Oxunma sayı: 19

Sual #535 : Şeyx Abdullah Buxari – Bəziləri Allahı söyənə üzr gətirir, bu qələtdir!


Şeyx Abdullah Buxari:

Burada çox böyük və təhlükəliki bir məsələyə diqqət çəkmək istəyirəm. Elə zahiri əməllər var ki, qul o əməlləri edən kimi kafir sayılır, kafir olur. Nə olur? Kafir olur, o əməli gətirdiyinə görə kafir olur. O kəsin bu əməli etməyi, bu işi görməyi onun bu əməli etiqadi olaraq halal saymasının dəlilidir.
Zahirdə olan bu feili dəlildir ki, – o, bu feili etiqadi ilə (qəlbi ilə) halal sayaraq etmişdir,
– və bu əməl Uca Allahı təzim edən qəlbdən baş verə bilməz!
Buna misallardan:
bir kəs Quranı yerə qoyaraq, taptalayır
və ya götürüb tualeyə atır
və ya Allahı söyür
və ya Allahın elçisini (sallallahu aleyhi və səlləm) söyür.

Bütün əməllər, taptalamaq, atmaq hamısı bədən üzvləri ilədir, elə deyilmi? Belə demə ki, yox, elə deyil və ya demə ki, onun bu əməli halal saymasını bilmirik!!!

Bu feil dəlildir ki, onun qəlbi Allahı təzim etməkdən boşdur, baxmayarq ki, bu əməli bədən üzvü ilə etmişdir.

Əhli sünnə bu saydığımız etiqad üzərindədir, şeyxülislam ibn Teymiyyə də “əs-Sarim əl-məslul” kitabında belə təqrir etmişdir, ondan da qabaq imam ibn Qudəmə “Muğni” kitabında “Mürtədlər fəsli”-ndə, sonra imam ibn Qeyyim “İləmul-muvaqqiin ən Rabbil-aləmin” və şeyxlərimizin şeyxi alləmə Hafiz Həkəmi və başqa sünnə alimləri də belə təqrir etmişlər, hökm vermişlər.

Elə isə bunda diqqətli olun!!!

Bəziləri vardır ki, bütün əməllərdə üzr görürlər, bu isə qələtdir, səhvdir!!! Anladın?!!

Tarix: 2020-03-06

Cavab #535 : Şeyx Abdullah Buxari – Bəziləri Allahı söyənə üzr gətirir, bu qələtdir!


Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir