Oxunma sayı: 359

Sual #738 : Şeyx Albani – Şəffaf corabla çölə çıxan qadın günahkardır.


Tarix: 2018-03-21

Cavab #738 : Şeyx Albani – Şəffaf corabla çölə çıxan qadın günahkardır.


Rasulullah (sallAllahu aleyhi və səlləm) xofların da üzərinə, corabların da üzərinə, sandalların da üzərinə məsh çəkməyə icazə vermişdir, istər məsh çəkilən şey halal olsun, istərsə də haram, bu ayrı mövzudur, bizim burda danışdığımız məsh mövzusudur, bu da caizdir. Beləliklə, məsh mövzusunda fərq yoxdur ki, qadın (şəffaf corabla ayağını naməhrələrə göstərməklə) günahkardı, yoxsa (belə etməyərək) itaətkardı. Lakin şəkk yoxdur ki, (naməhrəm yanında şəffaf geyinməklə) günah qazanır, sanki ayağı çılpaq, corab geyinməmiş halda bayıra çıxmış, bədənini başqalarına göstərmiş kimidir. Rəbbimiz Öz Kitabında deyir: “zinətlərini göstərmək üçün ayaqlarını yerə bərk vurmasınlar”. O vaxtlar belə idi ki, qadınlar corab geyinmirdilər. Buna görə də hərəkət etdikdə, külək əsdikdə və sairə hallarda ayaqları görsənirdi. Buna görə də bildiyiniz kimi şəriət qadının üst geyimini yer üzünədək bir, ən çoxu iki qarış olmaqla uzatmasını gətirdi ki, ayaqları görsənməsin. Çünki o vaxtlar corab geyinilməsi onların adətlərində yox idi.

Necə ki, qadın bayıra çıxdıqda corab geyinməz və şəri üst geyimi ilə örtünməzsə, o qadın asidir, günahkardır, lakin dəstəmaz aldıqda ayaqlarını yuyarsa, bu əməli ilə itaətkar olduğu kimi.

Eyni ilə də deyirik ki, əgər qadın şəffaf corabla evində bayıra çıxarsa, bu qadın da asidir (günahkardır), lakin namaz qıldıqda həmən şəffaf corab üzərinə məsh çəkməsi doğrudur, bu əməli ilə dinə itaət etmişdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

 

секс чат гей на vibragame.ru