Oxunma sayı: 16

Sual #543 : Şeyx Abbada zəng – Allahı söyənin hökmü


Sual verən:
Birinci sual:

Hansısa bir kəsin Allahı və ya dini söydüyünü eşitsək alim olmayan, misal üçün elm tələbələri və bunlardan da aşağılar müəyyən olaraq onu təkfir edə bilərlərmi? Həmçinin bu kəsə mürtədlik hökmünü vermək üçün onun bu söyüşü bilərəkdən söyməsi şərtdirmi? Bu hökmdən dəli və şiddətli qəzəblə və ya sevinclə söyəni çıxırlarmı? Həmçinin də məcbur olunan? Sonra da bilərəkdən və öz istəyi ilə söyməyin mənası nədir? Allah sizdən razı olsun.

Şeyx Abdul-Muhsin əl-Abbad:

Allahı və rəsulunu söymək küfrdür və dindən çıxmaqdır ki, bundan da yalnız dəli və dili sürüşüb ağzından söyüş çıxan kəs salamat qala bilər. Bu kəslər üzrlü bilinirlər. Çünki dəlidən qələm qaldırılıb, dili sürüşən də üzrlüdür. Hədisdə gəldiyi kimi şiddətli sevincindən dolayı dedi ki, “Sən mənim qulum, mən də sənin rəbbinəm.”

Sual verən:
Xahiş edirik qəsdlə və öz istəyi ilə söyməyin də mənasını izah edərdiniz.

Şeyx Abdul-Muhsin əl-Abbad:
Qəsdlə və öz istəyi ilə söyməyin mənası dili şürüşməyib söyəndir. Dili sürüşməyən kəs qəsdlə və öz istək və iradəsiylə söyür, yox əgər dili sürüşərsə, üzrlüdür. Amma dəli deyilsə, dili riddə olan şeylə sürüşməyibsə, deməli bu kəs bilərəkdən söyür, bunun mənası bu olur ki, bu kəs öz istəyi ilə söyür. Deməli, dil sürüşməsi öz istəyi ilə söymək məfhumundan ayrı bir şeydir.

Sual verən:
Hüccət qaldıranın alim olması şərtdirmi, yoxsa elm tələbələri də hüccət qaldıra bilər?

Şeyx Abdul-Muhsin əl-Abbad:
Hüccəti hüccət qaldırmağa gücü çatan və elmi olan şəxs qaldırır, yoxsa ki, hər kəs yox, hər elmi olan yox. Hüccəti alim, elmlə, haqla tanınan şəxslər qaldırır.

Sual verən:
Yenə də qayıdaq Allahı söyən məsələsinə. Buna da hüccət qaldırılması şərtdirmi?

Şeyx Abdul-Muhsin əl-Abbad:
Yox, yox, buna hüccət qaldırılmır. Bu kəsə hüccət qaldırmağa ehtiyac yoxdur.

Sual verən:
Əgər bir elm tələbəsi kimisə ən pis sözlərlə Allahı söydüyünü eşidər və ona nəsihət də edərsə, sonra nəsihət edən kəƏs onu təkfir etməyib dayanarsa, ehtiyat edərsə, bununla da yanaşı belə etiqad edir ki, Allahı söymək açıq-aşkar küfrdür. Bunun bu cür ehtiyat etməsinin səbəbi isə belə fikirləşməsidir ki, mən qazi deyiləm, alim deyiləm, buna görə də onu təkfir etməkdən qorxur, çəkinir, həmçinin də fikirləşir ki, əlimdə heç bir ixtiyar, güc, hökm yoxdur, buna görə də təkfir etmək mənlik deyil.

Şeyx Abdul-Muhsin əl-Abbad:
Əgər o kəsin həqiqi halını, yəni onun dəli olub -olmadığını, dilinin sürüşüb-sürüşməməsini bilmirsə, bu halda üzrlüdür. Yox əgər bilirsə ki, bu kəs dəli deyil, dili də sürüşməyib, ağlı başındadır, belə birinin halı aydındır, bu kəsin kafir olmasında
tərəddüd etmək olmaz!

Sual verən:
Tərəddüd etmək olmaz.

Şeyx Abdul-Muhsin əl-Abbad:
Bəli.

Sual verən:
Əgər tərəddüd edərsə hökmü nə olacaq?

Şeyx Abdul-Muhsin əl-Abbad:
Deyirəm ki, əgər dəli deyilsə, ağlı başındadırsa…

Sual verən:
Əgər ağlı yerindədirsə, bu halda müəyyən olaraq onu təkfir etməsi vacib olur?

Şeyx Abdul-Muhsin əl-Abbad:
Bilməlidir ki, bu əməl küfr, bunu deyən də kafirdir.

Sual verən:
Müəyyən olaraq təkfir etməsinə də, bir maneə yoxdur?

Şeyx Abdul-Muhsin əl-Abbad:
Bu nə deməkdir?

Sual verən:
Yəni onun kafir olmasını etiqad edir və onunla kafir müamiləsi edir.

Şeyx Abdul-Muhsin əl-Abbad:
Belə olduqda əgər məsul şəxslər hədləri tətbiq edirlərsə, o kəsin işini məsul şəxslərə qaldırmalıdır, yox əgər bunu edən yoxdursa, onda ondan uzaq durur, ona nifrət edir və insanları da ondan çəkindirir. O kəsin kafir olmasını etiqad edirmi?

Şeyx Abdul-Muhsin əl-Abbad:
Bəli, bunu etiqad edir. Etiqad edir ki, kim bu söyüşü ağlı başında ikən deyərsə və dili sürüşməyibsə, kafirdir.

Sual verən:
Bunu etiqad etmək vacibdir?

Şeyx Abdul-Muhsin əl-Abbad:
Bəli, bu, şəri hökmdür.

Tarix: 2020-03-24

Cavab #543 : Şeyx Abbada zəng – Allahı söyənin hökmü


Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir