Oxunma sayı: 142

Sual # : Şeyx Raslan – Ey həddadi Hələbi! Alləmə Albani sənə bunlarımı öyrətmişdi?


 

Misirin alləməsi
Muhəmməd Səid Raslənin (Allah şeyxi qorusun)
azğın Əli Abdul Həmid əl-Hələbiyə verdiyi
“Taliatu ar–raddi alə əl–Hələbi” adlı rəddiyyəsi

VI Hissə

Tarix: 2018-03-04

Cavab # : Şeyx Raslan – Ey həddadi Hələbi! Alləmə Albani sənə bunlarımı öyrətmişdi?


Şeyx Raslan:

Ey Hələbi, özünü tanı, yerini bil, insanların arasında fitnə-fəsad yaymağı tərk elə, onların arasında hərc-mərclik yaymaqdan və onları təşvişə salmaqdan əl çək. Bil ki, sən nə əsilli, köklü qaydalar üzrə elm almamısan, nə sələfi kimi, sələfi olaraq yetişməmisən və nə də ki, mənhəci olaraq mənhəc üzrə ixtisaslaşmamısan. Qayıt özünə bir də bax, özünlə məşğul ol, boş danışıqları və yazmağı dayandır və elmə və elm tələb etməyə yönəl. Daimə qədim şairin bu sözlərini xatırla (mənası): Qaneçilik sahibi elə bir padşahdır ki, dünya sahiblərindən fərqli olaraq heç kəsə – nə bir köməkçiyə, nə bir havadarlara ehtiyac duymaz.

Sonra isə bu həddadi Hələbi bir papaq altında iki başdır. Səndən soruşuram: Ey Hələbi, bilmirsənmi ki, sənə yardım edənlərin və səni müdafıə edənlərin əksəriyyəti həddadilərdir?! Bilmirsənmi ki, həddadilər bidət əhli içində rafizilərdən sonra ən nəcis kəslərdir, bununla da belə sənə yardım edirlər?! Onlarla birgə sənə yardım edənlər, səni müdafiə edənlər – qutbilər, ixvanlar, təəssübkeşlər və bütün kin küdurət əhlidir. Bunların hamısı da ya səni bidətçi görür, ya azğın, ya da xətakar. Hətta içlərində elələri də var ki, səni təkfir edirlər. Bütün bunlarla yanaşı bu qırğınları etmək üçün öz saytını vermisən bunlara ki, bu meydan, bu da siz, göstərin hünərinizi. Allahla görüşdükdə bu əməllərinin çirkinlikləri və günahları tərəzinin pisliklər gözündə ikən görəcəksən. Çünki bunların baş verdiyi, ortaya çıxdığı yer sənin evindir, sənin gözünün önündədir və sənin iştirakınladır. İnşə Allah Öz günahlarını da, onların günahlarını da sən daşıyacaqsan, Allah Özü səni hesaba çəkəcək! Nə qədər iddia edirsən ki, mübahisə etdiyin kəslərə qarşı həlimsən, yumşaqsan. Öz “dirar saytında” iddia edirsən ki, guya ki sən səfləri cəm etməyə və parçalanmanın qarşısını almağa hərissən. Bax, etdiyin əməlin öz sözünü yalançı çıxarır. Müsəlmanları təkfir edənlərə, onlara qarşı yalanlar ortaya çıxaranlara, ayıblarını açanlara, namuslarına dil uzadanlara, bəzi peyğəmbərlərə lağ edənlərə və alçaldanlara sığınacaq verir, onları qəbul edir, onları tərifləyirsən. Yoxsa alləmə Albani sənə halını bilmədiyin, heç özünü tanımadığın, heç kişidirmi, qadındırmı bilmədiyin və ya yaxşıdırmı, facir, günahkardırmı bilmədiyin kəsləri “təadil” etməyimi öyrədib? Bunlar bir yana, heç kafirdirmi, müsəlmandırmı bunu da bilmirsən. Ola bilməzmi ki, saytının üzvləri arasında əsli kafirlər, əhli kitab, bütpərəst, rafizi, günah içində itib batmışlar da olsun, eyni ilə fitnə istəyən, yalan yayan müsəlmanlar da vardır. Ola bilməzsə onda başa sal görək nə üçün ola bilməz, ey Hələbi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir