Oxunma sayı: 46

Sual # : Şeyx Fovzan – ‘İxvanul Muslimin’ və ‘Təbliğ camaatı’ sələfi deyil!


Sual:

Allah sizi xeyirlə mükafatlandırsın! Şeyx, soruşurlar ki, sizin “İxvanul Muslimin”, “Təbliğ camaatı” və qeyrilərinin sələfi olduğunu söylədiyiniz doğrudurmu?

Tarix: 2018-03-04

Cavab # : Şeyx Fovzan – ‘İxvanul Muslimin’ və ‘Təbliğ camaatı’ sələfi deyil!


Şeyx Saleh əl-Fovzan:

Bu yalan və iftiradır. Sələfilərə yalnız sələfilərin mənhəcinə tabe olanlar aiddirlər. Əgər insan sələfi mənhəci üzərindədirsə, o sələfidir. Yox əgər sələfin mənhəcinə müxalifdirsə, o zaman o, sələfi deyil. Allah rəsulu (sallAllahu aleyhi və səlləm) nicat tapan firqə haqqında buyurur ki:

“Onlar bu gün mənim və səhabələrimin yolu üzərində olanlardır!”

Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) bizə bəyan etmədiyi bir şey yoxdur. O bizə kimin sələfi olub-olmadığını bəyan etmişdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir