Oxunma sayı: 17

Sual #526 : Şeyx Abdullah Buxari – Allahı və rəsulunu söyənə cahillik, sərxoşluq və s. üzr deyil


Allaha gözəl, pak, mübarək həmdlərlə, Allahın Özünün razı qaldığı kimi həmd edir, Adəm övladının ağası olan peyğəmbərinə salam və salavat göndəririk.

Allah sizlərə rəhm etsin, bilin ki, alimlər Allahla, Onun kitabı, rəsulu və dini ilə zarafat edənin kafir olmasında icma ediblər. Çünki qayda budur ki, Allaha, Kitabına və rəsuluna iman gətirmək dinin əslidir və bu şeylərdən hansısa biri ilə istehza etmək və yaxud aşağı tutmaq və yaxud söymək isə bu əsli silib, aparır. Bu küfr növü başqa küfr növlərindən daha şiddətlidir, çünki bu küfr növündə təhqir və alçaltma vardır. Bunu alləmə (təfsirçi Abdurrahman) əs-Sədi demişdir.

Sonra istəyirəm ki, nur çıraqları olan hidayət imamlarından bu məqamda bəzi sitatları qeyd edək ki, görək peyğəmbəri söyən bu kəsə tövbə varmı???

Alləmə Qazi İyad demişdir:
“Kitab və Sünnə nasları və ümmətin icması peyğəmnəri təzim etməyə, uca tutmağa, hörmət etməyə dəlalət edir. Həmçinin də ümmət icma edib ki, müsəlmanlarda kim peyğəmbərin qədrini aşağı tutar və söyərsə, o kəs öldürülməlidir.
Allah təalə deyir:
{Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır. } Əhzəb surəsi 57.
{Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır! } Əhzəb surəsi 53.

İmam Malik ibn Ənəs demişdir:
“Müsəlmanlardan kim peyğəmbəri söyərsə, tövbə etdirilməz, öldürülər”.
Həmçinin belə də demişdir ki, “Müsəlmanlardan da, kafirlərdən kim peyğəmbəri söyərsə, tövbə etdirilməz”.

Əhli Sünnənin imamı Əhməd ibn Hənbəl demişdir:
“İstər müsəlman olsun, istər kafir, kim peyğəmbəri söyərsə, öldürülməsi vacib olar”.

İmam ibn Munzir demişdir:
“Bütün elm əhli icma etmişlər ki, kim peyğəmbəri söyərsə öldürülməlidir, həmçinin də bunu Malik, Leys, Əhməd, İshaq demiş, Şafinin də məzhəzi elə budur”.

Qazi İyad demişdir:
“Peyğəmbəri söyən, aşağılayan əgər öz söyüşünü qəsdlə söyməzsə və ya etiqad edərək etməsə də belə, yəni ki, peyğəmbər barədə söyüş, lənət etmək, yalanlamaq kimi küfr sözlər deyərsə, bu da bilinər ki, onu pisləmək istəməyib, söyməm istəməyib, lakin dediyi şeylərə onu cahil olması, sıxıntıları, sərxoşluğu, dili sürüşməsi, danışıqda kobudluğu və ya fikirləşmədən danışması kimi şeylər aparıb salsa da belə bunun da hökmü əvvəlkinin hökmü ilə eynidir”. Belə demək istəyir ki, bunlar da tövbəyə etdirilmədən öldürülürlər.

İmam Əhməd demişdir:
“Peyğəmbəri söyən, həmçinin də peyğəmbərə və peyğəmbər anasına zinaya nisbət edəndən töbvə qəbul olunmaz, çünki bu, peyğəmbərliyə ləkə yaxmaqdır ki, bu da küfrü vacib edir.

Əgər birdən kimsə deyərsə ki, məgər peyğəmbər öz həyatında ikən bəzi onu söyən kəslərdən tövbələrini qəbul etməyibmi?
Deyərik ki, bəli, bu doğrudur və bu, peyğəmbər həyatda olarkən olmuşdur, haqq onun öz haqqı olduğundan keçmişdir. Amma vəfatından sonra heç kəs onun haqqın sala bilməz, buna görə də bizə onu söyəni öldürmək hökmünü icra etmək vacib olur.

İmam Muhəmməd ibn Səhnun demişdir:
“Peyğəmbəri söyənlər arasında müsəlmanlarla kafirlərin arasında fərq qoyuruq. Müsəlmanı öldürür, tövbəsini qəbul etmirik, çünki öz dinindən başqasına keçmədi. Söyən kəs həddi ölüm olan bir əməl etdiyindən, bunda heç kəsi əfv etmək yoxdur, necə ki, tövbəsi qəbul olunmayan zındıq kimi, çünki bir haldan başqa hala keçməmişdir”.

Əgər kimsə iddia etsə ki, tövbəsində sadiqdir, onda deyilər ki, bu tövbə ona axirətdə fayda verəcək, amma dünyadakı hökmü ölümdür.

Əgər birdən kimsə deyərsə ki, qəsdlə, bilərəkdən söyməyib, sadəcə zarafat edib, ciddi olaraq deməyib.

Onda deyirik:
Belə olması daha şiddətlidir, çünki bununla zarafat etməkdə və ya qeyri ciddi olaraq deməkdə üzr yoxdur.
İmam ibn Qeyyim demişdir:
“Allah və rəsulu bu məsələdə qeyri ciddiliklə və ya zarafatla deyilən sözü təkfirə mane olan üzr hesab etmədi. Əksinə belə edən əzabdan paya daha haqlə olur. Məgər görmürsən ki, Allah təalə küfr sözə məcbur olanı əgər qəlbi iman dolu olarsa üzrlü bildi, amma qeyri ciddi danışanı, zarafat edəni üzrlü bilmədi. Allah təalə deyir:
{Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”.  } Tövbə 65-66.

Tarix: 2020-03-06

Cavab #526 : Şeyx Abdullah Buxari – Allahı və rəsulunu söyənə cahillik, sərxoşluq və s. üzr deyil


Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir