Oxunma sayı: 42

Sual # : Şeyx Albani – ‘Rədd verərkən sərt olmaq icazəli deyil’ – fikri doğrudurmu?


Tarix: 2018-03-04

Cavab # : Şeyx Albani – ‘Rədd verərkən sərt olmaq icazəli deyil’ – fikri doğrudurmu?


Şeyx Albani:

Bununla da yanaşı müxaliflərə qarşı sərt də deyildilər, Allah Elçisinin (Allahın ona salamı və salavatı olsun) Sünnəsinə tabe idilər. Rəbbimiz ona belə xitab etmişdir ki,

“Əgər qaba və sərt ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb gedərdilər.” (Ali İmran, 159)

Şəkk yoxdur ki, hər bir şeydə Peyğəmbərə (Allahın ona salamı və salavatı olsun) tabeçilikdə ən böyük pay səhabələrindir. Bunlardan da biri insanlara müraciətdə kobud olmamaqdır.

Burada bir məsələ də vardır, onun barədə də danışmaq lazımdır. İnsanlara xitab formasında əzilib–büzülmək peyğəmbərlik və sələfi mənhəcinə müxalifdir. Bu məqamda bir şey də vardır ki, doğru olandan çox-çox uzaqdadır. Bəziləri səhv olaraq belə başa düşüblər ki, sərtlik etmək mütləq olaraq icazəli deyildir. Bu isə xətadır. Çünki bəzi sifətləri barədə danışdığımız, Allahın hikmət vəsfı ilə vəsf etdiyi Peyğəmbərimiz (Allahın ona salamı və salavatı olsun) hərdən şiddətlilik də istifadə edirdi. Bizlərdən də biri bunu istifadə edərsə Peyğəmbərimizə bənzəmiş olar. Burada bir səhih hədisi zikr etmək istəyirəm

“Kim özünü cahiliyyə nisbət edərsə, ona deyin ki, dişləriylə atasının övrətindən yapışsın”.

Bizlərdən kimsə bu cür bir şey desə, ona çox sərt bir formada inkar edərlər, amma özləri də bilmirlər ki, bu üslub Peyğəmbərimizin (Allahın ona salamı və salavatı olsun) üslubudur. Bütün alimlərə bilindiyi kimi hikmət, hər şey öz yerinə qoymaqdır. Yumşaqlığı və lütfü öz yerinə qoymaq şəriətdir, lakin bu demək deyil ki, sərtlik və şiddət lazım olan yerdə də bunları gətirək. Aişənin (Allah ondan razı olsun) hədisində gəldiyi kimi “Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) öz nəfsinə görə intiqam almazdı, yalnız Allahın haramları pozulduqda alardı”.

Bax, burada Peyğəmbərimizin (Allahın ona salamı və salavatı olsun) qəzəbinin qarşısında heç bir şey dura bilməzdi. Əlavə olaraq zikr etmək istədiyim bu idi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir