Oxunma sayı: 104

Sual #534 : Ləcnə əd-Daima – Allahı söyən adamın kəsdiyini yemək olarmı?


“Elmi araşdırmalar və fətva üçün daimi komitə”-nin (yəni, “Ləcnə”) 9407-ci fətvası 4-cü sual:

Sual:

“Bəzi insanların İslamdan bir şey bilmədiklərini, Quran oxumadıqlarını, hətta ondan bir ayə belə bilmədiklərini, namaz qılmadıqlarını, zəkat vermədiklərini, gündə bəlkə 20 dəfə dini, peyğəmbəri hətta Allahı söydüklərini görürsən. Bununla bərabər o, sənə özünün müsəlman oğlu müsəlman olduğunu deyir və kəlimeyi şəhadət gətirir. Nəzərə alsaq ki, bizim cəmiyyətimizin çoxusu bu sinif insanlardırsa biz onların kəsdiklərindən yeyə bilərikmi?”

Tarix: 2020-03-06

Cavab #534 : Ləcnə əd-Daima – Allahı söyən adamın kəsdiyini yemək olarmı?


Əlhəmdulilləh, Allahın salamı və salavatı peyğəmbərinin, ailəsinin və səhabələrinin üzərinə olsun. Sonra isə;

Birincisi, namazı onun vacibliyini inkar edərək tərk etmək icma ilə küfrdür. Onu tənbəllikdən və səhlənkarlıqdan tərk etmək də alimlərin sözlərindən racih olana görə küfrdür.

İkincisi, Allahı söymək, rəsulunu və dini söymək insanı İslam dindən çıxaran ən böyük küfrdür. Bu edən tövbəyə çağrılar, əgər tövbə edərsə heç, tövbə etmərsə peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “kim dinini dəyişərsə onu öldürün!” hədisinə əsasən əmr sahibinə onu öldürmək vacib olar. Hədisi əl-Buxari öz “əs-Sahih” əsərində rəvayət etmişdir.

Üçüncüsü, tövbə edənə qədər mürtədin kəsdiklərini yemək olmaz. Əgər doğru şəkildə tövbə edərsə tövbə etdikdən sonra kı, kəsdiklərini yemək halaldır. Eləcə də Əhli Kitabdan başqa kafirlərin kəsdikləri də belədir, kəlimeyi şəhadəti desələr də belə. Çünki, müsəlman alimlərinin icmasına görə İslamı pozan şeylərin olması ilə bərabər bu şəhadət onu deyənə fayda verməz.

Müvəffəqiyyət Allahdandır, Allahın salamı və salavatı peyğəmbərinin, ailəsinin və səhabələrinin üzərinə olsun.”

Komitənin sədri: şeyx Abdul-Aziz ibn Bəz
Sədrin müavini: şeyx Abdur-Razzəq əl-Afifi
Üzv: şeyx Abdullah ibn Ğudeyyan

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir