Oxunma sayı: 127

Sual #735 : Şeyx Süleyman Ruheyli – Xəta edən şeyxlərə və dəvətçilərə qızıl nəsihət


Tarix: 2018-03-21

Cavab #735 : Şeyx Süleyman Ruheyli – Xəta edən şeyxlərə və dəvətçilərə qızıl nəsihət


Mən şeyxlərə nəsihət edirəm ki, kimsə onların xətalarını özlərinə göstərərsə, təkəbbürlük etməsinlər, öz xətalarına haqq qazandırmaq, onları düzə çıxarmaq üçün heç bir cəhd göstərməsinlər.

İş çox asandır. Deyirsən ki, “bu məsələdə xəta etmişəm, Allahdan bağışlanma diləyirəm”. Bunları demək sənə heç bir zərər gətirməz. Sən, şeyxsən, bunları deməklə alçalmazsan! Əksinə, Allaha and olsun ki, hörmətin artar!

Nə üçün ümməti (öz məsələlərinlə) məşğul edirsən?! Nə üçün (xətandan dönmək əvəzinə) başqa yollar axtarırsan? De ki: “Bu işdə xəta etmişəm və Allahdan bağışlanma diləyirəm”.

Madam ki, bu iş xətadır, nə özünü başqa-başqa şeylərlə, yollarla məşğul etmə, nə də başqalarına sənə qarşı danışmağa şərait yaratma, buna imkan vermə ki, kimsə sənə rəddiyə versin, sən də qalxıb ona rəddiyə ver.

Mən, şeyxlərə nəsihət edirəm; onları sevdiyimə görə onlara nəsihət edirəm, onların yolları ilə gedirəm, özüm isə onlardan deyiləm. (Şeyx təvazökarlıq edir, yoxsa ki, özü alimdir)

Onlara nəsihət edirəm ki, ümmətə də, elm tələbələrinə də rəhm etsinlər. Nə qədər elm tələbəsi var ki, (bəzi kəslərin) bu cür dəyişikliklərindən qorxu içindədirlər.

Sələfilik əmin-amanlıqdır, Allaha tərəf dəvət etmək əmin-amanlıqdır. Ey şeyxlər, ümmətə qarşı rəhmli olun! Elm tələbələrinə rəhm edin! Bir-birininizi sevin, birləşin! Bir şəhərdə olduğunuz təqdirdə içinizdə ən xeyirli olanının o birinin yanına gedərək “gəl, elm tələbəsini bu şeylərlə məşğul etməkdənsə, özümüz bu məsələni anlayaq, həll edək” deməsi ona heç bir zərər verməz. “Özümüz həll edək ki, elm tələbələrinin qəlbini bu şeylərlə məşğul etməyək”

Allaha and olsun ki, bir düşmən belə, gəlib sənə pislik, şər istəyərək sənin ayıbını, sənə göstərərsə, artıq sənə yaxşılıq etmişdir. Bu halda sən deməlisən ki, “Allaha həmd olsun, ayıbımı özümə göstərdi, bu əməlim xəta imiş, Allaha tövbə edirəm, Allahdan bağışlanma diləyirəm, bu sözümü artıq demirəm, bu sözümdən dönürəm”. Əlhəmdulilləh!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir