Oxunma sayı: 93

Sual # : Şeyx Əhməd Nəcmi – ‘Xətaları düzəldirik, amma cərh etmirik’ qaydası batildir


Tarix: 2018-03-04

Cavab # : Şeyx Əhməd Nəcmi – ‘Xətaları düzəldirik, amma cərh etmirik’ qaydası batildir


Şeyx Əhməd ən-Nəcmi:
Hollandiyadan zəng edirsən? Buyur.

Sual verən:

Bizə Adnan Arur adlı bir adam gəlir. Mühazirələr və dərslər verir. Özündən Sələfi mənhəcində şəkk-şübhələr yaradacaq bəzi sözlər və hiylələr çıxardıb. Tez-tez təkrarladığı bəzi qaydaları var.

Birinci qayda:

Bidət əhlinin xətalarına hökm verdikdə “Düzəldirik, amma cərh etmirik”. Bu qayda barəsində nə deyərdiniz?

Şeyx Əhməd ən-Nəcmi:

Bu qayda heçnədir. Əksinə, bu qayda bidətdir, buna rədd vermək və xətalarına rəddiyyə vermək vacibdir ki, insanlar bunlardan çəkinsinlər. Onlar istəyirlər ki, bu şeyləri öz nisbət olunduqları kəslər barədə “təcrih” kimi qələmə versinlər. Amma heç də belə deyildir. Əksinə, haqqı bəyan etməkdə, haqqa yardım olmaqda olan şeylərdir ki, insanlar bu bidətçilərdən çəkinsinlər, həzər etsinlər.

Bu qayda əslində heç qayda zad deyil, özünün uydurduğu bir şeydir. Sələflərdən heç kəs bunu deməmişdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir