Oxunma sayı: 168

Sual #743 : Şeyx Albani – İslamda ‘dini anaşid’ deyilən bir şey yoxdur.


Sual:
Şeyx, “islami anaşidlər” deyə tanınan bu şeylərlə bəlaya düşmüşük, görürsən ki, fasiqlərin mahnılarının sözlərini islami sözlərə dəyişirlər. Bu əməlin hökmü nədir?

Tarix: 2018-06-18

Cavab #743 : Şeyx Albani – İslamda ‘dini anaşid’ deyilən bir şey yoxdur.


Şeyx Albani:

İlk öncə bunu deyim ki, inşallah hamımızın bildiyi kimi İslamda “dini anaşid” və ya “islami anaşid” deyə bir şey yoxdur, sadəcə keşmişdə də, indi də müsəlmanların dedikləri şeir vardır. By şeirə də Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) bu sözü tətbiq olunur ki, demişdir:
“Şeir sözdür, yaxşısı yaxşı, pisi də pisdir”.

Ona görə digər sözlər kimi şeir də əgər yaxşı sözlərdən ibarətdirsə, onu demək də yaxşıdır. Lakin şeir deməkdə bu şeylər şərtdir ki, ərəb dili və İslam dini üslubuna uyğun olsun və özen sualında işarə etdiyin kimi nəğməli olmasın. Belə ki, nə ərəb, nə də İslam üslublarına müvafiq olmayan bəzi müasir nəğmələri götürüb, bu anaşidlərin sözələrini o mahnılara uyğunlaşdırıb deyirlər. Bu birinci tərəfdən.

İkinci tərəfdən isə bu anaşidlərdə eşidirik ki, bunlar İslama müxalif olan kəlmələrdən qurtulmayıblar.

Üçüncü və sonuncusu isə budur ki, bu “dini anaşidlər” adlandırdıqları bu anaşidlər Qurani Kərimin yerini tutmuşdur. Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) müsəlmanların Quranı əzbərləmələrinə, səslərini gözəlləşdirmələrinə həris idi. Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) demişdir:
“Quran oxuduqda səsini gözəlləşdirməyən bizdən deyil”. Başqa hədisdə demişdir:
“Bu Qurana sarılın və onu gözəl səslə oxuyun, Muhəmmədin canı əlində olana and olsun ki, Quran insanların köksündən dəvə ipindən açılıb qaçmasından daha tez çıxır”.

Bu gün müsəlman cavanlar Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) əmr etdiyi üzərə Qurana bağlılıqdan və onu oxuyarkən səsi gözəlləşdirməkdən üz çevirib, gedib başqa adla adlandırılaraq “dini anaşid”, “islami anaşid” deyilən bu anaşidlərlə səslərini gözəlləşdirirlər.

Doğrusu mən görürəm ki, şeytanın bu əsrdəki bir çox müsəlmanlara etdiyi hiylələrindən biri də budur ki, onları pariaq şüarlarla məşru (şəriətdə gələn) əməllərdən qeyri məşru əməllərə yönəldir. Aləmlərin Rəbbi dediyi kimi:
“İnsanların çoxu elmsizdirlər”. Buna görə də biz, müsəlman cavanlara nəsihət edirik ki, “islami anaşid” adlanan bu şeyləri oxumasınlar.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir