Oxunma sayı: 90

Sual #544 : Şeyx AbdulAziz ər-Racihi – Allahı, Rəsulunu və İslam dinini söyənin hökmü


Sual:

Allahı, Rəsulunu və dini söyənin hökmü nədir?

Şeyx Racihi:
Kafirdir, özü də müsəlmanların icması ilə kafirdir. Kim Allahı söyərsə müsəlmanların icması ilə kafirdir. Kim peyğəmbəri söyərsə müsəlmanların icması ilə kafirdir. Kim İslam dinini söyərsə müsəlmanların icması ilə kafirdir. Kim Allahın şanını aşağı tutarsa kafirdir, kim Allahın kitabı ilə istehza edərsə kafirdir, kim Allah rəsulu ilə istehza edərsə kafirdir. Hamısı da müsəlmanların icması ilə kafirdir.

Həmçinin doğru olan da budur ki, tövbəyə çağırılmır, tövbəsi dünyada qəbul edilmir, çünki bunun küfrü kobud küfrdür. Başqaları baxıb çəkinsinlər. Amma Axirətdə isə özü ilə Allah arasında tövbəsi qəbul olunar.

Bu kəs kafirdir və öldürülməsi də vacibdir, tövbəsi də qəbul olunmur ki, insanlar bu əmələ cürətli olmasınlar. Doğru rəy budur. Bəzi elm əhli demişdir ki, tövbəyə çağırılır. Amma doğru olan budur ki, dünyada tövbəyə çağırılmır, lakin sadiq tövbə edərsə axirətdə qəbul olunar. Yox əgər yalançıdırsa, onda heç. Dünyada yox, tövbəsi qəbul deyildir. Əgər “tövbə etmişəm” desə də belə, deyirik ki, yox, mütləq boynun vurulmalıdır. Bu da başqa insanların da bu kobud küfrə düşməmələri üçündür.

Tarix: 2020-03-24

Cavab #544 : Şeyx AbdulAziz ər-Racihi – Allahı, Rəsulunu və İslam dinini söyənin hökmü


Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir