Oxunma sayı: 127

Sual #510 : Şeyx Useymin – Allahı söyən kafirdir, kimsə Allahın əzəmətindən cahil qala bilməz!


Sual:

Fəzilətli şeyx, Allahı sizi qorusun! Cahilliyin üzr olması məsələsinə Allahı və dini söymək məsələsi də daxildirmi?

Tarix: 2020-03-04

Cavab #510 : Şeyx Useymin – Allahı söyən kafirdir, kimsə Allahın əzəmətindən cahil qala bilməz!


Şeyx Useymin:

Məgər kimsə Allahı əzəmətləşdirməyin lazımlı olduğunu bilmir?! Sizdən soruşuram, cavab verin! Ya hə, ya yox deyin!

Sual verən: “Xeyr, heç kimi cahil qala bilməz.”

Şeyx: “Heç kim cahil qala bilməz. Allahın elə bir əzəməti və böyüklüyü var ki, Onu heç kim söyə bilməz. Eləcə də şəriətdə bu məsələ zehində olan bir fərziyyədir ki, həyatda bu mövcud deyil. Hər bil halda Allahı söyən kəs zarafat etsə belə kafirdir, mürtəddir və öldürülməsi gərəkir. Onun haqqında rəhbərə xəbər vermək lazımdır. O, yalnız bununla təmizə çıxar. Əgər sonra tövbə etsə, qayıtsa, öz halını düzəltsə, Allahı əzəmətləşdirsə, Onu zikr etsə və ibadət etsə belə bəzi elm əhli demişdir ki, tövbəsi qəbul edilmir və öldürülür. Çünki bu onun işlədiyi gühanın və mürtədliyin böyüklüyünə görədir, ancaq öldürülür. Axirətdə işi Allaha qalıbdır. Lakin dünyada onu kafir kimi öldürürük. Onu yumuruq, kəfənləmirik, namazını qılmırıq, müsəlmanların arasında dəfn etmirik və rəhmət də oxumuruq. Başa düşdünmü? Bu indi əməl edilən Hənbəlilərin məşhur məzhəbidir.

Bəzi elm əhli isə demişdir ki, əgər tövbə edərsə, halını düzəldərsə və doğru yolda olması da bilinərsə tövbəsi qəbul edilər və öldürülmə hökmü də üzərindən qalxar. Öldükdə isə müsəlmanlar kimidir. Çünki bu Allahın haqqıdır. Çünki O, kitabında belə buyurmuşdur: “De, ey özlərinə zülm etmiş qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin, çünki, Allah bütün günahları bağışlayır.” (Zumər, 53) Bu rəy isə racih olandır. Çünki, əgər biz o kəsin tövbəsində sadiq olduğunu və gözəl halını bilsək o, müsəlman sayılar və öldürülməsi də halal olmaz. Başa düşdünmü?

Amma peyğəmbəri söyən kəs isə hər bir halda kafir və mürtəd kimi öldürülür, tövbəsi qəbul edilmir. Bu da həmçinin Hənbəlilərin (Allah onlara rəhmət eləsin) görüşüdür. Günahının böyüklüyünə görə bu edilir. Lakin, əgər tövbə etsə, halını düzəltsə və peyğəmbəri (sallAllahu aleyhi və səlləm) və onun şəriətini təzim etdiyini görsək onun tövbəsini qəbul edib üzərindən öldürülməsini qaldırırıqmı yoxsa tövbəsini qəbul edib üzərindən öldürülməsini qaldırmırıq? Bu ikinci görüş doğru olan görüşdür. Biz onun tövbəsini qəbul edib deyirik ki, sən müsəlmansan. Lakin gərək onu öldürək. Başa düşdünmü?

Yaxşı, birdən biri desə ki, sən Allahı söyənin bundan tövbə etdikdə öldürülmədiyini dediyin halda peyğəmbəri söyənin öldürüldüyünü necə deyirsən? Məgər peyğəmbərin haqqı Allahın haqqından daha böyükdür?! Cavab isə şübhəsiz ki, xeyr! Lakin Allah Özü haqqında xəbər vermişdir ki, kim tövbə edib Ona dönərsə qəbul edər. Bu haqq Allaha məxsusdur. Yəni, Allah onun tövbəsini qəbul edərsə və Öz haqqını bağışlayarsa vəssalam. Lakin peyğəmbər sallAllahu aleyhi və səlləm isə kimsə onu söyərsə və ya şəxsiyyətini alçaldarsa bu zaman bu kimin haqqıdır?! Əlbətdəki, bu peyğəmbərin öz haqqıdır. Hal-hazırda isə biz bilmirik ki, o, öz haqqını bağışladı ya yox?! Çünki o, vəfat edib. Ona görə də biz gərək onun intiqamını alaq və onu öldürək. Əgər bilsək ki, o həqiqi tövbə edibdir, o zaman o, müsəlmandır, cənazəsini yuyuruq, kəfənləyirik, namazını qılırıq və müsəlmanlarla birlikdə dəfn edirik. Buna da peyğəmbər sallAllahu aleyhi və səlləmin müsəlman olduqdan sonra onu söyən bəzi qövmləri bağışlaması və onlardan ölüm hökmünün düşməsi dəlalət edir.”

Sual verən: “Bəs dini söymək necə?”

Şeyx Useymin: “Dini söymək də Allahı söymək kimidir.”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir