Oxunma sayı: 23

Sual #540 : Ləcnə əd-Daima – Şiddətli qəzəbdən dolayı Allahı söydüm


“Elmi araşdırmalar və fətva üçün daimi komitə”-nin (yəni, “Ləcnə”) 3481-ci fətvası 1-ci sual:

Sual: “Mən, müsəlman olan ərimlə Danimarkada yaşayan müsəlman bir xanımam. Allaha həmd olsun ki, mənim ondan üç övladım var. Lakin mən şiddətli qəzəbdən dolayı Uca Allahın zatını söydüm. Elə o hadisədən indiyə kimi ərim mənimlə danışmaqdan üz çevirib ki, mən mürtəd olmuşam, artıq Allah bizim nigahımızı ləğv edib, mənim kəsdiyim ona haramdır, mən varis ola bilmərəm, mənə cənazə namazı qılınmaz, yuyulmaram, dəfn olunmaram, cəsədim itlərə və malım isə müsəlmanlara verilər. Mən çox peşmanam. Bu mənim həyatımda birinci dəfədir. Allaha həmd olsun ki, mənim mədəniyyətdən və elmdən gözəl bir payım var. Mən bilirəm ki, bu məndən baş verən iyrənc bir şeydir. O, mənə sizə yazıb tövbəm haqqında soruşmağımı istədi: mənim tövbəm varmı? Həmçinin mənim ərimə qayıdışım varmı və necə? Allah sizə köməy olsun.”

Tarix: 2020-03-06

Cavab #540 : Ləcnə əd-Daima – Şiddətli qəzəbdən dolayı Allahı söydüm


Cavab:

Əlhəmdulilləh, Allahın salamı və salavatı peyğəmbərinin, ailəsinin və səhabələrinin üzərinə olsun. Daha sonra isə; Şəkk yoxdur ki, Uca Allahın Zatını söymək müsəlmanların icması ilə mürtədlik və İslam dairəsindən çıxmaqdır. Bu əməlin sahibi tövbə etməzsə boynunun vurulmağına laiqdir. Çünki peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə demişdir: “Müsəlmanın qanı bu üç şeydən başqa halal deyildir; evli zinakar, cana can və dinini tərk edib camaatdan ayrılan.” Madam ki, sən bundan tövbə etmisən, bu əməlinə görə peşman olmusan və bir daha səndən bunun kimi pis sözün çıxmamasına görə əzm etmisən o zaman tövbən səhihdir. Zövcən sənə zəng etsin və tövbədən sonra səninlə olan halını bu şey səndən baş verməmişdən qabaq ki, hal kimi hesab etsin. Çünki səhabələr (radiyAllahu anhum) mürtədlərin İslama geri qayıtdıqdan sonra (keçmiş) nigahlarını etibarlı sayar, onlarla zövcələri arasını ayırmaz və onlardan heç birinin nigahlarını yenilətməzdilər. Bizim üçün onlar gözəl nümunədirlər.” Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərinin, ailəsinin və səhabələrinin üzərinə olsun. ”

Komitənin sədri:

şeyx Abdul-Aziz ibn Bəzz

Sədrin müavini: şeyx Abdur-Razzəq əl-Afifi

Üzv: şeyx Abdullah ibn Ğudeyyan

Üzv: şeyx Abdullah ibn Quud

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir