Oxunma sayı: 19

Sual #531 : Şeyx Muhəmməd ibn Hədi – Allahı söyən cahil olsa belə, kafirdir!


Qari:

“Artıq bildin ki, insan dilindən çıxan sözə görə kafir ola bilər. Ola bilər ki, onu bilmədən desin, ola bilər ki, bunun onu Allaha yaxınlaşdıran bir şey olduğuna etiqad edərək desin, ola bilər ki, dini söysün, dinə istehza etsin və özünün bu şeydə heç bir bəsirəti olmaya-olmaya bununla kafir olsun. Allahı söysün və ya peyğəmbəri söysün və ya dinə istehza etsin və ya Allahın ona vacib buyurduğu və ya ona haram etdiyi bəzi şeyləri inkar etsin və özü də bilmədən və diqqət etmədən bununla kafir olsun. “

Tarix: 2020-03-06

Cavab #531 : Şeyx Muhəmməd ibn Hədi – Allahı söyən cahil olsa belə, kafirdir!


Şeyx Muhəmməd İbn Hədi:

“Allahdan salamatlıq istiyirik. Bəli, indi, elə indi bu şeylər nə çoxdur. Allahı söymək, dini söymək, peyğəmbəri söymək elə indi də mövcuddur. Bundan Allaha sığınırıq. İki nəfər mübahisə edir, müsəlman ola-ola bu onun dininə lənət edir o da bunun və İslamı söyürlər. Hətta (qızışıb) artırır və gözünü açmadan onun dinini də lənət edir Rəbbinə də lənət edir. Bundan Allaha sığınırıq. Beləliklə hər ikisi də kafir olur. Onlar bu sözün nələrə səbəb olduğunu bilmir və hər ikisi də həlak olur. Onların birindən bilmədən bir söz çıxır və onu məhv edir, Allah qorusun. Fikir vermir və bununla da həlak olur. Necə ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Qul elə bir söz deyər ki, bununla Məğriblə Məşriqin arası qədər məsafədə Cəhənnəmə düşər” hətta cahil olsa belə. Nə üçün?! Çünki bu şeylərdən cahil qalmaq olmur. Allahın söyülməməsini, dininin söyülməməsini hər kəs bilir. Cahil olsada belə, öyrənməsə də belə, təhsil almasa da, oxuyub-yazmasa da belə bu (hamı tərəfindən fitri olaraq) bilinən şeylərdəndir.

Eləcə də Allahın dininə istehza etmək də; namaz qılanlara istehza edir, saqqal saxlayanlara istehza edir və bununla onların dinlərini qəsd edir və həlak olur. Bu sözü ilə həlak olur, Allah qorusun!

Peyğəmbərin sallallahu aleyhi və səlləm sünnətinə istehza edir, onun əhlinə və s. istehza edir və bilmədən şirkə düşür, Allahdan salamatlıq istiyirik. Bu indi müsəlmanların cəmiyyətində mövcuddur, Allah qorusun!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir