Oxunma sayı: 33

Sual #506 : Şeyx Raslan – Allahı və peyğəmbəri söyən kafirdir, bunun əksini isə ancaq murciələr deyib


Tarix: 2020-03-03

Cavab #506 : Şeyx Raslan – Allahı və peyğəmbəri söyən kafirdir, bunun əksini isə ancaq murciələr deyib


Şeyx Muhəmməd Səid Raslən (həfizəhullah) xütbədə deyir:

” Kim peyğəmbəri söyərsə kafir olur. Bu istehzada qəlbin halal görməsi şərt olaraq qoyulmur. Kim bunu deyərsə ircaya düşür. Kim peyğəmbərə istehza etsə kafir olur, kim Allaha istehza etsə kafir olur, kim Quranla istehza etsə kafir olur, kim dini söyərsə kafir olur, kim peyğəmbəri aşağılayarsa kafir olur. Bunu deyən bir kəsə “o, bunu halal görür yoxsa halal görmür?” deyilməz. Bu zahirən də batinən də küfrdür. Bu fəqihlərin və “iman söz və əməldir” deyərək ircaya və mürciyələrə müxalif olan Əhli-s-Sünnə vəl-Cəməatın yolu ilə gedən alimlərin məzhəbidir.

“O, bunu halal görür yoxsa halal görmür?” deyilməz. Bu batil bir məsələdir. Bu əməlin zahiri (həmin kəsin) daxilinin bütün imandan və İslamdan boş olduğuna dəlalət edir. Sələfdən və xələfdən olan Sünnə alimlərindən və şeyxlərindən güvənilib etibar edilən kəslər bu rəyin üzərindədirlər. İshəq ibn Rəhuyə dedi: “Müsəlmanlar icma etmişlər ki, kim Allahı söyərsə və ya peyğəmbəri söyərsə və ya Allahın endirdiyindən bir şeyi rədd edərsə və ya peyğəmbərlərdən bir peyğəmbəri öldürərsə Allahın endirdiyi hər bir şeyi etiraf etsə belə bununla kafir olur.”

İmam Əhməd isə belə dedi: “Kim peyğəmbəri sallAllahu aleyhi və səlləmi söyərsə öldürülər. Çünki o, söydüyü zaman artıq İslam dinindən çıxmışdır. Müsəlman bir kəs peyğəmbəri söyə bilməz.” İmam Əhməd bəyan etdi ki, o kəs artıq dindən çıxmışdır. Çünki müsəlmanın müsəlman ola-ola peyğəmbəri söyməsi təsəvvür oluna bilməz. Hətta təsəvvür belə oluna bilməz!!!”

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir