Oxunma sayı: 94

Sual #515 : Şeyx Əmən əl-Cəmi – Allahı söyənə üzr gətirənlər


Sual: Allahı, dini və peyğəmbəri söyənin hökmü nədir? Bir kəs belə fətva verib ki, Allahın söyən kəs nə qədər ki, namaz qılandır, kafir deyil, fasiqdir, hətta söyüşü təkrarlansa da belə.

Tarix: 2020-03-04

Cavab #515 : Şeyx Əmən əl-Cəmi – Allahı söyənə üzr gətirənlər


Şeyx Əmən Cəmi:

“Doğrudan da biz indi əcaib-qəribə şeylər baş verən vaxtda yaşayırıq. Əgər fətva verən elm əhlidirsə, elə bu da o qəribə şeylərdən sayılar. Allahı, peyğəmbəri və islam dinini söyənin kafir olması icmadır, bunda heç bir ixtilaf olmasını bilmirik. Bu fətvanı verəndən qabaq hamı icma etmişdir ki, kim Allahı və İslam dinini söyərsə və ya peyğəmbəri, dini və Allahı ələ salarsa bu kəs açıq-aşkar küfrlə (kufr bəvahla) kafir hesab olunur. Gəlin indi məsələyə əqli tərəfdən baxaq. Allahı söyən kəs, bunun mənası Allaha ikrah etmək demək deyilmi?

Dünən də biri qəzəb halında Allahı söyməyin hökmünü soruşurdu.

Bunun da cavabı budur ki, bu kəs kimə qəzəblənib? Yəni Allahamı qəzəblənib? Sonra da Allahl söyüb? Sonra sual verən əlavə etdi ki, qəzəbli halda talaq da sayılmır. Ola bilsin fiqh dərsi öyrənəndi. Bunun da cavabı budur ki, bu müqayisə fərqli müqayisədir. Çünki ola bilsin ki, kimsə öz qadınının pis rəftarına görə ona çox şiddətli formada qəzəblənib, ağlını itirib və talaq verib, bəli, bu halda talaq sayılmır. Lakin heç təsəvvür edə bilirsinizmi ki, kimsə aləmlərin Rəbbinə qəzəblənsin, sonra da onu söysün? Allahı söysün? Heç sən sevdiyini söyərsənmi??!! Yox!!! Söydüyün yalnız və yalnız nifrət etdiyin kəs olar. Bax küfrün sirri də elə məhz burdadır. Çünki Allahı söyən kəs Ona nifrət edir, nifrət etdiyinə görə də Onu söyür. Allahdan xoşlanmadıqda da insan kafir olur. Çünki Allahdan xoşlanmamaq qəlbin xarablığındandır. Küfrün həqiqəti qəlbin xarab olmasıdır. Kimin qəlbi xarab olar, Xaliqini xoş görməz, onu söyərsə, heç bir müsəlmana onun kafir olmasında şəkk etməsi icazəli deyildir. Kim onun kafir olmasıda şəkk edər, onu təkfir etməzsə, onun özü kafir olar.

Sünnə əhli olan hansısa bir alimdən belə bir fətvanın – yəni Allahı və rəsulunu söyənin kafir olmaması fətvasının yayılması nə qədər də ar və utancverici bir haldır! Artıq alimlər bu kəsin kafir olmasında icma etmişlər. Bu küfrün sirrini də artıq bildiniz ki, bu sirr qəlbin xarab olmasıdır.

Məsələ çox təhlükəlidir. Fətva verməyə girişənlər gərək ki, Allahı gözlərinin önünə qoysunlar, yoxsa belə mövqe çox təhlükəlidir

Allahdan özümüz və sizlər üçün sabitlik diləyirik.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir