Oxunma sayı: 44

Sual # : Şeyx Fovzan – Müxalifləri rədd etməsək, ümmət həlak olacaq


Tarix: 2018-03-04

Cavab # : Şeyx Fovzan – Müxalifləri rədd etməsək, ümmət həlak olacaq


Şeyx Saleh əl-Fovzan:

Kim olursa olsun gəlib bizdən bu yoldan çıxmağımızı istəyərsə, ilk növbədə bunu rədd edirik, ikinci növbədə isə təkcə rədd etməyimiz kifayət etmir, gərək ki, onu bəyan edək və ondan çəkindirək. İnsanları ondan çəkindirək. Onun barədə susmaq icazəli deyildir. Çünki əgər onun barədə sussaq, insanlar onunla aldanar. Xüsusən də əgər gözəl danışan, iti dil, qələm sahibi və elmli biridirsə, insanlar onunla aldanacaqlar. Deyəcəklər ki, bu kəs elmlidir, fikir yürüdəndir. Məsələ doğrudan da təhlükəlidir.

Buradan da çıxır ki, müxalifə rədd vermək vacibdir, bəzi kəslərin dediyindən fərqli olaraq, onlar deyirlər ki, insanlara rədd verməyi tərk edin, hərənin öz rəyi var, ehtiram edin, rəy azadlığı, söz azadlığı. Bununla da ümmət həlak olar. Bununla ümmət həlak olur. Sələflər belə kəslər barədə susmamışlar, onları ifşa edib, rədlər vermişlər. Çünki bilirdilər ki, onlar ümmət üçün təhlükədirlər. Ona görə də bunlar barədə susa bilmərik. Gərək Allahın endirdiyini bəyan edək, yoxsa haqqı gizlətmiş olarıq. Allah haqqı gizlədənlər barədə demişdir ki, Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! (əl-Bəqərə, 159)

Ayə təkcə bidətçilər barədə deyil, əksinə hətta bidətçilər barədə susanlara da şamildir. Kim bidətçi barədə susarsa, danlaq, cəza ona da aid olur. Çünki vacib olan şey bəyan etmək və insanlara açıqlamaqdır. Bu da elmi rəddiyyələrin vəzifəsidir. İndi müsəlmanların kitabxanalarında yayılmış elmi rəddiyyələrin hamısı siratul-mustəqimi (düz yolu) müdafiə edir və o kəslərdən çəkindirir. Gərək bu fikirlər: Fikir azadlığı, rəy azadlığı, başqasına ehtiram kimi fikirlər yayılmasın. Bizim qəsdimiz başqası deyil, qəsdimiz haqqdır. Qəsdimiz onu-bunu cərh etmək, onun-bunun barəsində danışmaq deyil, qəsdimiz haqqı bəyan etməkdir.

Bu əmanətdir, elə bir əmanətdir ki, Allah bunu alimlərə daşıtdırır. Belə kəslər barədə susmaq icazəli deyil. Lakin təəssüflər olsun ki, kimsə qalxıb bunlara rədd verdikdə deyirlər ki, sən tələskənsən, səndə filan-filan şeylər var, bu kəsə rədd vermək lazım deyildi (rədd verilməyə haqlı deyildi) əgər susub, danışmasaydın, onun etdiyi də yayılmazdı, əgər onun barəsində sussaydın, onun işi məşhurlaşmazdı və s. vəsvəsələr. Bu şeylərin heç biri elm əhlini bu zəlalət dəvətçilərinin işlərini, şərlərini insanlara bəyan etməkdən süskün etməsin, ruhdan salmasın.

Lakin deyirik ki, elm əhli lazımdır, yoxsa ki, hər kəs rədd verməli deyil ki. Xeyr! Rədd vermək yalnız elm əhlinin, bəsirət əhlinin işidir, o kəslərin ki, xətanı doğrudan, haqqı batildən ayırd edə bilirlər, necə rədd vermək lazım olduğunu bilirlər, dəlilləri və şübhələrin cavablarını bilirlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir