Oxunma sayı: 84

Sual #537 : Şeyx Abdurrazzaq əl-Abbad – Dil adəti ilə olsa belə, Allahı söyən kafirdir!


Şeyx Abdur-Razzəq əl-Bədr (həfizəhullah) deyir:

” Kim bu şeylə zarafat edərsə kafir olar. Bu şeylə yəni, Allahın zikrindən bir şeyi və ya Quranı və ya dini və ya peyğəmbəri lağa qoyarsa kafirdir. Kafirdən qəsd İslam dinindən çıxaran ən böyük kürfdür. Əgər bu istehza ilə və ya lağ-lağa ilə bir söz deyərək zarafat edənin halıdırsa bəs söyənin halı necədir? Allah qorusun! Dini söyənin, aləmlərin Rəbbini söyənin, peyğəmbəri sallAllahu aleyhi və səlləm söyənin halı necədir?!.. Bu mürtədlikdir, dindən çıxaran ən böyük küfrdür. Baxmayaraq ki, bəzi yerlərdə, bəzi ölkələrdə bu söyüş çox yayılmışdır. Hətta bu növ söyüş bəzi insanların dilində “əs-Sələmu aleykum” sözündən və ya gözəl sözlərdən daha çox olmağa başlamışdır. Şəkk yoxdur ki, bu dindən çıxaran ən böyük küfrdür. Əgər söyən bu kəs namaz qılırsa, oruc tutursa, sədəqə verirsə və digər başqa əməlləri edirsə bircə dəfə söysə də belə bu söyüş onun bütün əməllərini puç edir və onu İslam dinindən çıxardır. Ona nə namazı, nə orucu, nə zəkatı, nə də başqa saleh əməlləri fayda verməz. Çünki, bu əməl dini pozur. Onlar “biz istehza etməyi qəsd etmirdik, biz ancaq səfərin və yolun yorğunluğunu çıxartmaq üçün zarafatlaşırdıq” deyərək üzrxahlıq etdikləri halda Allah onlar barəsində belə “…iman gətirdikdən sonra kafir oldunuz” dedi. Bəs aləmlərin Rəbbini söyməyə, dini söyməyə, peyğəmbəri söyməyə cürət edənlərə necə deyərdi?

Hətta bəziləri başqa birisi ilə mübahisə etdikdə onun dinini söyür və ya valideyninin dinini söyür və ya bunu kimi şeylər. Xatırlayıram ki, bir dəfə yolda bəzi yerlərdən keçəndə qarşımda iki nəfər var idi. Onlardan biri yük daşıyırdı. Birdən dostu ona toxundu və başının üstündəki yük biraz tərpəndi və düşmək istədi. O da yoldaşına tərəf çönüb onun anasının dinini söydü. Onları saxladım. Dedim ki, mən səndən soruşmaq istiyirəm, indi sən yoldaşının anasının dininin nə olduğunu bilirsən ya yox? Dedi ki, bəli. Dedim ki, dini nədir? Dedi ki, İslam dinidir. Dedim ki, o zaman sən indi İslam dinini söyürsən. Çünki, sən onun dinini söyürsənsə deməli İslam dini söyürsən. Bəs sən İslamı söyməyin mənasını bilirsənmi? İslamı söymək Allaha və dinə qarşı kafir olmaqdır, bütün əməlləri puç edir. Əgər insan namaz qılırsa, oruc tutursa, sədəqə verirsə, saleh əməllər və başqa şeylər edirsə qəbul olunmur. Hətta bu daşıdığın yük kimi, valideyninə və ailənə xidmət etməyin kimi əməllər İslamı söydüyün müddətcə heç biri səndən qəbul olunmur.

Hətta bəzi gənclər bunları bir-birilərinin ağzından götürüb deyirlər və heç dərk də etmirlər. Amma buna baxmayaraq bu kəlimə İslam dinindən çıxaran küfr olaraq yerində qalır. Allahı söymək və ya dini söymək və ya peyğəmbəri söymək və ya dinə istehza etmək və ya məsxərəyə qoymaq dindən çıxaran küfrdür. Onunla insanın namazı puç olur, orucu puç olur, saleh əməllərinin bütün hamısı puç olur və ona fayda vermir. Çünki küfr əməlləri puç edir. “Onların xərclədiklərinin qəbul olunmasına yalnız onların Allaha və rəsuluna küfr etmələri mane olmuşdur.” (Tövbə 54) *”…kim imanı inkar edərsə əməlləri puça çıxar və o, axirətdə zərər çəkənlərdən olar.” (Məidə 5)”

Sual verən: “Əgər burda Allahı söyən kimilərinə mane olacaq bir hökümət yoxdursa bizim üzərimizə düşən nədir?”

Şeyx: “Sənin üzərinə düşən sənin özünün buna sözlə, çəkindirməklə, sərt davranmaqla, bunun təhlükəsini; bunun küfr olduğunu, dindən çıxartdığı bəyan etməklə “bundan çəkin!” deməklə, qadağan etməklə mane olmağındır. Sən bunları edə bilərsən, bundan artığını etməyə sahib deyilsən.”

Tarix: 2020-03-06

Cavab #537 : Şeyx Abdurrazzaq əl-Abbad – Dil adəti ilə olsa belə, Allahı söyən kafirdir!


Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir