Oxunma sayı: 39

Sual # : Şeyx Albani – Gərək mənhəcimiz saleh sələfilərin mənhəci üzərində olsun


Tarix: 2018-03-04

Cavab # : Şeyx Albani – Gərək mənhəcimiz saleh sələfilərin mənhəci üzərində olsun


Şeyx Albani:

Müxaliflikdir, amma şirkdə dediyimiz kimi, şirk bir neçə yerə bölünür, dindən çıxarmayan ləfzi şirk, baxmayaraq ki, şirkdir. Bəzi sözlər var ki, şirk deyil, amma Sünnədən də deyil. Bəzi sələfi dəvətçi qardaşlarımız var ki, əqidədə sələfidirlər, amma yolda, mənhəcdə sələfi deyillər. Çünki bu yol iki işi tələb edir.
Birincisi Allah Elçisinin (Allahın ona salamı və salavatı olsun) həyatını kamil təfsilatla öyrənmək, ikincisi isə etiqad etdiyimiz bu haqq üzərində sabit qalmaq və insanları öz üslublarına və adətlərinə sürüməmək.

Misal üçün insanlara ilk olaraq “ay sevimlilərimiz” kəlməsiylə xitab edən təbliğ camaatı olduğunu bilirik. Özüm-özümdən sual verirəm ki, görəsən insanlara müraciət formasında onlar Peyğəmbərimizdən (Allahın ona salamı və salavatı olsun) daha doğru yoldadırlarmı, daha yumşaq, daha hikmətlidirlərmi? Allah onun barədə demişdir ki, {Rəbbinin yoluna hikmətlə, gözəl moizəylə dəvət et və ən gözəl tərzdə onlarla mücadilə et}.

Allah Elçisinin (Allahın ona salamı və salavatı olsun) nə qədər xütbələri vardır ki, bunlarda “ey sevimlilərimiz” kimi bu cürə əzilib-büzülmək görmürük. Bundan başqa da bəzi sözləri var, amma indi yadıma düşmür, onların kasetlərində eşidirəm. Onlar bizim kimi tövhidə dəvət edirlər, lakin eyni anda da bu cürə yumşaq-yumşaq kəlmələrdən də istifadə edirlər. Müraciət belə olmalıdır ki, “ey müsəlmanlar” və ya buna bənzər Allah Elçisindən (Allahın ona salamı və salavatı olsun) mütəvatir və ya ən azından çoxluqla gələn naslara əməl olunmalıdır.

Buna görə də daima deyirik və həmişə də deyəcəyik ki, gərək mənhəcimiz, yolumuz hamısı saleh sələflərimizin yolu üzərində olsun, o kəslərin ki, həmişə açıq–aydın haqqı demiş və Allah yolunda özlərini heç kəsin qınağı qorxutmamışdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir