Oxunma sayı: 30

Sual #508 : Şeyx İbn Bəz – Allahı söyən kafirdir, bu məsələdə cahillik üzr deyil!


Sual:

Eşitmişəm ki, dini söyən kafirdir. Bu məsələdə dini söyməyin insanı dindən çıxartdığını bilənlə dindən çıxartdığını bilməyən bərabərdirmi? Dini məsələlərdə insan üzrlü sayılır. Bəs hansı məsələlərdə insan üzrlü sayılmır? Öncə Allahdan sonra sizdən istəyirəm ki, bu məsələni ətraflı şəkildə izah edəsiniz. Çünki, bəzi insanlar var ki, cahilliyə görə üzrlü olmağın varid olduğunu deyib yayırlar və cahilliyi iddia edirlər

Tarix: 2020-03-03

Cavab #508 : Şeyx İbn Bəz – Allahı söyən kafirdir, bu məsələdə cahillik üzr deyil!


Şeyx İbn Bəz:

Müsəlmanların arasında yaşayan kəs bu kimi məsələlərdə cahilliyinə görə üzrlü bilinməz. Dini söymək İslamdan çıxmaqdır, namazı tərk etmək İslamdan çıxmaqdır, namazın vacibliyini inkar etmək İslamdan çıxmaqdır. Eləcə də Allahı söymək, peyğəmbəri söymək, Allaha istehza etmək, peyğəmbərə istehza etmək, bütün bunların hamısı dindən çıxmaqdır ki, bu kimi şeylərdə cahillik üzr deyil, müsəlmanların arasında yaşayırsa, cahilliyin üzrlü olması iddiası keçərli deyildir. Çünki bu şeylər zəruri formada bilinən məsələlərdir. Müsəlmanlar bunları dindən qəti olaraq bilirlər və bunlar heç bir kəsə də qaranlıq deyildir. Eləcə də əgər “zina halaldır, sərxoş edici içki halaldır” deyərsə, bunlar da İslamdan çıxmaqdır. Çünki bu şeylər heç kəsə qaranlıq deyildir.

Amma kimsə İslamı tanımaz, cahilliyədə yaşayarsa və ya müsəlmanların arasında yaşamazsa, onda bu halda onun hökmü “fətra” əhlinin hökmüdür, əgər bu hal üzərində ölərsə, işi Allaha qalar, Qiyamət günü imtahan olunar. Yox əgər müsəlmanların arasında yaşayır və dini söyür, Allah və rəsulu ilə istehza edir, namazı tərk edir və ya namazın vacibliyini inkar edir, zəkatın vacibliyini inkar edir, ramazan orucunun vacibliyini inkar edir, etməyə gücü çatdığı halda həccin vacibliyini inkar edir, zinaya halal deyir, sərxoş edici içkiyə halal deyir, valideynlərin üzünə ağ olmağı halal görür, bütün bunlar dindən çıxmaqdır (mürtədlikdir) və insan bunlarda cahilliyə görə üzrlü bilinmir. Çünki bunların hamısı dində zəruri bilinən məsələlərdi və müsəlmanlar arasında yaşayan hər kəs bunu bilir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir