Oxunma sayı: 20

Sual #516 : Şeyx Rabi əl-Mədxali – Allahı söyənə cahillik üzr deyil, o kafirdir!


Sual verən:

Müsəlman bir kəs ağlı tamam yerində olduğu və dərk etdiyi halda Allahı çox pis şəkildə söydü, belə bir şeydən Allaha sığınırıq! Lakin o, Allahı söyməyin İslam dinindən çıxardan bir şey olduğu bilmirdi. O, bunun küfr olan şeylərdən yox, adi haramlardan olduğunu zənn edirdi.

Tarix: 2020-03-04

Cavab #516 : Şeyx Rabi əl-Mədxali – Allahı söyənə cahillik üzr deyil, o kafirdir!


Şeyx: Allah onu zəlil eləsin! Bu kəs kafirdi!

Sual verən: Əmin! CəzəkAllahu xayran! Sual budur ki, Əhli Sünnə alimlərdən bu kəsi belə bir cahilliklə üzrlü görən varmı? (Şeyx əsəbləşərək sualını yarımçıq kəsir)

Şeyx: Bu (cahillik) ona fayda verməz! Allahı söyən sənsən?! Sənsən?!

Sual verən: Xeyr, Allah qorusun!

Şeyx: Yəhudilər, Nəsranilər, Hinduslar Allahı tanıyır və Onu əzəmətləşdirirlər. Söymək isə bu təzimi rədd edir. Əgər onun xəbis qəlbində Allahın hörməti olsaydı belə söyməzdi.

Sual verən: Yaxşı, onun üzrlü olması məsələsində qardaşlara qaranlıq qalan məqam var.

Şeyx: Bu kəs üzrlü deyil, bu cahil deyil!

Sual verən: Yaxşı, bu məsələdə (Allahı söyməkdə) üzrlü olmağa icma varmı?

Şeyx: HəyyəkəAllah

Şeyx: Onun təkfir edilməsindən başqa bir icma bilmirəm!

Sual verən: BərakAllahu fik

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir