Oxunma sayı: 40

Sual # : Şeyx Süleyman Ruheyli – Şeyx Abbad oxumurdu, mən də bilmirdim. Şeyx Buxari yazdı, mən də bildim.


Sual verən:

Bəzi qardaşlar deyir ki, şeyx Abdul Muhsin Abbad filankəsi tərif edir. (səs yaxşı eşidilmir). Bu barədə son sözünüz nədir?

Tarix: 2018-03-04

Cavab # : Şeyx Süleyman Ruheyli – Şeyx Abbad oxumurdu, mən də bilmirdim. Şeyx Buxari yazdı, mən də bildim.


Şeyx Süleyman Ruheyli:

Vallah məndə birinci söz, axırıncı söz yoxdur. Mənim sözüm Əbu Həsən əl-Məribi məsələsinə aid idi və açıq-aydın şəkildə bəyan etdim, açıqladım. Mən bununla iki dəstəyə rədd verirəm:

Bir dəstə Əbu Həsən əl-Məribini bu qədər bidətlər ortaya qoyması ilə yanaşı onu tərif edir. Mən, indiyə qədər hizbilər üçün və həmçinin də insanları xarab, puç formada bir araya toplamaq, cəm etmək üçün qaydalar qoyan bu adam kimi başqa birini tanımıram.

Mən, işin əvvəlində susmağı əmr edənlərdən idim, çünki iş mənə zahir olmamışdı. (Danışan) şeyxlər isə bu məsələdə məndən daha elmli, daha də dəqiq bilənlər idilər və çəkindirirdilər. O (Məribi) yazmağa, bəyan etməyə başladı, şeyx Abdullah əl-Buxari də ona rəddiyyə verdi, onda mən dedim ki, bu adam özü bu şeyləri inkar etmək istəyirdi, amma bunları özünə isbat etdi. İki dəstə vardı:

– bir dəstə deyirdilər ki, biz “Abbadçılarıq”, Məribini tərif edirdilər, hüccətləri də bu idi ki, onlar şeyx Abbada tabe olurlar,

– ikinci dəstə isə pis əxlaq sahibləri idilər. Öz məclislərində şeyx Abdul Muhsinə tənə edib, belə deyirdilər ki, “şeyx Abdul Muhsin Məribini tərifləyir, kim də onu tərifləyərsə, o da onun mislindədir”.

Mən də dedim ki, şeyximiz şeyx Abdul Muhsin Abbad oxumurdu. Əbu Həsən Məribi məsələsində bunu bilirəm ki, şeyxdə qutu var idi, hər dəfə ona nələrsə verildikdə, qoyardı onun içinə, sonra da yandırılmasını istəyərdi. Əbu Həsən Məribi məsələsində.

Mən deyirəm: Sizlər üçün bu adamın, Əbu Həsən Məribinin, hansı ki, öz yazdığı şeylərdən qayıdanadək bunlara görə bizim yanımızda bidətçidir, bunun yazdıqlarını oxuyanlar və bilənlər üçün şeyx Abbadın sözündə heç bir hüccət yoxdur, çünki biz bilirik ki, şeyx Abbad oxumur. Bu da mənim yəqin olaraq bildiyim şeydir, kim deyərsə ki, Məribi barədə yazılan hər bir şeyi şeyx oxuyur, bunu deyən kəs öz sözündə sadiq, doğru deyildir. Başqalarını bilmirəm.

İkinci dəstə isə, şeyxə tən edənlərə gəlincə isə, biz bilirik ki, əgər şeyx hətta öz oğlu Abdur Razzaqın bir xətasına belə rast gəlsə, o baradə susan deyildir. Kişi özünü haqqı deməyə həsr etmişdir. Həmişə deyirəm ki, şeyx Abdul Muhsin mənə şeyx ibn Bəz və şeyx ibn Useymini xatırladır. Şeyxdə bu ikisinin bir çox sifətləri vardır. Əgər şeyx sizin bildiklərinizə rast gəlmiş olsaydı, bu adamın dediyi bu pis sözlərdən hansınasa rast gəlmiş olsaydı, onu tərifləməzdi. Lakin mən deyirəm ki, nə şeyx Abbadın sözünü hüccət olaraq gətirməyə haqqınız çatır, nə də o gecə yarasalarının şeyxə tənə etməyə haqqı çatır. O kəslər ki, öz məclislərində Əhli Sünnə şeyxlərini pis göstərirlər, onlara tənə edirlər, şeyx Abbada tənə edirlər, deyirlər ki, şeyx Abbad filankəsi tərif edir, o da onun mislindədir, fılankəsə səna edir, o da onun kimidir, belə deyə bilməzsiniz. Sözüm Əbu Həsən Məribi probleminə aiddir, bundan başqasına yox.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir