Oxunma sayı: 20

Sual #533 : Şeyx Albani – Allahı söyənin hökmü


Sual:

Bəzi kəslər var ki, Allahı və Rəsulunu (sallallahu aleyhi və səlləm) və dini söyürlər, bu kəslər İslam dinindən çıxırlarmı? Və bunlarla necə müamilə edək?

Tarix: 2020-03-06

Cavab #533 : Şeyx Albani – Allahı söyənin hökmü


Şeyx Albani:

Allahı söyən İslam dinindən çıxırmı? Heç bir şəksiz!!!
Bu haqda heç sual verməyə ehtiyac yoxdur, o ki qaldı bu barədə sual cavab verək! Çünki bu, buynuzlarını çıxarmış küfrdür.
Lakin bu məqamda bunu demək olar ki, özündən küfr kəlməsi baş verən kəs iki haldan birində olur:

  • ya danışdığı sözün mənasını bilir,
  • ya da danışdığı sözün mənsını bilmir.
    Birinci halda cavabımız ilk verdiyimiz cavab olcaq ki, o kəs kafirdir, dinindən çıxmış mürtəddir!!! Əgər Allahın hökmünü tətbiq edən müsəlman hakim varsa, hədisdə gələn tətbiq olunacaq: “Kim dinini dəyişərsə, onu ölüdürün”. Hətta bu kəs “Lə iləhə illəllah, Muhəmməd Rasulullah” kəlməsinə şahidlik edən müsəlman olsa da belə. Misal üçün “qadyəniyyə” firqəsi kmi, Muhəmmədin (sallallahhu aleyhi və səlləm) sonuncu peyğəmbər olmasını inkar edirlər, bunlar öldürülür, çünki dindən vacib bilinən bir şeyi inkar edirlər. Əgər bunda belədirsə, onda Allahı söyən kəs barədə nə fikirləşirsən?!! Onda Allahın Rəsulunu (sallallahhu aleyhi və səlləm) söyən kəs barədə nə fikirləşirsən?!! Və sairə… Bu kəsin mürtəd olmasında və mürtəd hökmü ilə öldürülməsində heç bir şəkk-şübhə yoxdur. Bütün bunlar birinci haldadır, yəni nə dediyini bildiyi halda.
    Yox əgər dediyi sözün mənasını başa düşmürsə, onda bir az təfsilata ehtiyac var:
  • ya əcəmidir (ərəb deyil və ərəbcə bilmir) və mənasını başa düşmədiyi ərəbcə küfr kəlmə işlədir.
  • ya da ərəbdir, lakin əcəmiləşib, artıq ərəb dilini unudub, onu başa düşmür və ərəbcə küfr olan kəlmə işlədir, amma sözün küfr olmasını başa düşmür. Əvvəldə eşitdiyiniz bəzi misallarda eşitdiniz ki, peyğəmbər (sallallahhu aleyhi və səlləm) demişdir: “Kim Allahdan başqasına and içərsə, artıq Allaha küfr etmişdir”. İndi nə qədər müsəlmanlardan Allahdan başqasına and içmələrini eşidirik. Nə üçün? Çünki Allahdan başqasına and içməyin küfr olmasından cahildirlər. Bu kəsin kafir olmasına hökm verilirmi? Burada cavab əvvəlki təfsilatda keçən cavab olacaqdır: əgər dediyinin mənasını bilirsə, kafir, yox əgər bilmirsə, onda bəyan olunmalıdır.
    Bu kəsə xatırlanmalıdır ki, dediyi bu kəlmə küfrdür, bundan dönməlidir, yoxsa boynu vurulacaq. İmam Əhmədin “Müsnəd”-ində səhih isnadla Abdullah ibn Abbasdan (radiyallahu anhu) gəlmişdir ki, “Peyğəmbər (sallallahhu aleyhi və səlləm) bir gün öz əshabının içində xütbə verir, birdən bir kişi qalxıb deyir: “Ey Allahın elçisi, əgər Allah və sən istəsən… Peyğəmbər (sallallahhu aleyhi və səlləm) dedi: “Məni Allah ortaqmı etdin?! Belə de: Tək Allah istəsə”. Ortaq yəni şərik. Peyğəmbərin (sallallahhu aleyhi və səlləm) məclisində iştirak edən, ona iman gətirmiş, Allahın şirkdən qurtarıb tövhidə yönəltdiyi bu səhabə Peyğəmbər (sallallahhu aleyhi və səlləm) ona “Məni Allah ortaqmı etdin?!” dedikdə, doğrudanda peyğəmbəri Allaha ortaq, şərik tutmaq istəmişdirmi? Cavab budur ki, yox. Buna görə də Peyğəmbər (sallallahhu aleyhi və səlləm) yalnız xatırlama ilə kifayətləndi ki, dediyin bu kəlmə küfr kəlmədir, lakin mən bilirəm ki, sən, bunu başa düşməmişsən. Buna görə də xatırlama ilə kifayətləndi, ona qarşı dindən çıxan mürtəd hökmünü tətbiq etmədi. Çünki o, dediyini qəsd etməmişdir.
    Belə olduqda kim mənasını bildiyi halda küfr kəlmə işlədərsə, o kəs mürtəddir, hökmü də ölümdür, kim də hansısa səbəblərə görə mənasını bilmədiyi kəlmə işlədərsə, ibn Abbasın hədisindəki kimi dediyi sözdəki dəqiq mənaları bilməzsə və ya mənasının küfr olduğu söz işlədib, lakin buna məcbur olunub və s. bu hallarda kafir olmur. Bu ayə də buna görə nazil olub ( ) Nəhl 106.
    Təfsir kitablarında bir rəvayət var, düzdür, sənədində zəiflik var, lakin ayənin mənası açıq-aydındır və bu rəvayət də bu mənanı açıqlayır və ya aydınlığını artırır. O da budur ki, müşriklər Bilalı və Adiy ibn Hətimi tutub, şiddətli əzab verdilər. Bilindiyi kimi Bilal əzabalara qarşı necə dözümlü birisi idi. Ondan Allaha şərik qoşmağı tələb edirdilər, o isə “Əhəd, Əhəd” (təkdir, təkdir) deyirdi. Ammar ibn Yasir (radiyallahu anhu) isə o şiddətli əzablara dözə bilmədi, səbri tükəndikdə ondan peyğəmbəri söyməyini tələb etdilər, yalnız bu halda onu tərk edərlər. O da razılaşdı və peyğəmbər barədə “sehirbaz, şair, yalançı” dedi, onlar da onu buraxdılar. Lakin tez bir zamanda öz xətasını başa düşdü və peyğəmbərin yanına getdi, olanları ona danışdı. Bu da onun imanının gücündən idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də o dedi ki, “bu şeyləri dedikdə qəlbin necə idi?” Cavab verdi ki, “Qəlbi imanla sabit idi”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “elə isə onlar bu etdiklərinə qayıtsalar, istəklərinə cavab ver”. Yəni onlar yenə sənə əzab versələr, sən də qəlbin imanla sabit olduğu halda əzabdan çıxış yolunu yalnız məni söyməkdə görsən, bunu əzabdan qurtulman üçün vasitə götür, nə qədər ki, imandasan, olar.
    Beləliklə, küfr kəlməsi deyən kəsə bu təfsilatla hökm verilməsi lazımdır.

Sual: Qəzəb halında deyən necə?
Həmçinin o da elə, qardaşım. Kafir olmur. Rəbbimiz Quranda Musanın öz qövmü ilə olan əhvalatını zikr edir. Musa Allahla danışığa gedir, qayıtdıqda qardaşı ona xəbər verir ki, qövmü öküzə ibadət etdilər, Musa da əlindəki Tövrat olan lövhələri yerə çırpdı. Əgər bu gün bir müsəlman Quranı bilərəkdən, qəsdlə yerə çırparsa, kafir olar. “Kəlimullah” Musa bilərəkdən, qəsdlə Allahın kəlamları yazılmış lövhələri bilərəkdə yerə atmazdı.
Elə isə qəzəb də üzrdür. Buna görə də bəzi alimlərin belə bir rəyi var ki, qazinin qəzəbli halda verdiyi hökm icra olunmur və bu doğru fətvadır. Qəzəbli halda zövcəsinə talaq verənin də talaqı sayılmır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Qazi qəzəbli olduğu halda heç kimin arasında hökm verməsin”. Nə üçün? Çünki qəzəb dorğu fikirləşməyə mane olur. Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “iğləq vaxtı talaq yoxdur”. Bu “iğləq” kəlməsini iki şeylə təfsir ediblər:
Birinci məna: məcburiyyət. Əgər bir kimsə öz maraqları üçün başqasını zövcəsinə talaq verməyə məcbur edərsə, bu halda talaq sayılmır.
İkinci məna: qəzəbdir. Əgər insan nəyəsə görə, hansısa halda zövcəsindən qəzəblənər və talaq verərsə, sayılmır, heç bir dəyəri yoxdur. Musanın (aleyhis-sələm) lövhələrlə olan qissəsi buna, qəzəb halına ən böyük dəlildir. Lakin bu qəzəblənən kəsə özünü ələ alsın deyə nəsihət olunmalıdır. Biz də zövcələrini qəzəb halında tələsərək boşayanlara nəsihət edirik ki, ay camaat, Allahdan qorxun, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sözünü xatırlayın: “güclü kəs güləşdə qalib gələn deyil, güclü kəs qəzəb halında özünə hakim olan kəsdir”. Ola bilər zövcənə qəzəb halında talaq verərsən, sonra gedib elminə etibar etdiyin birindən bu haqda fətva alar, o da talaqın sayıldığını deyər, lakin sonradan peşman olarsan, lakin artıq vaxt peşmançılıq vaxtı deyildir. Bunun üçün qəzəblənmə.
Bu məqamda “Səhih Buxari”-dəki bir hədis çox xoşuma gəlir: bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gələrək deyir ki, “mənə nəsihət et, ey Allahın Elçisi”. O da deyir ki: “qəzəblənmə”. Sanki o kəs bu kəlmədə elə bir dəyər gürmür və yenə deyir: “mənə nəsihət et, ey Allahın Elçisi”. O da deyir ki: “qəzəblənmə”, yenə deyir: “mənə nəsihət et, ey Allahın Elçisi”. O da deyir ki: “qəzəblənmə”. Üç dəfə. Axırda sanki kişi özünə gəldi və bu nəsihəti həyatında tətbiq etdi. Sonra o kişi dedi: “xeyirin hamısını qəzəbi tərk etməkdə gördüm”. Buna görə də güclü kəs qəzəb halında özünə hakim olan kəsdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir