Oxunma sayı: 136

Sual # : Zalım və fasiq hakimi azl etmək olarmı? – Sələfi alimlərin sözləri


Tarix: 2018-03-04

Cavab # : Zalım və fasiq hakimi azl etmək olarmı? – Sələfi alimlərin sözləri


Sual:

Allah razı olsun və mükafatınızı versin. Soruşurlar ki, hakim fasiqliyə və ya bidətə görə “azl” olunurmu (yəni, hakimiyyətdən uzaqlaşdırılırmı)?

Şeyx Süleyman Ruheyli:

Ədalətli olmaq hakimin şərtlərindəndir. Lakin Əhli Sünnə icma etmişdir ki, hakimin hakimiyyəti əsnasında şərtlərin əksi olan şeylər ortaya çıxarsa, buna görə hakim “azl” olunmaz (hakimiyyətdən uzaqlaşdırmaz)! Yalnız dəli olmaqdan savayı. Hakimiyyəti əsnasında dəlilikdən başqa şeylər olarsa, hakim o şeylərin heç birinə görə “azl” olunmur (hakimiyyətdən uzaqlaşdırılmır), hakimiyyəti özü tərk etməsi istisnadır. Hakim fasiqliyinə görə “azl” olunmaz (hakimiyyətdən uzaqlaşdırılmaz), hakim bidətinə görə “azl” olunmaz, hakim zalım olmasına görə “azl” olunmaz.

Hansısa bir şey baş verdikdə özümüzdən qaydalar qoymağımız düzgün deyildir. Əvvəlki sələflərin qaydaları açıq-aydındır və kifayət qədərdir. Əgər hakim gəlib hakimiyyətə çatarsa, hakimiyyət əlində cəmləşərsə, alimlər və nazirlər də hakimiyyəti ona təslim edərlərsə, bu hakim şəri (qanuni) hakimdir və hətta gəldiyi yol haram olsa da belə, gəlməmişdən öncə o yolu qadağan saysaq da belə hansı yolla gəlməsinə də boylanıb baxılmaz. Hakimdən nəsə baş verdikdə, haram iş gördüyünə görə qalxıb qaydalar qoymağımız icazəli deyil, olmaz! Bu əməl insanları zəifləşdirən şeylərdəndir. Əhli Sünnənin üsulları (əsasları) sabitdir, dəyişilməzdir. Əmr sahibi buna görə azl olunmaz (hakimiyyətdən uzaqlaşdırılmaz). Amma alimlər və nazirlər (mühüm zəruri hala görə) onunla toplaşıb, ondan hakimiyyəti tərk etməsini istəmələri, bu yaxşı bir şeydir. Amma dəlilikdən başqa şeylə və ya dəliliyə bənzər şeylərdən başqa bir şeylərlə “azl” olunmasına gəlincə isə, yox, olmaz!!!

Alləmə Əbul-Həsən Əli ibn Muhəmməd əl-Bəzdəvi əl-Hənəfi (hic.482) buyurur:

“Əbu Hənifənin əshabının hamısına görə imam əgər zülm edər, fasiqlik edərsə, “azl” olunmaz.”

(əl–Bəzdəvi “Usulud-din” səh. 190)

Dövrünün hədis əhlinin imamı Qazi İyad ibn Musa əl-Yəhsubi (hc.544) buyurur:

Fəqihlərdən, hədis əhlindən və kəlam əhlindən olan Əhli Sünnənin cümhurları (cəməhir) deyirlər ki, sultan fasiqliyə, zülmə və haqları zay etdiyinə görə nə “azl” olunmaz, nə çıxarılmaz, nə də ki, bu şeylərlə ona qarşı çıxmaq (xuruc etmək) icazəli deyildir.

İmam Muslimin “Səhih” kitabına Hafiz Nəvəvinin şərhi 12/229, əlavə olaraq “İkməl muallim” 6/247.

Hafiz Muhyid-Din Yəhya ibn Şərəf ən-Nəvəvi (hc.676):

Əhli Sünnə icma etmişdir ki, sultan fasiqliyə görə “azl” olunmur. Amma bəz əshabımızın fiqh kıtablarında “azl” olunmasının zikr olunması və həmçinin bu, mötəzilələrdən də bunu rəvayət olunub, bu, onu deyəndən baş verən bir qələt və icmaya müxaliflikdir. Alimlər deyirlər: “azl” olunmamasının və ona qarşı çıxmağın haram olmasının səbəbi fitnələrin baş verməsi, qanların axıdılması, insanların arasında fəsadın baş verməsi kimi halların tərtib olunmasıdır ki, bununla o hakimi “azl” etməklə ortaya çıxan fəsadlar o hakimin qalmasında olan fəsadlardan daha çox olur.”

İmam Muslimin “Səhih” kitabına Hafiz Nəvəvinin şərhi 12/229.

Şeyxülislman Əhməd ibn Abdul-Həlim ibn Teymiyyə (hic.728) buyurur:

Onların (yəni zalım hakimlərin) istər icazəli, istərsə də icazəsiz olan təvilləri ilə baş verən zülm və haqsızlıqlarına görə onları “izələ” etmək (hakimiyyətdən yox etmək) icazəli deyildir.”

“Məcmu Fətəva” 28/ 180.

Alləmə Huseyn ibn Muhəmməd ibn Abdullah ət-Tibi (hic.743) buyurur:

“Hətta zalım fasiqlər olmuş olsalar da belə, onlara (yəni zalım hakimlərə) qarşı çıxmaq müsəlmanların icmasıyla haramdır və Əhli Sünnə icma etmişdir ki, sultan fasiqliyə görə “azl” edilmir, çünki “azl” etməkdə fitnələr yayılır, qanlar tökülür, insanların münasibətləri xarab olur və beləcə “azl” etməkdəki fitnə onun qalmasından çox olur.”

“əl-Kəşif an həhaiq əs-Sunən” 7/181,182.

Muhəddis alləmə Bədrud-Din Mahmud ibn Əhməd əl-Ayni əl-Hənəfi (hc.855) buyurur:

“Sultan fasiqlik və zülmə görə “azl” olunmaz və buna görə onu hakimiyyətdən çıxarmaq olmaz.”

“Umdətu əl-qari şərh sahihi əl–Buxari” 35/109.

Alləmə Zeynud-Din Muhəmməd Abdur-Raui əl–Mənəvi (hc.1031) “Feydul-Qadir şərhu cəmiis-sağır” kitabında dəfələrlə deyir:

“İmam zülmə, fasiqliyə görə “azl” olunmaz və çıxarılmaz.” 3/386

“İmamın günahları Özünədir. İmam fasiqliyə görə “azl” olunmaz.” 3/482

“Məndən sonra sizin işlərinizin üstünə elə kişilər gələcəkdir ki, inkar etdiyiniz (və ya dindən bilmədiyiniz) şeyləri sizə yaxşı göstərəcək, dindən bildiyiniz işləri sizə inkar edəcəklər. Sizlərdən kim onlara yetişərsə, (bilsin ki,) Allaha asilik edənə itaət yoxdur.” (Səhihdir.)

Bu və bundan öncəki hədisdə açıq-aydın bildiriş vardır ki, imam fasiqliyə və zülmə görə “azl” olunmaz və bu şeylərə görə ona qarşı çıxmaq da olmaz. Lakin günah olan işləri əmr edərsə, ona bu şeylərdə itaət olunmur.” 4/ 175

Şafii məzhəbindən alləmə Muhəmməd ibn Allən əl-Bəkri əs-Siddiqi əş-Şəfii (hc.1057):

“İbn Abbas Peyğəmbərdən (Allahın ona salamı və salavatı olsun) rəvayət edir ki, “Kim öz əmirindən xoşlamadığı bir şey görərsə” yəni istər insanların haqqı çatan şeyləri onlara verməmək və onlara zülm etmək kimi dünyəvi işlərdə, istərsə də adil olub sonradan fasiqləşməsi kimi dini işlərdə olsun, belə şeylər görərsə imam fasiqliyinə görə “azl” olunmaz. Bəli, əgər küfr edərsə, “azl” olunar, “açıq-aydın küfr (küfr bəvah) görsəniz, bu hal istisnadır” hədisində keçdiyi kimi. Kim Öz əmirindən xoşlamadığı, lakin “azl” etməyi gərəkdirməyən işlər görərsə, “səbr etsin” – yəni ona qarşı çıxmamaqla.

“Dəlilul–fəlihin li turuq riyədus-salihin” 5/153

Şeyxülislam Muhəmməd ibn Abdul-Vahab (hc.1206) icma nəql edərək deyir:

“Bütün məzhəblərin imamları icma etmişlər ki, əgər kim zor yoluyla bir ölkəyə hakim gələrsə, bütün hər bir şeydə onun üçün imamlıq hökmü vardır.”

“əd-Durar əs–Səniyyə” 7/239

Həmçinin “Kəbəir” (Böyük günahlar) kitabında fəsl açaraq deyir:

89. “Camaatdan çıxmaq” fəsli:

“Kim öz əmirindən xoşlamadığı şeylər görərsə, səbr etsin. Çünki kim sultanın (itaətindən) bir ovuc qədər çıxar və bu halda ölərsə, cahiliyyə ölüsüylə ölmüş olar”

(Sonra isə deyir:) Nəvəvi deyir:

“Əhli Sünnə icma etmişdir ki, sultan fasiqliyə görə “azl” olunmur…. Alimlər deyirlər: “azl” olunmamasının və ona qarşı çıxmağın haram olmasının səbəbi fitnələrin baş verməsi, qanların axıdılması, insanların arasında fəsadın baş verməsi kimi halların tərtib olunmasıdır ki, bununla o hakimi “azl” etdikdə ortaya çıxan fəsadlar o hakimin qalmasında olan fəsadlardan daha çox olur.”

Şeyxülislam ibn Abdul-Vahabın “Kəbəir” kitabı səh.196-197.

Alləmə Muhəmməd ibn Əli ibn Muhəmməd əş-Şəvkəni (hc.1250):

“Nəticə budur ki: hakim, haramlardan hər hansı bir şeyi etməklə, onun “azl” olunmasına heç bir dəlil yoxdur. Əgər o, bu şeylərdən hər hansı birinə düşərsə, onda səhih olan, günahları silən tövbədən başqa heç bir şey etmir. Bu tövbə ona bəs edir.”

“Vablu əl-ğaməm” 2/320

Nəcd diyarının alləməsi Abdur-Rahmən ibn Muhəmməd ibn Qasim əl-Hənbəli (hc.1312–1392) buyurur:

“Əgər hakim adillikdən sonra fasiq olarsa, “azl” olunmaz.”

“Həşiyətu əd-durrati əI–mədiyyə fi aqdi əI-Firqati əl-mərdiyyə” 127

Böyük sələfi alləmə, muhəddis Muhəmməd Abdur-Rahmən ibn Abdur-Rahim əl-Mubərakfuri (hc.1353) imam Tirmizinin “Sünən”-inə verdiyi “Tuhfətu əl-Əhvazi” adlı şərhində (4/393) deyir:

“Nəvəvi deyir: Fəqihlərdən, hədis əhlindən və kəlam əhlindən olan Əhli Sünnənin cümhurları (cəməhır) deyirlər ki, Sultan fasiqliyə, zülmə və haqları zay etdiyinə görə nə “azl” olunmaz, nə çıxarılmaz, nə də ki, bu şeylərlə ona qarşı çıxmaq (xuruc etmək) icazəli deyildir, əksinə olaraq ona nəsihət etmək və bu barədə varid olan hədislərlə onu qorxutmaq lazımdır.”
Əvvəldə keçdi ki, Nəvəvi bunu Qazi İyaddan nəql etmişdir.

Alləmə Abdul-Muhsin Abbada sual verilir ki:
Hakim “azl“ olunduqda hakimiyyəti verməkdən imtina edərsə, bunun hökmü nədir? Bu halda onunla necə müamilə olunmalıdır?

Cavab:
Hakimi “azl” etmək icazəli deyıldır. Əgər küfr etməyibsə, insanlara hakimə qulaq asıb, itaət etməkdən başqası icazəli deyildir. Lakin onlara vacibdir ki, ona nəsihət etsinlər. Amma onu “azl” etsinlər, o da imtina etsin, bu anarxiyadır, bu yaxşı iş deyildir. Əgər “azl” etmək zəruridirsə və bunu heç bir zərər toxundurmadan, fəsadlar baş vermədən yerinə yetirmək olursa, bu başqa şeydir. Lakin o bir səfdə, bu birilər də digər səfdə dursun və döyüş, fitnələr baş versin, bu doğru yol deyildır.”

“Şərhu Sunən Əbi Dəvud” 27/370 (məktəbə şəmilə)

Alləmə Saleh ibn Fovzan əl-Fovzan:

“Əmir sahibi fasiqliyinə görə “azl” olunmaz.“

“Vasitiyyə əqidəsi”-nin şərhi səh.169.

Muhəddis alləmə Əbul-Huseyn Ubeydullah ibn alləmə Muhəmməd Abdus-Sələm ər-Rahməni əI-Mubərakfuri (hc. 1414) “Miratul-məfətih” kitabında hafiz ibn Həcərdən nəql edir və özü də bunu iqrar edir, o deyir:

“İbn Həcər Əbu Hureyranın hədisində deyir:

Əmirin fasiq və zalım olması icazəlidir və o, fasiqlik və zülmə görə “azl” olunmaz. Nə qədər ki, asiliyi əmr etmir, ona itaət etmək də vacibdir. Sələflərdən bəzilərinin zalım hakimlərə qarşı çıxması isə zalıma qarşı çıxmağın haramlığı üzərinə olan icmanın bərqərar olmasından öncə olmuşdur.”

“Miratul-məfətih şərhu mişkətil-məsabih” 4/58.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir