necə?

Şeyx Saleh əl-Fovzan:
Onları tərk edin, onlardan uzaq durun.

Sual verən:
Allah sizi qorusun. Allah sizə bərəkət versin, onlar sizin adınızdan deyirlər ki, siz şeyx Rabi ibn Hədiyə murciə demisiniz. Biz də onlara dedik ki…

Şeyx Saleh əl-Fovzan:
Onlar bu sözü haradan tapıblar? Haradan götürüblər bu sözü?

Sual verən:
Vallahi şeyx, onlar özləri (Şeyx Rabini) cərh edirlər.

Şeyx Saleh əl-Fovzan:
Onlar bu sözü haradan götürüblər axı. Qoy sübut etsinlər ki, mən belə bir söz demişəm. O ki qaldı mücərrəd söz və nəqllərə bunların hamısı yalandır. Bu kimi şeylər icazəli deyildir. Allahın salamı üzərinə olsun.

Sual verən:
Allah sizi qorusun. Əssələmu aleykum va rahmətullah

https://www.youtube.com/watch?v=AUn5QS-JSRE

Şeyx Saleh əl-Fovzan:

Bizim ölkəmizdəki örnək götürüləcək elm əhli, kasetləri və dərslərindən faydalanılacaq kəslər əlhəmdulilləh ki, çoxdurlar və hamısı da tanınırlar, onları tanımayan yoxdur, istər kənddə, istər şəhərdə, böyük, kiçik hamı elm əhlini tanıyır. O elm əhli ki, söz sahibləridir, onların etdikləri örnəkdir, bu ümmətə fətva verənlər, qazilik edənlər, dərs deyənlər və s. işlər görənlər onlardır. Bu kəslər elmlə, təqva ilə, qorxu ilə tanınmışlar. Alimlərimizin başında hörmətli şeyx Abdulaziz ibn Bəz (Allah onu qorusun) durur. Allah təalə ona dərin elm, saleh əməl, Allaha tərəf dəvət, ixlas, sadiqlik kimi şeylərlə nemətlər vermişdir. Bunlar heç kimə gizli deyildir. Allaha həmd–sənalar olsun ki, şeyxdən bir çox xeyirlər gəlmişdir: kitablar, kasetlər, dərslər. Həmçinin də “Nurun aləd-dərb” proqramında fətva verən alimlərin də fətvalarından ümmət qane olmuşdur, çünki fətvaları haqqa isabət etməsi və sözlərinin də faydalı olması görünmüşdür. Hörmətli şeyx Abdul Aziz ibn Bəz, fəzilətli şeyx Muhəmməd ibn Saleh əl–Useymin, qazilərdən ibarət fəzilət sahibləri, çünki qaziliklə və insanların malları və namusları ilə maraqlanan, qayğısına qalan yalnız elminə etibar olunan kəslərdir. Buna görə də qazilər etibar olunası şəxslərdir. Çünki əmr sahibi onlara əmin olmuş, ümmət də onlara əmin olmuşdur. Həmçinin tanınmış alimlərdən, dəvətdə əməyi olan alimlərdən:

Fəzilətli şeyx Abdul Muhsin əl–Abbad, fəzilətli şeyx Rabi ibn Hədi əl-Mədxali, fəzilətli şeyx Saleh əs-Suheymi,
fəzilətli şeyx Muhəmməd Əmən əl-Cəmi.

Bütün bunların dəvətdə əməkləri var, ixlas əhlidirlər, qəsdli və ya qəsdsiz şəkildə dəvət yolundan azmaq istəyən kəslərə rəddiyyələri vardır. Bunlar təcrübə sahibləridir, insanların dedikləri sözləri tanıyırlar, xəstəni sağlamdan ayırd etmək qabiliyyətləri vardır. Onların kasetlərini, dərslərini yaymaq və onlardan faydalanmaq vacibdir. Bunlarda müsəlmanlar üçün çox böyük fayda vardır. Xəta etməsi bilinməyən, mənhəcində, yolunda və ya fikrində azğınlığı bilinməyən hər bir alimdən elm götürülür.

5 Rabiul Axir, 1417 h.

 

https://www.youtube.com/watch?v=LWCPc7vTTtM

Sual:

Şeyx Muhəmməd Əmən əl-Cəmi və şeyx Rabi ibn Hədi əl–Mədxali kimi sələfi dəvətinin imamlarına tənə edən cavanlara nə nəsihət edərdiniz?

Şeyx Saleh əl-Fovzan:

O (tənə edən) kəsləri və sözlərini boş buraxın. Bu şeyxlərdə inşəAllah xeyir var, sələfi dəvəti üçün, insanlara elm öyrətmək üçün onlarda bərəkət vardır. Bəziləri onlardan razı qalmasalar da belə. Heç Peyğəmbər də bütün insanları razı salmamışdır. Peyğəmbərə qarşı nə qədər qəzəb edənlər var idi. Ona görə də nəfsani və həvaya tabeçilik məsələlərdə heç bir ibrət yoxdur.

Bu şeyxlər barədə zənnimiz yaxşıdır. İnşə Allah onlardan xeyirdən başqa heç nə görməmişik. Onlar üçün müvəffəqiyyət dua edirik.

 

https://www.youtube.com/watch?v=cnM__o6ZDrg

Sual:

Hörmətli şeyx, kitabxanalarda professor Rabi əl–Mədxalinin “ən-İntisaru likitəbi əl-Azizi əl-Cəbbər va lis–sahabəti əl–əxyər” və “Zeyfu ət-təsavvuf” adlı kitabları var, bunları oxumağı məsləhət bilirsinizmi?

Şeyx Saleh əl-Fovzan:

Vallahi mən, bunları oxumamışam. Amma kişi yaxşıdır, tanınmışdır, alimdir. Kitabı isə oxumamışam ki, hökm verə bilim.

https://www.youtube.com/watch?v=yMWFe9OcxsI

Sual:

İnternetdə “əl-Əsəriy” saytı var. Sizdən öz mənhəclərinə dəstək olan bəzi fətvalar gətirirlər. Sual verən deyir ki, onlar həddi aşmış kəslərdir, elm əhli arasında nəmmamlıq edib, ara vururlar, xüsusən də şeyx Rabi əl-Mədxali barədə.

Bu haqda nə deyərdiniz? Allah razı olsun.

Şeyx Saleh əl-Fovzan:

Bu gün yalan şeylər çoxdur. Mənim də adımdan, başqalarının da adından çox yalanlar danışırlar. Kim mənə hər hansı bir söz və ya fətva nisbət edirsə, gərək ki, fətva verənin ya əlyazmasıyla, ya da səsi ilə gətirsin. Amma mücərrəd nisbət etmək ki, filankəs belə deyib, elə deyib, filan fətvanı verib, bu qəbul deyil. Çünki bu gün yalan çoxdur. Elm əhlinin, əmr sahibinin və ümumən insanların adından çox yalanlar danışılır. Onların adından yalan danışmaq, aralarına fitnə–fəsad salmaq şərdir.

https://www.youtube.com/watch?v=dc4nKTZ6cJ0

Sual verən:

Şeyximizdən istəyirik ki, bir məsələyə diqqət versin. O da budur ki, axır zamanlarda bəzi tələbələrin arasında belə bir şey yayılmışdır: Bəzi sözləri dinlənilən alimlərə “Cəmiyyə”, “Mədəxilə” adlar, ləqəblər qoşurlar. Bu adla da şeyximiz, alim Muhəmməd Əmən əl–Cəmini (Allah ona rəhmət etsin) və fəzilətli şeyximiz Rabi ibn Hədi əl–Mədxalini (Allah onu qorusun və qədəmlərini sabit etsin) qəsd edirlər.

Şeyx Saleh əl-Fovzan:

Bu, az öncə verdiyimiz cavaba daxildir. Belə şeyləri, belə ləqəb qoşmaları tərk edin. Bir–birinizə ləqəblər qoşmayın. Allah təalə buyurur:

“Bir–birinizə ləqəblər qoşmayın!” (Hucurat, 11)

Hamınız qardaşsınız. Hamınız eyni dinin əhlisiniz. Hamınız yoldaşsınız. Allaha həmd olsun. Belə şeyləri kənara atın. Alimlərə ehtiram edin, alimlərə ehtiram edin! Alimlərə ehtiram etməyən alimlərin elmindən məhrum olur, onlardan faydalanmaqdan məhrum olur! Bir-birinizə ləqəblər qoşmağı tərk edin. Fəzilət sahibi olan alimlərə və insanlar içərisində yüksək məqam sahibi olan alimlərə adlar qoşmaqdan əl çəkin! Allah onları yüksək məqamlara yüksəldib.

“Allah sizlərdən iman gətirənləri və elm verilmiş kəsləri dərəcələrlə yüksəldir!” (Mucədələ surəsi, 11)

Alimlərin yüksək məqamları var, qədir-qiymətləri var, hörmətləri var. Əgər alimlərə etibar olunmazsa, güvənilməzsə, bəs kimə etibar olunub, güvənilər?! Əgər alimləri etibardan salsan, insanlar kimə müraciət edəcək?! Heç bir şəkk yoxdur ki, bu, hiylədir. Şəkk yoxdur ki, bu, insanların arasına yeridilmiş pis bir fikirdir. Buna diqqət yetirmək vacibdir. Belə şeyləri kənara atmaq, bundan uzaq durmaq və insanlara bunu qadağan etmək vacibdir.

https://www.youtube.com/watch?v=CFOqjvgoAbc

Sual:

“Ədvau əl–İsləmiyyə alə aqidəti Seyyid Qutub və fikrihi” adlı kitab çıxıb, müəllifin adı Rabi əl-Mədxalidir. Bu kitab barədə rəyiniz nədir və müəllif sizə görə tanınmış elm əhlindəndirmi?

 

Şeyx Saleh əl–Fovzan:

Heç bir şəkk yoxdur ki, müəllif elm əhlindəndir. İslam universitetini bitirib, şeyxlərdən elm alıb və Allaha həmd olsun ki, tanınmış şəxsdir. Kitabında zikr etdiyi (Seyyid Qutubun) xətalarıdır, səhifələrin hamısını qeyd edib. Get (Qutubun) “Ziləlu əl-Quran” kitabı ilə tutuşdur, əgər görsən ki, (şeyx) nədəsə xəta edib, xətanı bəyan et. Yox, əgər elə deyilsə, onda haqqı qəbul etmək vacib olur, vacib olan haqqı qəbul etməkdir. O, xətaları səhifələri ilə gətirib, sənin üçün qeyd edib ki, ora qayıdıb gətirilmiş sözü ora ilə tutuşdurasan. Əgər xəta görsən, müəllifə çatdır, Allah səndən də razı olsun. Yox əgər görsən ki, düzgün gətirib, onda vacib olan haqqı qəbul etməkdir.

https://www.youtube.com/watch?v=vqwt4RkxrK0

Sual:

Cavanlar arasında yayılıb ki, rəddiyyədə mütləq “muvazənət” (yaxşı və pis əməlləri müqayisə) etmək lazımdır. Əgər bir kimsəyə etdiyi bidətlərə görə rədd versən, xətalarını bəyan etsən, insaf və “muvazənət” tərəfindən gərək onun yaxşı əməllərini də zikr edəsən. Rəddiyyədə belə bir mənhəc doğrudurmu? Rədd verdikdə kiminsə yaxşı əməllərini də zikr etmək lazımdırmı?

Şeyx Saleh əl-Fovzan:

Burada təfsilat vardır. Əgər rədd verilən kəs Əhli Sünnə vəl-Cəməadandırsa və düşdüyü xətalar da əqidəyə xələl gətirmirsə, bəli, onun yaxşı xüsusiyyətləri və yaxşı əməlləri zikr olunur və Sünnəyə xidmətinə görə xətaları örtülür.

Əgər rədd verilən şəxs zəlalət əhlindəndirsə, inhiraf əhlindəndirsə, dağıdıcı və ya şəkk-şübhəli əsaslar, qaydalar əhlindərdirsə, bu halda bizə onun yaxşı əməllərini zikr etmək – əgər yaxşı əməlləri varsa – icazəli deyildir. Çünki onun yaxşı əməllərini yada salsaq, insanlar aldanacaq və bu azğın kəs, yaxud bidətçi və ya xurafatçı barədə yaxşı zəndə olacaq və beləliklə də bu azğının və ya bidətçinin və ya hizbinin fikirlərini qəbul edəcəklər.

Allah təalə kafirlərə, günahkarlara, münafiqlərə rədlər vermiş, lakin onların yaxşı əməllərindən heç bir şey zikr etməmişdir. Həmçinin də sələf imamları, cəhmilərə, mötəzilələrə və zəlalət əhlinə rədlər vermiş, lakin onların yaxşı əməllərindən heç bir şey zikr etməmişdir. Çünki onların yaxşı əməlləri özlərinin zəlalətləri, küfrləri, yaxud inkarları, yaxud da nifaqları ilə üstələnmişdir. Belə olduqda da münasib deyildir ki, sən, hansısa bir azmışa, bidətçiyə, münhərifə rədd verirsən, sonra da deyirsən ki, yaxşı insandır, belə–belə yaxşılıqları var, filan əməlləri var, amma xəta edib! Biz isə deyirik ki: Xeyr! Sənin onu tərifləməyin onun zəlalətlərindən daha şiddətlidir. Çünki insanlar sənin tərifinə güvənirlər. Sən də bu azğını, bidətçini təriflədikdə, insanlar aldanır və bu da azdırıcı şəxslərin fikirlərini qəbul etmək üçün bir qapını açır.

Əqidə məsələsinə gəldikdə isə, Əhli–Sünnəyə müxalif olan azmış kəsləri tərifləmək icazəli deyil. Buna misal olaraq, mötəzilə, cəhmiyyə, zındıqlar, mulhidlər və bu günümüzdəki şübhə əhlini göstərmək olar. “Rədd edərkən yaxşı əməlləri də zikr etmək” – şübhəsi bəzi cavanların sözüdür. Sonra da bir nəfər bu mövzuda risalə yazdı. Cavanlar da bu risalə ilə sevinərək, göylərə qaldırdılar. Lakin Allaha həmd olsun ki, bu şübhə rədd edildi.

Şeyx Rabi ibn Hədi əl–Mədxalinin həmin risaləyə yazdığı rəddiyyəsini gördüm. Şeyx “muvazənət” qaydasını lazım bilən həmin risalənin sahibinə çox dolğun, tutarlı bir rəddiyyə vermiş, bu qaydada olan xətaları və əslində bu qaydanın batil fikirlər yaymasını bəyan etmiş və sələflərin rəddiyyə məqamında olan mənhəclərini bildirmişdir ki, sələflər azdırıcı insanlara rəddiyyə verdikdə, onlara tərif, səna deməzdilər. Çünki əgər onları tərifləsəydilər, bu, ziddiyyatlı bir şey alınacaqdı.

https://www.youtube.com/watch?v=12L5SAZTn4U

7- Şeyx Süleyman Ruheyli

Sual:

Bəziləri şeyx Rabi barədə pis danışır, deyirlər ki, bu fitnələrin səbəbkarı odur.

Şeyx Süleyman Ruheyli:

Bunlar miskindirlər, bunlar miskindirlər. Bu kəslərin çoxunun sözü, həqiqətən onları aldadan yalançılara etdikləri təqlidlə deyilən sözlərdir.

Məsələn, universitetin bəzi tələbələri hərdən şeyx Rabi, şeyx Muhəmməd ibn Hədi barəsində pis danışırlar. Lakin bunlar nə şeyx Rabini, nə də ki, şeyx Muhəmməd ibn Hədini tanımırlar.

Hətta ola bilsin ki, heç bu şeyxlərə qulaq da asmayıblar. Lakin onları aldadan artıq aldadıb, ya özlərindən qabaqki tələbələr, ya da ki, pis alimlər onlara deyiblər ki, bunlar fitnə alimləridir, bunlar belədir, belədir və s.

Bu miskin də başlayır bu sözləri təkrarlamağa, heç özü də bilmir ki, danışdığı bu sözlər barədə soruşulacaqdır və başqaları barədə danışdığı bu sözündə isə heç bir dəlil də yoxdur.

 

https://www.youtube.com/watch?v=9jjw5zyILpQ

Şeyx Süleyman ər–Ruheyli ilə (Allah onu qorusun) 1426-cı ildə təkfirçi Məğravi barədə telefon danışığı

Zəng edən:
Şeyx, sizinlə Məğrib ölkəsindən danışırıq.

Şeyx Süleyman ər-Ruheyli:
Xoş gördük.

Zəng edən:
Şeyx, Muhəmməd Abdurrahmən Məğravi barədə nə bilirsiniz?

Şeyx Süleyman ər-Ruheyli:
Nədir ki?

Zəng edən:
Onun barədə nə bilirsiniz?

Şeyx Süleyman ar-Ruheyli:
Elm əhli artıq onun barədə danışmış, hər şeyi bəyan etmişlər, sual verməyə daha heç bir ehtiyac yoxdur.

Zəng edən:
Bəli, şeyx. Lakin istəyirik ki, siz bizə açıqlayasınız.

Şeyx Süleyman ər–Ruheyli:
Deyirəm ki, bu barədə mənim açıqlama verməyimə heç bir ehtiyac qalmamışdır. Artıq elm əhli məsələni açıqlamış və danışmışlar. Bu heç də yeni bir məsələ deyildir.

Zəng edən:
Misal olaraq kimlər danışmışdır?

Şeyx Süleyman ər-Ruheyli:
Şeyx Rabi və başqaları danışmışlar.

Zəng edən:
Allah sizə bərəkət versin, şeyx.

Şeyx Süleyman ər-Ruheyli:
Hər bir halda mən deyirəm ki, (bu məsələ haqda) elm əhlinin sözlərinə qayıdın.

Zəng edən:
Bəli, şeyx. Allah sizə bərəkət versin. Əssələmu aleykum.

https://www.youtube.com/watch?v=MGlEcNWUaZc

8- Mufti Abdul-Aziz Ali Şeyx

Mufti Abdul-Aziz Ali Şeyx:

Sizin sadaladığınız şeyxlərə gəldikdə isə, şeyx Salih əl-Fovzan, şeyx Əhməd ən-Nəcmi, şeyx Rabi əl-Mədxali bunlar hamısı qardaşdırlar.

Həqiqətən də, bunlar əsl elm tələb edənlərdir. Onlar üçün Allahdan müvəffəqiyyət və bu doğru yolda sabitlik diləyirəm.

https://www.youtube.com/watch?v=5Q5wqkjSgOg

9- Alləmə Şeyx Muhəmməd əl-Bənnə:

Sual:
Fövzi əl-Əsəri barədə nə deyərdiniz?

Alləmə Şeyx Muhəmməd əl-Bənnə:

Mən bilmirəm. Ən etibarlı və ən sadiq cərh və tədil imamı qardaşımız Rabi ibn Hədidir. Allaha and olsun ki, 14-cü əsrdə cərh və tədil imamı odur.

Allah hər bir yüz illiyin başında bir kəs göndərir ki, dinini təzələsin. Buna görə də cərh və tədili hər bir ədalət, sadiqlik, etibarlılıqla təzələyən Allaha and olsun ki, Rabi İbn Hədidir..

Hamıya meydan oxuyaraq deyirik ki, kim barədə danışmışsa, hamısı barədə onların öz kasetlərindən və kitablarından gətirdiyi sözləri ilə danışmışdır.

Get, dediyin adam barədə Şeyx Rabidən soruş. Allah ona elə bir zəka vermişdir ki, gəl görəsən. MəşəAllah.

Ey Allah, ey Rəbbim onu qoru.

https://www.youtube.com/watch?v=cLcqQ5S7svw

10- Şeyx Vasiyullah Abbas:

Sual:

Bəzi qardaşlar şeyx Rabi ibn Hədinin adı olan hər hansı bir şeyi oxumağı rədd edirlər və iddia edirlər ki, şeyx ümməti parçalayıb. Bu qardaşlar sizə etibar edirlər, sevirlər və sizdən qəbul edirlər. Bizə və onlara nəsihət edin.

Allah sizi xeyirlə mükafatlandırsın.

Şeyx Vasiyullah Abbas:

İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: “Tapdığın hər bir kağızı oxu, fayda tapacaqsan.”

Sən də deyirsən ki, o kəslər iddia edirlər ki, şeyx ümməti parçalayır. Əgər haqqı bəyan etmək ümməti parçalamaq sayılırsa, onda xoş gördük. O məsələlərdə ki, onlar deyirlər ki, şeyx ümməti parçalayır, elə isə siz də həmin o məsələlərdə onlarla münaqişə, münazirə edin. Əgər xəta bəyan olunmazsa, insanlar xətanı nə vaxt biləcəklər?! İxvanul musliminin də ən çox xoşlamadığı elə budur. Mən onlara nəsihət etdim və dedim ki, ey qardaşlar, siz bilirsiz ki, Seyyid Qutubun (Allah ona rəhmət etsin və günahlarını bağışlasın) kitablarında nə qədər çirkin xətalar vardır.

Şeyxə inkar edən bu “alimlərə” lazım olan budur ki, bu kəlimələri işlətməsinlər. Çünki o xətalar Allahdan nazil olmuş bir şey deyildir ki, onlardan asılı qalsınlar.

Şeyx ibn Bəz (Allah ona rəhmət etsin) ibn Həcərin “Fəthul-Bəri” kitabının iki cildini yoxladıqda, ibn Həcərin müxalif olduğu məsələlərə aydınlıq gətirdi.  Bəs nə üçün onu müdafiə edərək belə qurbanlar vermirlər?

Öz istədiklərini imam filankəs, imam filankəs adlandırırlar! (Seyyid Qutub) özünün ittiham olunduğu dinlər birliyi, səhabələrə dil uzatmaq , Musaya (Allahın ona salamı olsun) dil uzatmaq məsələlərində imamdır.

Şeyx Rabidən isə Allah razı olsun. Xətaları ortaya qoydu. Ondan qabaq da şeyx Duveyş (Allah rəhmət etsin) xətaları bəyan etmişdir.

Bu şeyxlər xeyirdən başqa bir şey istəmirlər. Əgər müxalifdən fayda götürmək istəyirsənsə, bu bir şərtlə olar ki, gərək müxaliflikləri tanıya biləsən. Yox əgər tanımağı bacarmırsansa, onda bu, əqidən üçün təhlükəlidir.

Bəli, onlara nəsihət edin ki, şeyxin yazdıqlarını oxusunlar. “Ziləl Quran” və başqa kitablarından çıxardığı hissələrə verdiyi açıqlamaları oxusunlar. Allah şeyxi qorusun.

Mən deyirəm ki, Allah şeyx Rabidən razı olsun, o, heç bir şəkk yoxdur ki, şeyx bu zamanda elə bir iş gördü ki, ümmətdən günahı qaldırdı. Çünki ümmətin ehtiyacı vardır ki, xətalar bəyan olunsun.

İndiki insanlar bəzi kəslərin xətalarını eşitmək belə istəmirlər. Çünki o kəsləri və bu bəzi məsələləri özləri üçün rəmz etmişlər. Bu isə bizə qadağan olunmuş xalis təqlid gətirir.

Hər hansı bir kəs küfr etmədikcə ona kafir demək olmaz. Nə şeyx, nə də ki, başqaları Seyyidə kafir deməmişlər. Lakin vacib olan xətanı bəyan etməkdir. Səhabələr də bir-birilərinin xətalarını bəyan etmişlər.

https://www.youtube.com/watch?v=DTz3SwJI4O4

11- Şeyx Saleh əl-Liheydan

Aparıcı:

Abu Aişə İraqdan sual verir ki, şeyx Saleh, bu daimi problemdir. Qruplara bölünmək (hizbiçilik), insanları təbdi etmək və s. bu kimi məsələlərdə, həmişə də Səudiyyə Ərəbistanının böyük alimlərinə, istinad edirlər. Bir müddət bu şeylər bizdə burada idi, lakin artıq izləri də qalmadı. İndi isə keçib əl-Cəzairə, İraqa, bir-birilərini təbdi edirlər. Şeyx Saleh, bəzən sizin adınızı və böyük alimlər komitəsinin bəzi şeyxlərinin adlarını çəkirlər. Bu məsələ haqqında siz nə deyirsiniz?

Şeyx Saleh əl-Liheydan:

Birinci olaraq, İraqda olanlara nəsihətim odur ki, bu cür ixtilafları buraxsınlar. Onlar əzəmətli bir haldadırlar, böyük kədər içindədirlər. Bu şeylər daha öncə İraqda yox idi. Onlar gərək bu şeyləri tərk etsinlər. Digər məsələ, Şeyx Rabi ibn Hədi əl-Mədxali, elm əhlindəndir.

Aparıcı:
Doğrudur!

Şeyx Saleh əl-Liheydan:

Çox gözəl kişidir, o səhih sələfi əqidəsinin sahibidir.

Təbdiyə gəldikdə isə, insan bəzən bir şəxsi bidətçi görür, lakin İslam millətindən çıxaran bidətlə yox. Bəzi dəvətçilərə rədlər verir və görür ki, onlar təhlükə üzərindədirlər. Şəkk yoxdur ki, nəyinsə doğru və ya səhv olması Allah və Rəsulunun (sallAllahu aleyhi və səlləm) sözlərinə ərz edilməklə bilinir. O təbdi olunanlar, bəzən də bidətçi olmaya bilərlər, lakin laqeyd, səhlənkar ola bilərlər. Bu zamanda bəzi insanlar özünə sual verildikdə ixtilaflı məsələlərə baxır və sual verənlərin və ya yaşadığı cəmiyyətin qəbul etdikləri ən sadə şeyi tapır və bununla cavab verir. Lakin vacib olan isə budur ki, bir cavab verdikdə və ya nəyisə tərk etdikdə onu şəriətin qanunlarına və doğru yolu nurlandıran Qurani-Kərimin aylərinə və doğru yol Rəsulunun (sallAllahu aleyhi və səlləm) hədislərinə müvafiq edilsin. Sonra isə əgər bir şəxsə hər hansı məsələ çətin görünərsə, onda onun adını başqalarının adına bağlasın və desin ki, filankəs filan şəxs barədə belə, belə deyir. Əgər bu məsələni şeyx Rabiyə ərz etsəydilər, o onlara bəyan edərdi ki, o bu cürə təhlükəli yolu və nifrət oyadan mənhəci qəsd etmir. Əksinə, onun qəsd etdikləri, həmin laqeyd kəslər, məsələlərdə səhlənkar davrananlar, öz ağılları ilə qaydalar qoyanlardır. O kəslər ki, deyirlər:

-biz insanların birləşməsini asanlaşdırırıq;
-bizlərdən hər birimiz öz etiqad etdiyimizə əməl edir
-və digərlərinin etiqad etdiklərini bir-birimizə keçirik, üzrlü görürük

Xeyr, məsələ bu cür də deyildir. Vacib olan budur ki, insanların getdiyi yol üzərində hakim haqq olsun.

https://www.youtube.com/watch?v=Ttz09lLKK6M

Sual verən:
Şeyx Rabi alimlərin ətini yeyirmi?

Şeyx Saleh əl-Liheydan:
Necə? Necə?

Sual verən:
Şeyx Rabi alimlərin ətini yeyirmi?

Şeyx Saleh əl-Liheydan:
Alimlərin ətini yeyir?

Sual verən:
Şeyx, bildiyiniz kimi şeyx Rabi müxaliflərə rədlər verir.

Şeyx Saleh əl-Liheydan:
Yox, yox! Heç vaxt (alimlərin ətini yemir)! Onun mövqeyi, Allaha həmd olsun ki, gözəl mövqedir.

Sual verən:
Yəni, onun bidət əhli barədə belə danışmağı qeybətdir, yoxsa yox?

Şeyx Saleh əl-Liheydan:
Bidət əhli və azğınlar barədə danışmaq, inşəAllah, Allah yolunda cihaddandır.

Sual verən:
Tarixi zikr edərdiniz, ya şeyx.

Şeyx Saleh əl-Liheydan:
Adınız nədir?

Sual verən:
Əbu AbdulMəlik Məğribi.

Şeyx Saleh əl-Liheydan:
Əbu AbdulMəlik Məğribi 16 rabi səni ayı, dördüncü gün, məğribdən öncə, 1435-ci ildə bir neçə məsələlərdən suallar verdi. Bunlardan da bəziləri şeyx Rabi ibn Hədi əl-Mədxali barədə deyirlər ki, “o, bəzi insanlara rədlər verir və bu da qeybətdir” və xəbər verdim ki, bidətçilərə, pisliklər edənlərə və xətakarlara rədd vermək Allah yolunda cihaddandır.

Sual verən:
Allahın gözəl adları və uca sifətləri ilə Ondan istəyirəm ki, böyük alimlər heyətinin üzvü olan şeyximiz Saleh Liheydəni qorusun və onu Cənnət əhlindən etsin. Şeyx bizim üçün dua et.

Şeyx Saleh əl-Liheydan:
Allah sizi qorusun. Əssələmu aleykum.

https://www.youtube.com/watch?v=2farw3AGUrw

Sual verən:
İkinci sual: Nə üçün şeyx Rabi barədə “o, murciyədir”, o, belədir, elədir deyə söz–söhbədər artıb?

Şeyx Saleh əl-Liheydan:
Qulaq as! Qulaq as! Şeyx Rabi alim adamdır. Lakin təəssüflər olsun ki, bu cavanlar elmsiz danışırlar. Bu isə elmin bərəkətini aparan şeylərdəndir.

Sual verən:
Yəni ki, (onlar şeyx Rabi haqda) nə deyirlər desinlər, onların sözləri qəbul olunmur?

Şeyx Saleh əl-Liheydan:
Yox, yox, heç vaxt qəbul olunmur.

Sual verən:
Şeyx, bunlar deyirlər ki, şeyx Rabi alimlərdən danışır, rədlər verir…

Şeyx Saleh əl-Liheydan:
Yox, yox! O, alimlərdən danışmır. Əksinə şeyx o insanlar barədə danışır ki, onlar özləri barədə rəddiyyələri açıq–aşkar haqlı etmiş kəslərdir.

Sual verən:
Şeyx, Allahı şahid tuturam ki, sizi Allah üçün sevirəm.

Şeyx Saleh əl-Liheydan:
Allah da səni sevsin.

https://www.youtube.com/watch?v=8dSWikNqCfI

Sual:

Allah sizə xeyir versin. Bizdə şeyx Rabi ibn Hədi əl-Mədxali, şeyx Zeyd ibn Hədi əl-Mədxali və şeyx Əhməd ibn Yəhya ən–Nəcmi kimi şeyxlərin kitabları və kasetləri çoxalır. Bu şeyxlərə qulaq asıb, kitablarını oxumağı məsləhət bilirsinizmi? Onlar bu ümmətin alimlərindən sayılırlarmı?

Şeyx Saleh əl-Liheydan:

Şeyx Rabi əl-Mədxali və şeyx Zeyd əl–Mədxalini mən çox yaxşı tanıyıram, bunların yaxşı əqidəsi var və əqidə üzərində də öz dostluqlarını edirlər. Bilindiyi kimi şeyx Rabi “Mədinə İslam Universitetini” bitirmişdir və o, şeyx ibn Bəzin tələbələrindəndir, çox gözəl kişidir. Şeyx Zeyd də həmçinin bu cür tanınan birisidir. Əhməd ən-Nəcmini isə lap yaxından tanımıram. Şair demişdir ki, “tanımadığın şeyi tərifləmə”. Lakin madam ki, bu şeyx də o biri iki şeyxin mənhəcindədir, onlarla oturub–duran, onların yolunda olan da onlar kimidir!

https://www.youtube.com/watch?v=cNNHYGKS_7Y

Sual verən:
Əs sələmu aleykum.

Şeyx Saleh əl-Liheydan:
Və aleykum salam.

Sual verən:
Necəsiniz, şeyx Saleh?

Allah sizə bərəkət versin. Şeyx bir insandan elm almaq üçün o insanın hansı şərtlərə müvafiq olmasını bilmək istəyirik.

Şeyx Saleh əl-Liheydan:

Elə bir şərt yoxdur. Elm yalnız elm əhlindən alınmalıdır. Və mümkündür ki, bir nəfər bu şəxsdən sadə elm alsın, lakin çətin elmi almasın.

Sual verən:
Bəs təzkiyyənin olması şərtdirmi?

Şeyx Saleh əl-Liheydan:

Bəli, dinində etibarlı olduğunu bildiyin şəxsdən başqa heç kəsdən elm almaq olmaz. Abdullah ibn Mübərak buyurub: “Həqiqətən bu elm dindir, baxın görün dininizi kimdən götürürsünüz?”
İcazəli deyil ki, sən dinində səhlənkar olandan, bəzi haram və məkruh işləri görəndən elm alasan. Bu cür şəxsin icazəli olmayan şeyləri halal saymasından əmin deyiləm.

Sual verən:

Şeyx, bizə şeyx Rabi əl-Mədxali, şeyx Muhəmməd bin Hədi, Əhməd Bəzmulun Saleh əl-Ğəryəni haqqında sözləri çatıb. Onların bu şəxs barədə sözləri qəbul edilirmi və onlar etibarlı elm əhlindən hesab olunurlarmı?

Şeyx Saleh əl-Liheydan:
Əl-Ğəryəni, hansı ki, Liviyanın müftisidir?

Sual verən:
Bəli.

Şeyx Saleh əl-Liheydan:

Vallah, mən onun haqqında heç nə bilmirəm, yalnız bundan başqa ki, o sizləri oruc tutmağa ilzam etməyi ilə xəta etmişdir.

Sual verən:

Bəli, həmçinin o mitinqlərin vacib olmasını deyir, deyir ki, mitinqlər etmək hər kəsə fərzdir.

Şeyx Saleh əl-Liheydan:

Hər bir halda bu o deməkdir ki, o ixvan musliminin məzhəbindədir.

Sual verən:

Bu o deməkdir ki, o etibarlı şeyxlərin onun haqqında sözləri götürülür?

Şeyx Saleh əl-Liheydan:

Mən qısaca deyirəm ki, şeyx Rabi əl-Mədxali öz dinində çox zəkalı kişidir.

https://www.youtube.com/watch?v=Risu9OKbgvg

Sual:

Qərb ölkələrində bəzi kitablar tərcümə olunub ki, müəllifi şeyx Rabi əı-Mədxalidir. Bu kitabları oxumağı məsləhət bilirsinizmi?

Şeyx Saleh əl-Liheydan:

Heç bir maneə görmürəm. Heç bir şəkk yoxdur ki, şeyx Rabi alimlərdəndir.
Lakin bunun mənası o deyil ki, bütün alimlər məsumdur. Məsumluq yalnız Peyğəmbərlər üçündür.

https://www.youtube.com/watch?v=Z2W1az-IAvY

Sual verən:
Şeyx, Allah sizi qorusun. Üçüncü sualda deyilir:

Şeyx Saleh əl-Liheydan:
Yox, bu dördüncü sualdır.

Sual verən:
Bizdə belə bir söz gəzir, deyirlər ki, Müfti Abdul-Aziz Əli Şeyxin, şeyx Saleh əl-Fövzanın və şeyx Saleh əl-Liheydanın mənhəci şeyx Rabinin mənhəci kimi deyildir. Bu söz barədə nə deyə bilərsiniz?

Şeyx Saleh əl-Liheydan:

Necə yəni?! Mən şeyx Abdulaziz ibn Abdullah və şeyx Fovzanın barədə bilmirəm ki….

Amma yaxın vaxtlara qədər bildiyim budur ki, şeyx Rabi Əhli Sünnənin mənhəci üzərindədir və dəyişildiyini də bilmirəm. Bəzi insanlara sərt rədlər verib, bu da ola bilsin ona görədir ki, şeyx kəslər barəsində bəzilərinin görmədikləri şeyləri görüb, başa düşüb.

Sual verən şeyxdən tarixi zikr etməsini xahiş edir və şeyx deyir:

Tarix: 19 şəvval 1435

https://www.youtube.com/watch?v=vOGntNMGaXs

Sual:

Sual verirlər ki, bizdə Liviyada və Məğrib ölkəsində şeyx Rabi əl-Mədxali barəsində söz-söhbətlər artmışdır. Bəziləri şeyxin yazdığı risalələri bu əsrdə yazılmış və özündə heç bir yaltaqlıq kimi şeylər ehtiva etməyən ən üstün risalələrdən hesab edir.

Lakin bəziləri də vardır ki, şeyxi bidət və təkfir əhlindən hesab edir. Hörmətli şeyxdən bu barədə fikir bildirməsini istəyirik. Allah sizdən razı olsun.

Şeyx Saleh əl-Liheydan:

Ola bilsin ki, Allah təalə Şeyx Rabi üçün Cənnətdə elə bir uca məqamlar yazmışdır ki, onu qazanmağa əməl kifayət etmir və belə etmişdir ki, bu insanlar onun barəsində pis danışsınlar, Allah da onun dərəcəsini yüksəklərə qaldırsın, o birilərin də dərəcələri alçalsın.

Kişinin əqidəsinin salamat olmasınsa, pak, saf olmasınsa heç bir şəkk-şübhə yoxdur! Məsumluq isə Peyğəmbərlərdən başqa heç kəsə aid deyildir. Peyğəmbərlərdən başqa heç kəs məsum deyildir.  Lakin kişinin əqidəsi barədə bilirik ki, o, sağlam əqidəli birisidir.

İnsan xəta etdikdə, şair dediyi kimi:
Kimdir ki, bütün səciyyəvi xüsusiyyətləri hamını razı salsın,
Bir kəsə fəzilət olaraq kifayət edər ki, ayıbları sayılacaq qədər az olsun.

Yaxşı, şeyx barəsində danışan o cavanlar, onlar təqvada, elm öyrənməkdə, elmi gücdə və mərifətdə məgər elə böyük məqam sahibidirlər?! Gərək insan özü-özüylə məşğul olsun!

Alimlərdə xəta olduqda elm əhli onların xətalarını axtarmağa həris olmayıblar. Şeyxülislam ibn Teymiyyə çox mühüm, kiçik həcmli bir risalə yazmış və “Tanınmış imamlardan qınağın qaldırılması” adlandırmışdır.

Yəni, əgər hər hansı bir alim kimsə xəta edərsə, onun barədə. Misal olaraq, bəziləri gedib İbn Həcər və Nəvəvinin xətaları barədə danışanlar kimi…

Muhəmməddən (Allahın ona salamı və salavatı olsun) başqa insanlardan bir kəsin sözlərinin hamısı bütünlüklə haqq olmur!

İmam Malik Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) qəbrinə işarə edərək demişdir: “Hər bir kəsin sözü götürülər də, qaytarılar da, yalnız by qəbir sahibindən başqa.”

İstər Liviyada, istər Məğribdə, istərsə də burada olsun, gərək ki, bu cavanlar özlərinə görə Allahdan qorxsunlar və insanların namusları, elm tələbələrinin namusları, elm əhlinin namusları barədə pis danışmaqdan çəkinsinlər!

Sonra isə onlardan hər biri özlərinin insanlarla olan davranışına və Rəbbi ilə olan ibadətinə baxsın və Allahın dinini öyrənsin!

https://www.youtube.com/watch?v=6f8cth2ViK4

Sual:

Bəzi internet saytlarda, bəzi şəxslər şeyx Rabi ibn Hədi əl-Mədxali barədə danışırlar, deyirlər ki, guya şeyx Rabi şəriət əmrlərinə müxaliflik edir və ondan çəkindirirlər. Bu barədə nə deyə bilərsiniz?

Şeyx Saleh əl-Liheydan:

Bunun zülm və düşmənçilik olmasında heç bir şəkk-şübhə yoxdur!

Biz, Şeyx Rabidən şəriətə müxaliflik deyə bir şey bilmirik. Tanınmış alimlərin hər hansı birinin ondan çəkindirməsini də bilmirik.

Amma bir elm tələbəsi digəri ilə ixtilaf etdikdə, gərək heç biri digərinə qarşı təhqiredici etirazlar etməsin. Çünki elə bir elm əhli yoxdur ki, ixtilafa düşməsin. Belə olduqda birinin digəri barədə dediyi söz yalnız müxalifliyi isbat edən dəlil gətirildikdə qəbul olunur.

Mən, Şeyx Rabidən şəriətə müxaliflik deyə bir şey bilmirəm. Amma bilirəm ki, o, Əhli-Sünnədəndir, bilirəm ki, o, səhih əqidə üzərindədir. Onun barədə mənə görünən və mənə çatan budur.

Elm əhlini xətakar göstərmək, onları cərh etmək və insanları onlardan çəkindirmək müsəlmanlara heç bir xeyir gətirməz. Bu, yalnız parçalanmaya və firqəçiliyə səbəb olur. Bu əməl şərdir və heç bir xeyir yoxdur.

Allahdan hamını doğru yola yönəltməsini, qəlblərə qarşılıq olan sevgi salmasını istəyirik. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir:

İman gətirmədikcə Cənnətə girməzsiniz, bir-birinizi sevmədikcə də iman gətirməzsiniz.

Allahdan istəyirik ki, qəlblərimizi bir-birinə sevdirsin.

https://www.youtube.com/watch?v=2D9toN7EsRE

Sual:

Nə üçün şeyx Rabi haqqında danışıqlar şeyx Albaninin, şeyx ibn Useyminin və başqa böyük alimlərin vaxtında çox deyildi, bu  zamanda isə çoxalmışdır.

Şeyx Saleh əl-Liheydan:

Ən birinci baxaq görək bu şeyxlər nə vaxt vəfat etmişlər? Şeyx Nasir (Albani) və şeyx Muhəmməd (ibn Useymin) nə zaman vəfat etmişlər? Deyirəm ki, nə zaman vəfat etdilər?

Sual verən:
Son dövrlərdə vəfat etdilər. Allah onlara rəhmət etsin. Son dövrlərdə…

Şeyx Saleh əl-Liheydan:

Yox, yəni ki, çox-çox illər öncə. İnsanlar dəyişir, fitnələr çoxalır, özlərini elm əhli kimi göstərənlər çoxalmışdır. Məsələlər qarışıb, alimlərə qarşı çıxan dəvətçilər çoxalıb. Amma şeyx Rabidə, Allaha həmd olsun, nə bu iki şeyxin vəfatından öncə, nə də sonra heç bir dəyişiklik olmadı, haqq üzərindədir!

Sual verən:
Allah Əkbər… Şeyx, yəni bu var ki, onun barədə belə çox danışanlar Əhli Sünnədən deyillər.

Şeyx Saleh əl-Liheydan:

Elm əhlinin bir-biriləri barədə danışdıqları söz olarsa, bunun həyata keçməsi üçün bəzən bu hüccət olaraq kifayət etmir. Ola da bilsin ki, özləri də istəmədən səhv olaraq deyiblər və s. şeylər.

Kim şeyx barədə pis danışarsa, nəsihət olunsun ki, Allahdan qorxsun və kimsə barədə danışdıqda mütləq onun batil üzərində olduğunu və bundan tövbə etmədiyini yəqin bildiyi halda danışsın.

Mütləq, mütləq. Özünü həlak edən şeylərə salmaqdan qorusun.

https://www.youtube.com/watch?v=kA3OeEu13V0

Sual:

Hörmətli şeyx, kitabxanalarda professor Rabi əl-Mədxalinin “Dəhru iftiraəti əhliz-zeyği val-irtiyəb an dəvati imam Muhəmməd ibn Abdulvahhab” adlı kitabı var, bu kitabı oxumağı məsləhət bilirsinizmi?

Şeyx Saleh əl-Liheydan:

Mən bu kitabı oxumamışam, lakin Şeyx Rabi sələfi əqidə sahibidir, bildiyimiz kimi əqidəsi səhihdir. Şeyx Muhəmməd ibn Abdulvahhabı yalnız özü barədə yaxşı zənn olunası bir şəxs müdafiə edər. Şeyx, Mədinə İslam Universitetini bitirib, hörmətli şeyx Abdulaziz ibn Bəzin vaxtında oxumuşdur.

Və o, bir çox insanlara rədlər vermişdir, elm əhlindəndir, səhih əqidə sahibidir.

Madam ki, şeyxülislam Muhəmməd ibn Abdulvahhabı müdafiə edir, bu kitab oxunmağa layiqdir.

https://www.youtube.com/watch?v=hPj-eYX3QIo

Zəng edən:

Əssələmu aleykum.

Şeyx Saleh əl-Liheydan:

Allaha həmd olsun.

Zəng edən:

Ey şeyx, internetdə “Əsəsri saytı” adlı bir sayt var. bunlar şeyx Rabi əl-Mədxali barədə yaman çox pis danışırlar, tənə edirlər, söyürlər, təhqir edirlər. Allaha and olsun ki, elə bir üslubda söyürlər ki, insan heç vaxt qulaq asmaq istəməz.

Deyirlər ki, guya şeyx səhabələr barədə pis danışır, mələklərə tənə edir. SubhənAllah!

Şeyx Saleh əl-Liheydan:

Yalan danışırlar! Şeyx belə şeylər etməyib!

Zəng edən:

Allah sizi xeyirlə mükafatlandırsın. Allah sizə bərərkət versin, ey şeyx. Əssələmu aleykum.

https://www.youtube.com/watch?v=pT2TAx_dXmI

Sual:
Şeyx Rabi ibn Hədi Umeyr əl-Mədxalinin şeyx Yəhya əl-Həcuridən çəkindirməsi sözü götürülürmü?

Şeyx Saleh əl-Liheydan:

Mən belə etiqad etmirəm ki, şeyx Rabi kimisə barəsində yalan danışsın, kimisə tanımadan danışsın. Danışırsa, deməli onu tanıyır.

Sual:
Şeyxin sözü götürülürmü?

Şeyx Saleh əl-Liheydan:

Götürməkdə heç bir problem yoxdur. Mən özüm o kəsi (Həcurini) tanımıram və dediyi heç bir şeyi də oxumamışam ki, onun barəsində deyəcəyim sözü hər hansı bildiyim şeylər üzrə qurum.

Sual:

Şeyx Rabi deyir ki, ona dəfələrlə nəsihət edib, nəsihət edib, nəsihət edib, lakin o xətalarından dönmədi. Şeyx dəlillərlə danışıb.

Şeyx Saleh əl-Liheydan:

Başqalarından elm alın, elm təkcə onda (Həcuridə) çərçivəyə salınmayıb ki!

Sual:
Şeyx, onu müdafiə edən də ona aid olunur, bu belədir?

Şeyx Saleh əl-Liheydan:

Yox, onu müdafiə etmə. Yalnız hər bir eybdən salamat olan kəsi müdafiə et.

https://www.youtube.com/watch?v=Iv_VxTK1A5k

Sual:

Eşidirik ki, bəziləri şeyx Rabi ibn Hədi əl-Mədxaliyə və şeyx Ubeyd əl-Cəbiriyə tən edirlər. Allah hər ikisini qorusun.

Bəzi cavanlar. Belə deyirlər ki, bu iki böyük alim hizbiliyə dəvət edirlər, müsəlmanları bölməyə çağırırlar.

Şeyx Saleh əl-Liheydan:

Ən birincisi budur ki, mən şeyx Rabini çox yaxşı tanıyıram, amma şeyx Ubeyd barədə tanışlığım elə deyil.

Amma şeyx Rabini bilirəm ki, o, elm əhlindəndir, sağlam əqidə sahiblərindəndir, Şeyximiz şeyx Abdul Aziz ibn Bəz (Allah ona rəhmət etsin) İslam Universitetində müdir olduğu vaxtlarda oranı bitirmişdir. Bilirik ki, o böyük şeyxdir və xeyir üzərindədir.

Hər bir kəs xəta edir. Muhəmməddən (sallaAllahu aleyhi və səlləm) başqa məsum olan varmı?!

Bir kəsə fəzilət olaraq kifayət edər ki, ayıbları sayılacaq qədər az olsun. Allaha həmd olsun ki, Şeyx Rabidə heç bir eyib bilmirəm.

https://www.youtube.com/watch?v=qEOxkA4FMvQ

Sual:

Səkkizinci və axırıncı sual. Allah sizi qorusun.

Bizdə Məğribdə şeyx Rabinin qədir-qiyməti barədə şəkk-şübhə salan kəslərə nə nəsihət edərdiniz? Bunlar gah deyirlər ki, şeyx Rabi boş şeylər gətirir, gah deyirlər ki, onda rəddiyyələrdən başqa heç nə yoxdur, gah da deyirlər ki, o qocalıb.

Şeyx Saleh əl-Liheydan:

Allah onları bağışlasın. Ən birincisi o, elə də qoca deyil, heç də qocalıb ağlını itirməyib. Bəli, o yaşda məndən kiçikdir. Həmçinin universiteti də bizdən hardasa dörd il sonra bitirdi, şəriət fakultəsini. Onun yazdıqlarından rast gəldiyim şeylərin heç birində nə əqidə məsələlərində, nə də elmi məsələlərdə ona qarşı heç bir etiraz yoxdur. Özü də ki, müxalif olduqlarını gördüyü kəslərə rəddiyyə verməyə hərisdir. Heç bir şəkk yoxdur ki, şeyx görür ki, kimsə özünü elm yayan məqamına qoyub, lakin o kəsdə susulması doğru olmayan xətaları var və belə olduqda görür ki, o xətaları bəyan etmək ona vacibdir.

Etiqadi məsələlərdə ona rədd olunacaq heç bir şey mənə görünməmişdir. Və belə demək də olmaz ki, şeyx iman məsələlərində də xəta edib, həmçinin əməllə olan iman məsələləri mövzusunda da ona inkar olunası bir şey yoxdur. Əksinə şeyx iman məsələlərində sələflərin danışdıqları kimi, Əbu Hənifə, Məlik, Şafii, Əhməd və bunlardan qabaqkı imamlardan rəvayət olunan kimi danışmağa hərisdir. Bütün bunlar xeyir və elm imamlarıdır.

Amma şeyxin bəzi alimlərə rədlər verməsi məsələsinə gəlincə isə, bu məlum bir şeydir ki, alimlər arasında mübahisələr olur. Buna görə də elmi mənhəc budur ki, insan mübahisə edən iki kəsin (Şeyx Abbad ilə Şeyx Rabini qəsd edir) bir–biriləri haqqında dedikləri sözləri qəbul etməməlidir. Şeyxülislam ibn Teymiyyənin bu barədə kiçik elmi bir risaləsi vardır “Rafu əl-mələmi an əimmətil əl-əaləm”
(Böyük imamlardan qınağın qaldırılması)

https://www.youtube.com/watch?v=53KBu_bK2zM

Sual:

Allah sizə xeyir versin. Hörmətli şeyx, bəzi yerlərdə belə eşidirəm və oxuyuram ki, hörmətli şeyx, professor Rabi ibn Hədi əl–Mədxaliyə tənələr edirlər, ondan və elmindən çəkindirirlər. Deyirlər ki, o, Əhli Sünnə və Cəməadan deyil. Mən də bu məsələdə dəhşətə gəldim. Bunun hökmü nədir? Sizdən açıqlama xahiş edirik, Allah sizdən razı olsun.

Şeyx Saleh əl-Liheydan:

Heç bir şəkk yoxdur ki, şeyx elm əhlindəndir və şeyximiz olmuş hörmətli şeyx Abdul-Aziz ibn Bəzin Mədinədə tələbələrindən olub, Mədinə İslam universitetində ustaz işləyib. Onun nə əqidəsində, nə də əxlaqında heç bir xoşagəlməz hal tanımıram! Əksinə, onun barədə zənnim yaxşıdır, o xeyir əhlidir və fitnə dəvətçilərinin düşmənidir.

Sonra isə mən, cavanlara alimlər barədə pis danışmaqdan uzaq durmağı, dillərini qorumağı və özlərini düzəltməyi nəsihət edirəm. Sonra da kimdəsə ayıb gördükdə – zənn edirlərsə ki, bu ayıbdır – birinci özlərinə, öz ayıblarına baxsınlar. Öz ayıblarını tapdıqda bunları islah etməyə həris olsunlar. Əgər əziyyətlərdən salamat qalmasını, dininin və namusunun qorunmuş qalmasını istəyirsənsə, dilini qoru, heç kəsin eyiblərini danışma. Bütün bu şeylər, əgər kimdəsə ayıb gördükdə edilməsi lazım olan şeylərdir. Bundan da pisi insanların ayıblarını axtarıb və ya eşidib, sonra da o ayıbları şişirdib böyük göstərmək və hamıya göstərmək, bütün bunlar islah deyil, nə də saleh əməl deyildir.

Bütün elm tələbələrinə nəsihətim budur ki, hakimlərə və alimlərə qarşı atılmasınlar. Əgər kimdəsə ayıb bir şey olduğunu bilsələr, bunu dəqiqləşdirsinlər, bunu həmin şəxsə çatdırsınlar. Əgər ayıb olduğunu bilsələr, dəlilləriylə bilsələr ki, bu əməl münkərdir dəqiqləşdirsinlər. Dəqiqləşdirmədən dillərini işə salıb danışanlar barədə gələn məzəmməti, danlağı bilmək istəyirlərsə, gedib Nur surəsini oxusunlar.

https://www.youtube.com/watch?v=FrrYHs23IRI

Sual:

Köhnə səs yazılarınızdan birində demisiniz ki, şeyx, alləmə Rabinin rəddiyyələri Allah yolunda cihaddandır. Bu sözə təfsilat versəydiniz yaxşı olardı. Allah sizə bərəkət versin.

Şeyx Saleh əl-Liheydan:

Məsələdə heç bir təfsilata ehtiyac yoxdur. Bidət əhlinə və şəri müxalifliklər əhlinə rədlər Allah yolunda olan cihadın bir növüdür. Buna görə də o vaxt ki, mötəzilə, cəhmi və s. firqələr yayıldıqda imam Əhməd ibn Hənbəl kimi əvvəlki alimlər deyərdilər ki, zəlalətlərə rədd vermək Allah yolunda olan cihadın bir növüdür.

Sual verən:
Yəni ki, şeyximiz şeyx Saleh əl–Liheydən şeyx Rabinin bidət əhlinə və azğınlara verdiyi bu rədlərini Allah yolunda olan cihaddan görür?!

Şeyx Saleh əl-Liheydan:
Bəli. Allahın köməkliyi ilə, Allahın köməkliyi ilə, inşəAllah.

Sual verən:
Əzəmətli ərşin Rəbbi olan Allahdan istəyirəm ki, şeyx Saleh ibn Muhəmməd əl-Liheydəni qorusun. Şeyx zəhmət deyilsə bu danışığımızın tarixini qeyd edərdiniz.

Şeyx Saleh əl-Liheydan:
Üçüncü gün, 9 cumədə əxir 1435

https://www.youtube.com/watch?v=B00LNeC8vGQ

Sual:

Allah bəzi bu cavanları islah etsin, şeyx Rabiyə (Allah onu qorusun) tənələr edirlər, insanları ondan çəkindirirlər. Bəzi müxaliflərdən, münhərif mənhəclər əhlindən çəkindirdiyinə görə ona bu cür düşmənçilik edir, tənələr edirlər. Bu cavanlara nə nəsihət edərdiniz?

Şeyx Saleh əl-Liheydan:

Şeyx Rabi ibn Hədi əl–Mədxaliyə gəlincə, kişi Sünnə sahibidir, zəlalətlərdən çəkindirəndir. O, bəzi insanlardan çəkindirir, yalnız salamat mənhəcdə olmadıqlarını qəti olaraq bildiyi kəslərdən çəkindirir. Bu kişini çox yaxşı tanıyıram, onun kimi tanıdığım biri də Efiopiya əsilli, şeyx Muhəmməd Əmən əl-Cəmidir.

Riyadda oxudu, sonra Mədinə universitetini bitirdi, onda çox xeyirlər var. Heç bir şəkk də yoxdur ki, bizlərdən heç birimiz məsum deyilik. Şair dediyi kimi: İnsana fəzilət olaraq yetər ki, ayıbları sayılacaq qədər az olsun.

Bunların hamısı əqidə sahibləridir. Bunlar barədə heç bir qorxu yoxdur ki, insanları batil yollara və ya şirkə, haramlara salacaq yollara salsınlar. Allaha həmd olsun. Hərisdirlər. Bəzən ola bilər ki, sərt söz olsun. Elm tələbəsinə lazım olan budur ki, elmi öz əhlindən alsın.

Şeyx Rabi ibn Hədiyə dediyim tərifi bir daha təkrarlayıram. Allaha həmd olsun ki, şeyximiz bu dəvətdə kitablar yazmaqda və əziyyətlərə qatlaşmaqdadır. Mədinə universitetini və Riyad elmi mərkəzini bitirmişdir. Allaha həmd olsun ki, bu insanda çox xeyirlər vardır. Allahdan istəyirəm ki məni də, onu da, sizləri də sevib, razı qaldığı şeylərə müvəffəq etsin.

Hicri 1435 (2014)

https://www.youtube.com/watch?v=uZMneKG8dIU

Sual:

Bu şeyx Yəhyə Həcuri şeyx Rabi barədə deyir ki, qoca kişidir, yenə də insanlar barədə danışır, Şeyx Ubeyd əl-Cəbiri barədə deyir ki, ədəbsizdir, Şeyx Muhəmməd Səid Raslən barədə deyir ki, yaxşı yol üzərində deyildir.

Şeyx Saleh əl-Liheydan:

Qulaq as. Ən birincisi şeyx Rabi çox gözəl kişidir. Başa düşdün? Elm tələbələri arasında hərdən bəzi şeylər olur, lakin birinin digəri barədə dediyi söz o vaxt götürülür ki, dediyi söz təfsilatlı cərh olsun.

Sual verən:
Allahu Əkbər! Yəni ki, şeyx, təfsilatlı cərh qəbul olunur?!

Şeyx Saleh əl-Liheydan:
Bəli. Əgər təfsilatlı cərh olarsa, qəbul olunur!

Sual verən:
Allah sizə ömür versin, şeyx. Bu sözünüz bəzilərinə rəddir, deyirlər ki, onu (Həcurini) tanıyır. Mən də dedim ki, şeyx Liheydən onu tanımır.

Şeyx Saleh əl-Liheydan:

Yox, yox, tanımıram. Düzdür, mənə məktub göndərmişdi, amma mənə salam göndərmişdi. Bircə salamla adamın nəyi var, nəyi yox tanımaq olmur axı. Ona görə də o vaxt ki, bəziləri şeyx Muhəmməd Əmən Cəmi barədə pis danışırdılar, onda da belə idi, onlar xəta edirdilər. O da çox yaxşı kişi idi. Allah ona rəhmət etsin.

Sual verən:
Allah sizi qorusun. Amin. Yəni, şeyximiz Liheydən deyir ki, əgər şeyx Rabi təfsilatlı cərh gətirərsə, qəbul olunur.

Şeyx Saleh əl-Liheydan:
Bəli.

Sual verən:
Şeyx, bu günkü tarixi deyərdiniz. Sonra deməsinlər ki, bu köhnədir, nə bilim nə.

Şeyx Saleh əl-Liheydan:
16, zul hiccə ayı, 1434.

https://www.youtube.com/watch?v=UpMu0jeJWt4

 

12 – Şeyx Muhəmməd Ömər Bəzmul
Şeyx Muhəmməd Ömər Bəzmulla 1426-cı ildə (2006 yanvar) təkfirçi Məğravi barədə telefon danışığı

Zəng edən:
Şeyx, bir sualım var.

Şeyx Muhəmməd Ömər Bəzmul:
Buyur.

Zəng edən:
Yeni ibadətə başlamış qardaşlarımızı Məğraviçilər (ətbəsi) yoldan çıxarırlar, aldadırlar. Belə deyirlər ki, Məğravinin düşdüyü xətalar ictihadi xətalardır və onun barədə danışmış alimlər fikirlərindən dönüblər və s.

Şeyx, sizdən istəyirik ki, bu Muhəmməd Abdurrahmən Məğravinin halını bizə açıqlayasınız.

Şeyx Muhəmməd Ömər Bəzmul:
Mən də sənin kimiyəm, barəsində yazılıb internet səhifələrinə qoyulmuş məqalələri oxuyuram. Məğravinin xətalarına rəddiyyə yazılmış risalələri oxuyuram. Amma onu şəxsi olaraq tanımıram. Yaxşı olar ki, bir başa şeyx Rabidən və şeyx Əhməd ibn Yəhya ən–Nəcmidən soruşasan. Bildiyim budur ki, “Səhəb” saytında oxudum ki, şeyx Əhməd ən–Nəcmiyə deyildikdə ki, Məğravi barədə sözünüzdən dönmüsünüzmü? Şeyx bunu inkar etdi.

Zəng edən:
Bəli, Şeyx Nəcmidən soruşmuşuq.

Şeyx Muhəmməd Ömər Bəzmul:
Gözəl. Mən də bunu deyirəm. Mən elm əhlinə tabe olan adamam. Heç bir şeydə inşəAllah elm əhlinə müxalif olmuruq.

Zəng edən:
Yəni, siz elm əhlinin sözünə yönəldirsiniz?

Şeyx Muhəmməd Ömər Bəzmul:
Bu məsələdə mən sizi Şeyx Rabinin, şeyx Nəcminin və digər mötəbər alimlərin sözlərinə yönəldirəm.

Zəng edən:
Şeyx, bunun təəssübkeşlərinə və onu müdafiə edənlərə nə nəsihət edərdiniz?

Şeyx Muhəmməd Ömər Bəzmul:
İstər sələfilər olsun, istərsə də başqaları, mən qardaşlara nəsihət edirəm ki, onların qayələri və məqsədləri Allahdan qorxmaq, təqvalı olmaq olsun! Fitnələr, yersiz söz-söhbətlər çıxarmaqdan, özlərini doğru yoldan çıxaracaq problemli məsələlərə girməsinlər, bu məsələdə elm əhlinin sözlərinə sarılsınlar və artıq danışmasınlar. Həmçinin də alimlərin rəddiyyələr verib, hallarını açıqladığı batil əhlinə təəssübeşlik edənlərə də bu nəsihəti edirəm ki, onların (və ya özlərinin) azğınlıqlarından əl çəksinlər, doğru yola qayıtsınlar və azğın yolları tərk etsinlər. Çünki bu yollara tabe olmaq insanı Əhli Sünnə və Cəməanın olduğu yoldan çıxarır və insanı azdırır.

Zəng edən:
Bəli şeyx, Allah sizə bərəkət versin və sizdən razı olsun.

Şeyx Muhəmməd Ömər Bəzmul:
Sizdən də.

Zəng edən:
Əssələmu aleykum və rəhmətullah.

13- Şeyx Muhəmməd ibn Hədi:

Şeyx Rabi barədə “o, cərhdə sərtdir, şiddətlidir” deyənin sözünə etibar olunurmu? Sanki sualın davamı var, tam aydın deyil. Bu deyilən söz batildir. Kim bilir bunu?

O kəslər ki, Allah şeyxi hifz etsin, şeyxin sirasını, həyatını və barələrində danışdığı kəslərə etdiyi nəsihətlərini bilirlər, onlar bunu bilirlər. Bu haqda Dəmmam şəhərində danışdım, internetdə yayımlandı, hamısı yazıldı və kağıza köçürüldü. Deyirəm:

Allah şeyxi hifz etsin, bizə də, ona da rəhm etsin, şeyx barələrində danışdığı kəslərə çox səbr edir, səbr edir, səbr edir, onlara açıqlayır, yazışır. Buna da dəlil şeyxin bütün bu önünüzdə olan rəddiyyələridir çap olunub, görürsünüz ki, rədd verdiyi kəslərə nə qədər nəsihətlər edib. Nəsihət edə–edə nə qədər səbr edib? Nə qədər yazışıb? Nə qədər nələr edib? Sonra da o kəsin qəbul etmədiyini gördükdə, özünün etiqad etdiyi haqqı bəyan etməkdən başqa bir yolu qalmır. Heç belə biri barədə “sərtdir” (mətəşəddid) deyilərmi?! Bu nə sözdür?! Bu çox sınıq-salxaq sözdür. Lakin bunlar heç özləri də bilmirlər ki, bu söz nə deməkdir. Sözü eşidən kimi qapıbqamarlayıb götürüblər, sonra da başlayıblar mənasını bilmədikləri bir şeyi qışqıra-qışqıra danışmağa. Cərhdə şiddətlilik budur ki, cərhə səbəb olmadan cərh edirsən.

Cərhdə şiddətlilik budur. Əgər filankəs şiddətlidir (mutəşəddid) deyilirsə, cərh alimlərində bunun mənası budur ki, cərhə səbəb olmadan cərh edir. Bunun barədə deyilir ki, şiddətlidir. Amma cərhin səbəbi ilə cərh edirsə, bunun barədə şiddətlidir deyilməz. O kəs ki, təfsilatlı, açıq–aydın, mövcud olan şeylərlə cərh edirsə, hizbiliyə, azğınlığa tərəf etdikləri dəvətlərinə rədd verirsə, bunu da ya öz səsli yazılarından, ya da kitablarından gətirirsə, bu kəs şiddətli, sərt (mutəşəddid) deyildir. Bu kəs şiddətli, sərt (mutəşəddid) deyildir.

https://www.youtube.com/watch?v=JiuakuqNyc0

14- Şeyx Abdullah Buxari:

Dəfələrlə demişəm ki, şeyx Rabi (Allah onu hifz etsin) və şeyx Muqbil (Allah ona rəhmət etsin) bu universitet üçün alın açıqlığıdır. Onlar bu dünya üçün nemətdirlər. Həmçinin də başqa alimlər də vardır ki, bu universiteti bitirmişlər və Allah onların əli ilə insanlara faydalar vermiş, onların vasitəsilə ölkələrə və qullara həyat vermişdir. Belə alimlər çoxdur, bunlardan ikisi bu iki şeyxdir şeyx Muqbil (Allah ona rəhmət etsin) və şeyximiz şeyx Rabi (Allah ona hifz etsin).

https://www.youtube.com/watch?v=yy5xk08zsqk