Oxunma sayı: 18

Sual #522 : Şeyx Muhəmməd Bəzmul – Mən yaşadığım yerdə dil vərdişi olaraq Allahı söyürlər


Sual verən:

“Allahı və ya Onun peyğəmbərini və ya Onun dinini söyən və sonra isə “buna dilinin vərdiş etdini,  qəlbindən demədiyini” və buna vərdiş etməsinə onun yaşadığı və ya yetişdiyi ətraf-mühitin səbəb olduğunu deyən kəsin hökmü nədir?”

Tarix: 2020-03-05

Cavab #522 : Şeyx Muhəmməd Bəzmul – Mən yaşadığım yerdə dil vərdişi olaraq Allahı söyürlər


Şeyx Muhəmməd Bəzmu:

“Allahı söymək, dini söymək və peyğəmbərini (sallAllahu aleyhi və səlləm) söymək insanı dindən çıxaran ən böyük küfrdür. Allah Subhənəhu və Təalə Quranda bizə “Bizim bu qarilərimiz kimi qarınqulu və döyüşdə də qorxaq olan bir kimsələri görmədik” deyən o kəslərin hadisəsini zikr edib. Onları eşidən kəs gedib onların dediklərini peyğəmbərə (sallAllahu aleyhi və səlləm) xəbər vermək istəyəndə Quranın artıq onu qabaqladığını görür. Allah onların kafir olmasına hökm vermişdi. O Subhnəhu belə dedi: “…üzrxahlıq etməyin, iman gətirdikdən sonra kafir oldunuz!”.

İkrahsız Allahı söymək, dini söymək və peyğəmbəri söymək dindən çıxaran ən böyük küfrdür. Sənin “mən təvil etmişdim” deməyin sənə fayda verməyəcək, “mənim yaşadığım ətraf-mühit belədir” deməyin də sənə fayda verməyəcək. Xeyr, verməyəcək. Gərək sən belə bir işə düşməməyə görə öz nəfsinə və dininə diqqət edəsən. Gərək sən dilini Allahı söyməyə yox, Onu əzəmətləşdirməyə, peyğəmbərini əzəmətləşdirməyə, dinini əzəmətləşdirməyə öyrəşdirəsən.”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir