Oxunma sayı: 107

Sual # : Mumeyyilərin təzə imamı, səhabələrə nifrət edən – İd əl-Abbasi


Tarix: 2018-03-04

Cavab # : Mumeyyilərin təzə imamı, səhabələrə nifrət edən – İd əl-Abbasi


Az öncə hələbiçi kanallardan birində Hələbi qaydası olan “nusahhih və lə nucərrih” (düzəldirik, amma cərh etmirik) mumeyyi qaydası barədə guya nə isə gətirmək istəmişlər. Allahın izni ilə sələfi alimlərdən – alləmə ibn Useymin, alləmə ən-Nəcmi, alləmə Zeyd əl-Mədxali, alləmə əl-Fovzan və alləmə Abbaddan (Allah dünyasını dəyişənlərə rəhmət, qalanlarını hifz etsin) sitatlar gətirməklə bu bidətə son qoyduq.

Bu bidət söz əslində Adnən Arurun ixtira etdiyi, sonradan Məribi və daha sonradan Hələbinin yaşatdığı bir qaydadır. Bu gün isə Uca Allahın izni və müvəffəqiyyəti ilə onların İd Abbasi adlı yeni bir imamları haqda sizlərə məlumatlar çatdıracağıq.

İd Abbasi kimdir?

-“Müaviyəyə nifrət edirəm” deyən.
-“Müaviyə qarnını Peyğəmbərə itaətdən üstün tuturdu” deyən.
-“Səhabələrin bəzilərini səhabə saymayan”,
-“Səhabələrdən sonra gələn nəsillərdən kimlərsə bəzi səhabələrdən daha əfzəldir” deyən,
-“Seyyid Qutubun “Ziləl”-ini qoltuğunda gəzdirən,
-“Seyyid Qutubla imam Albanini bərabər tutan”

Həmin bu İd imam Albaniyə (Allah ona rəhmət etsin və yerini Firdovs Cənnəti etsin) tələbəlik etmiş, lakin sonradan onun mənhəcindən çıxmışdır. Belə ki, indi sizlərə təqdim edəcəyimiz materiallarda özünüz şahid olacaqsınız ki, bu İd əl-Abbasi hörmətli səhabə, Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) katibi, vəhyi yazan, ən adil məlik, möminlərin dayısı hesab olunan və barəsində fəzilətli hədislər gəlmiş səhabə Muaviyəyə (Allah ondan razı olsun) dil uzadır, tənlər edir və deyir ki, ((ona nifrət edirəm)) !!! Azğınlıqdan Allaha sığınırıq! !! Bu materialları da sizlərə milli mumeyyilərin, daxili düşmənlərin, bidət əhlinə xidmət edib, İslam əhlinə, səhih mənhəc əhlinə, səhabələrin yolunda olub, onları və o cümlədən də Müaviyəni sevən həqiqi sələfılərə düşmənçilk edən hizbi, mumeyyi saytı olan, Hələbinin öz saytından – “Kullu xaləfiyyin” saytından – gətiririk və görəcəksiniz ki, hətta o saytda belə saytın bir çox üzvləri, xüsusən də saytda bir neçə yüz məqalələr sahibi olan, saytın “mumeyyiz”, yəni “seçilən” üzvləri özləri onu azğınlıqda ittiham ediblər.

Burada deyilir:

Hişam bin Həsən adlı “seçilən” üzv:
Dostlar, çox təəccüblüdür! Muhəmməd İd Abbas Müaviyəyə (Allah ondan razı olsun) tən edir!!! Tez bunu dəqiqləşdirinll

Məcdi adlı “seçilən” üzv:
Əgər barəsində bu sabitdirsə, ondan əlini üz. Amma dəqiqləşdirilsin ki, şeyxə zülm etməyək.

Abdullah adlı “seçilən” üzv:

Allaha and olsun ki, nəql olunan haqdır, heç bir şübhə yoxdur. Bu kişi mənə görə AZĞININ BİRİSİDİR! MƏNDƏ SƏSİ VAR Kİ, MUAVİYƏYƏ TƏN EDİR. FİTNƏ BAŞI ADLANDIRIR. Mən Riyadda yaşayıram, Muhəmməd İd Abbası yaxşı tanıyıram. Bu adam qoltuğunda Seyyid Qutubun “Ziləlu əl–Quran” kitabını gəzdirir… Danışanda da Seyyid Qutuba da “ustaz” deyir, Albaniyə də ustaz deyir, hər ikisini eyni, bərabər tutur, demir ki, şeyxim Albani. Muaviyə barədə də çox çirkin sözlər işlədir, deyir ki, Muaviyə kimdir?” Onun barədə deyir ki, yemək yeməyi Peyğəmbərə itaətdən əfzəl sayıb. Seyyid Qutubun Muaviyə barədə dediklərini bircə-bircə su kimi içib, indi də qusur. Abdul Fəttəh Ramli qardaşımız ona nəsihət edib, lakin o qəbul etməyib. Belə olduqda da ondan üz çevirib və çəkindirir. Çox qardaş ondan üz çevirib.

Biri yazıb ki, onun bidəti onu Əhli Sünnə mənhəcindən çıxarırmı? Bidətçi olurmu? Ondan üz çevirmək lazımdırmı? Ondan elm almaq olmazmı?

Abdullah adlı “seçilən” üzv buna cavab verir:

Subhan Allah!! Kim olur olsun, kimisə görsən ki, hansısa bir səhabəyə tən edir, vurur, yıxır, onu tərk elə. Bunu yadda saxla.

Başqa biri ona qarşı danışmağı pisləyir və sələfi saytları olan “Səhəb sələfiyyə” və “Beyda” saytlarını misal çəkərək deyir ki, “elm əhlinə” qarşı onlar kimi olmayaq

Yenə Abdullah əs–Sunni adlı “seçilən” üzv deyir:
Sünnə kitablarını oxu ki, ona inkar etməyi inkar etməyəsən.

Burada biri deyir ki:
İd şeyx Albaninin tələbəsi olub, ona nəsihət olunsun, ədəblə rəd verilsin..

Ona uzun–uzadı cavab verilir ki:

Sələf kifablarını oxu ki, Allah Elçisinin səhabəsinə tənə edəni müdafıə etməyəsən.. Sonra da alimlərdən səhabə mövzusunda nəqllər gətirir. Bunlardan Buxarinin “Səhih”-ində ibn Abbasın sözüdür ki, Muaviyə fəqihdir, onda işiniz olmasın.

Burada Abu Valid adlı “seçilən” üzv yuxarıda keçən bu yazıya münasibət bildirir:

((Subhan Allah!! Kim olur olsun, kimisə görsən ki, hansısa bir səhabəyə tən edir, vurur, yıxır, onu tərk elə. Bunu yadda saxla.))

Deyir:
Allah sənə bərəkət versin. Kim qəsdlə səhabələri aşağı tutarsa, onun heç bir hörməti yoxdur və o artıq süqut etmişdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir