Oxunma sayı: 111

Sual #517 : Şeyx Suheymi – Allahı söyənə kafir deməyən özü kafirdir!


Sual verən:

“Allahı qəsdən söyənin kafir olmadığına etiqad edən kəs barəsində nə deyilər? Onun barəsində “murciyə” deyə bilərikmi?”

Tarix: 2020-03-04

Cavab #517 : Şeyx Suheymi – Allahı söyənə kafir deməyən özü kafirdir!


Şeyx Suheymi:

“Ona “murciyə” kəliməsi kifayət deyil. Əksinə o, özü də kafirdir. İshəq ibn Rahuyə rahiməhullah dedi: ” Əhli-s-Sünnəh və-l-Cəməat icma edib ki, kim Allahı söyərsə və ya peyğəmbərini sallAllahu aleyhi və səlləm söyərsə və ya dini söyərsə kafirdir.” Bu icmanı kim nəql edir? İmam Əhmədin çağdaşı olan böyük və tanınmış alim İshəq ibn Rahuyə. Bu sözləri əzbərləyin! Deyir ki, Allahı söyənin və ya peyğəmbərini söyənin və ya dini söyənin kafir olmasına Əhli-s-Sünnəh icma etmişdir. Özündən bu şey (küfr) baş verən kəsin kafir olmasında heç bir şəkk yoxdur.

Bu gün mən sizə dərsdə demişdim ki, mən  özüm bunu bir çox ərəb ölkələrində eşitmişəm. Təəssüflər olsun ki, Allahı söyməyi, dini söyməyi və peyğəmbəri söyməyi özüm öz qulaqlarımla eşitmişəm, heç kimdən nəql etmirəm. Hətta biri öz maşınına və ya dəvəsinə əsəbləşir dini söyür. Sənin dinin nədir? Ey qardaşım, din İslam dinidir. İslamdan başqa din yoxdur. “Allah qatında din İslamdır.”

Sizə sual verirəm, hansı daha yüngüldür? Hansı daha çətindir, təhlükəlidir?! “Bizim bu qarilərimiz kimi yekəqarın, yalan danışan və döyüşdə də qorxaq olan kimsələr görməmişik” deyənlərin sözümü yoxsa Allahı, rəsulunu və dini söyən kəslərin sözümü? Hansı daha böyükdür? İkinci. Yaxşı, məgər Allah birincini deyənləri kafir etmədimi?! “Əgər onlardan nə üçün belə etdiklərini soruşsan “Biz ancaq söhbət edib zarafatlaşırdıq” deyərlər. De: “Allaha, ayələrinə və rəsulunamı istehza edirsiniz?! Üzrxahlıq etməyin, iman gətirdikdən sonra kafir oldunuz!”” Doğru olan görüş də budur ki, bu ayədə münafiqlər qəsd olunmurdu. Təhqiq (araşdırma) bunu göstərir. Elə deyilmi?! Yəni, bu ayədə murad münafiqlər deyil. Çünki münafiqlər elə əvvəlindən kafir idilər. Lakin Allah deyir ki, “iman gətirdikdən sonra kafir oldunuz” . Yəni, o kəs mömin idi və bu kəlməsi ilə kafir oldu.

Doğrudur, bəzi rəvayətlər gəlmişdir ki, sonunda o adam tövbə etdi və Allah da qəbul etdi. Lakin, məsələ budur ki, o kəs bu sözüylə kafir oldu. Lakin tövbə etməsinin mənası budur ki, İslamını təzələdi (yenidən İslama girdi). Çünki bu söz mürtədlikdir.

Elə bu münasibətlə, yadıma bir məsələ düşdü; bəzi insanlar var ki, onlarla dini bir məsələ haqqında mübahisə etdikdə “çıx get, sizin öz dininiz var, mənim öz dinim” deyir. (Şeyx, təəccüblə əşəbləşərək) “Əşhədu ən lə iləhə ilə Allah”, sənin dinin mənim dinimdən başqasıdır ki?! Bu nə sözdür?! Bu söz çox təhlükəlidir. Din bir dənədir. Əgər etiqad edirsənsə ki, burda iki dənə din var bu daha müsibətdir. “Allah qatından din yalnız İslamdır.” , “Kim İslam dinindən başqa bir dini seçərsə bu ondan qəbul olunmaz…”

Bu arada uzun-uzadı izah etdiyim üçün üzrlü sayın. Həmd olsun Allaha ki, Peyğəmbər məscidinin ziyarətçiləri çoxdur, Allah qəbul etsin. Ümid edirik onlar bu kimi şeylərdən salamat qalıb, qardaşlarına da izah edərlər.

Sonra mən sizə sual verirəm, mənim zikr etdiyim bu şeylər İslam aləmində var ya yox? Təbi ki, var. Hətta (get-gedə) daha çox yayılır. Bəziləri heç bu şeyləri dərk etmir. Elə hey danışır..təhlükəli şeylər deyir. Bir söz deyir, heç onun mənası barəsində düşünmür, mahiyyətinə varmır.  SubhənəAllah, yəni, düşünmür ki, bu küfrdür, dərk etmir. Çünki, danışdığı zaman diqqət yetirmir. Müsəlman gərək öyrənsin, hansı sözə şübhə edirsə elm əhlindən soruşsun! “Əgər bilmirsinizsə zikr əhlindən soruşun”.”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir