Oxunma sayı: 54

Sual # : Şeyx Ubeyd Cəbiri – Bəzi şeyxlərin cərh olunmuş kəsləri tədil etməsinə münasibət


Sual:

Bəzi sələfi şeyxlər dəlillərlə və haqq olaraq cərh olunmuş kəsləri ola bilsin ki, onlardan uzaq olduqlarına görə təzkiyyə etmələrinə sələfilərin mövqeyi necə olmalıdır?

Tarix: 2018-03-04

Cavab # : Şeyx Ubeyd Cəbiri – Bəzi şeyxlərin cərh olunmuş kəsləri tədil etməsinə münasibət


Şeyx Ubeyd əl-Cəbiri:

İnsanların hallarına baxmağımla və barələrində çox oxumağımla görürəm ki, bunlar iki və ya üç qismdirlər:

Birinci qism:

Özlərində (yaxşını pisdən) ayırd edən heç bir hədd olmayan, sadəcə insanların gözəl danışığından, söz düzülüşündən xoşlanıb, bu şeylərə görə təzkiyyə edənlər.

İkinci qism:

Sual verənin bildirdiyi kimi sahədən uzaq olanlar. Məkrli kəslər, hiyləgərlər və biclik edənlər də bu fürsətdən faydalanıb, sahədən, ortadan hansı səbəblərə görə qırılmış bu cür şeyxlərin qarşısında yaxşı, xoşa gələn tərzdə danışır, öz ayıblarını, batilliklərini, bəlalarını gizlədir, ört-basdır edirlər, bu şeyxlər də özlərinə görünən, zahir olan şeylərə əsasən onları tərifləyirlər. Bu şeyxləri məşğul edən işlər çox olduğundan hesab edirik ki, inşə Allah üzrlüdürlər. Lakin onların üzərilərinə fərzdir ki, axtarsınlar. Allah bizi də, onları da bağışlasın, bu şeyxlərə fərzdir ki, soruşsunlar. Çünki təcrübəmizlə görmüşük ki, bir-iki dəfə ziyarət etmək, bir-iki dəfə ona qulaq asmaq insanın yaxşı və ya pis halını bilmək üçün kifayət etmir.

Üçüncü:

Cahillər. Bunlarda ibrət yoxdur, çünki cahildirlər, qulaq asırlar, amma… Bunlarda elmdən nəsə var, lakin sələf mənhəcindən cahildirlər. Əgər danışan hansısa kəsi sahədən uzaq olan bir alim təzkiyyə etsə və ya bu kəsdən eşitdiyi şeylərdən xoşlanaraq aldanarsa, bu təzkiyyəni göylərə qaldırırlar, çünki cahildirlər, qafildirlər.

Dördüncülər:

Sələf qaydalarını, cərh və tədilin üsul-əsaslarını zay edənlər. Bu kəslər hətta yüksək ixtisas sahibləri, çox uca diplom sahibləri olsalar da belə, sələf qaydalarını yaxşı mənimsəməmişlər.

Elm və iman imamlarından qorunub saxlanılmış qayda budur ki, “bir şeyi bilən onu bilməyən üzərində hüccət sahibidir”, həmçinin demişlər ki, “təfsilatlı cərh mücməl tədildən öndədir”. Hətta lap təzkiyyə verən, tədil edən kəs öz zamanının ən elmlisi olsa da belə, özü kimisi və ya ondan aşağı birisi hüccətlə və dəlil–bürhanla cərh ortaya qoyarsa, buna təslim olmaq vacib olur. Cərh edənin qəti dəlillərlə, açıq–aydın Quranla olan cərhi gedib çatmış hər kəsə bu cərhi qəbul etmək, ona təslim olmaq vacib olur. O biri alimin də hörmətini qoruyun.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir