Oxunma sayı: 43

Sual # : Şeyx Muqbil mövzusuna aydınlıq


Əhli-Sünnə alimlərinə nifrət edən, onların ətini yeyən, onları alçaldan bir qrup bidət əhli və sələfin düşmənləri bu dəfə Şeyx Abdullah Buxariyə və dolayısı ilə şeyx Muqbilə dil uzatdılar. Onlar bitmiş bir mövzunu, ən əsası isə əhli sünnənin böyük alimi olan alləmə şeyx Muqbilin xətasını üzə çıxarıb, camaata göstərməyə cəhd etdilər. Allahın müvəffəqiyyəti ilə bu məsələyə aydınlıq gətirək.

Bir vaxtlar Alləmə Şeyx Muqbil (Allah ona rəhmət etsin) Səudiyyə dövləti və kralı haqqında xətalı çıxışlar etmiş və bu haqda kitablarında (“Tuhfətu əl-mucib – Cavab verənin töhfəsi”, əl-Məxaracu min əl-fitnə – Fitnədən çıxış yolu” və s. kitablarında) qeyd etmişdir. Bu səbəblə Şeyx Muqbil alimlər tərəfindən ciddi iradlara məruz qalmışdır. Şeyxə bu məsələdə alləmə şeyx İbn Bəz, alləmə şeyx Əhməd ən–Nəcmi və s. bir çox alimlər – bəziləri danışaraq, bəziləri məktublaşaraq – nəsihət etmişdir. Daha sonra şeyx Muqbil bu fikirlərindən qayıtmış və bunu ümmətə bəyan etmişdir…

Bu videonu hazırlamaqda məqsədimiz, şeyxin hansısa xətasına işıq yandırmaq deyil, əksinə bidət əhlinin son günlər bu məsələni qabardaraq Şeyx Abdullah Buxari başda olmaqla, sələfiləri alçaltmaq cəhdlərinə cavab verməkdir.

 

Tarix: 2018-03-04

Cavab # : Şeyx Muqbil mövzusuna aydınlıq


Öncə alləmə şeyx İbn Bəzin (Allah ona rəhmət etsin) şeyx Muqbilin (Allah ona rəhmət etsin) yuxarıda qeyd etdiyimiz “Fitnədən çıxış yolu” kitabı haqda sözlərini dinləyək:

Sual:

Şeyx Muqbil ibn Hədi əl-Vadiinin “Fitnədən çıxış yolu” kitabı barədə nə deyirsiniz? Çünki bəzi qardaşlar sizdən nəql edirlər ki, siz demisiniz ki, bu kitab “Fitnəyə giriş yoludur”.
Xahiş edirik bunu bizim üçün açıqlayasınız.

Şeyx İbn Bəz:

Kitabda bəzi mülahizələr var. O kitaba bu mülahizələr düzəldikdən sonra qayıdılacaq. Bəli, bəzi mülahizələr var. İnşəAllah yaxın vaxtlarda kitaba qayıdılacaq, gərək ki, bu mülahizələr islah edilsin, sonra o kitaba qayıdılacaq (yəni, kitaba Səudiyyədə qoyulmuş qadağa qaldırılacaq).

İndi isə Əhməd ən-Nəcmi nin – “Əl-Fəthu ər-Rabbaniyyu fi əd-difəi an şeyx Muhəmməd Nasiriddin əl-Əlbəni – Şeyx Muhəmməd Nasiriddin əl-Əlbənini müdafiə etməkdə Rabbani fəth, (səh. 17-19)” – adlı kitabında bu məsələ haqda sözlərini oxuyaq:

Şeyx Əhməd ən-Nəcmi:

Şeyx Muqbil ibn Hədi əl–Vadiinin (Allah ona rəhmət etsin) bu cür danışığı və başda kral olmaqla (Allah onu qorusun) Səudiyyədəki alimlərə və nazirlərə (əhlul-həll vəl-aqd) tən etməsi, bu əməllər münkərdir və biz də bunları inkar edirik. Onun özünə bütün bunları ən sərt şəkildə inkar edirik və bilirik ki, bu şeylər onun sələfiliyinə ləkə gətirir. Baxmayaraq ki, o, rafızilərin və şiələrin ortasında Sünnəni yaydığına görə təşəkkür olunur, amma onun hələ görmədiyimiz, heç görmək də istəmədiyimiz “Fitnədən çıxış yolu” adlandırdığı kitabında dediyi sözləri – tövhid dövləti olan, Allahın şəriətini tətbiq edən, Allahın hökmləriylə hökm verən, öz məktəblərində, liseylərində və universitetlərində tövhid keçən, heç bir pir olmayan, heç bir ibadət olunan şirk ocağı olmayan, İslama nisbət olunan dövlətlərin içində bu şeylərlə seçilən – düzdür, məsumluq iddiasında deyilik – Səudiyyə dövlətinə qarşı öz düşmənçiliyini, nifrətini qaynatmışdır.

Misari, Muhəmməd Surur və başqaları bu müsəlman, tövhid dövlətinə qarşı olan nifrətləri, düşmənçilikləri onları bu dövlətə tənə etməyə apardıqları kimi şeyx Muqbili də bu şeyləri etməyə aparmışdır. Şeyx Muqbil özü hədis əhlidir, Sələfi mənhəcinə tabe olub, Əhli Sünnə vəl–Cəməanın etiqadında olanlardandır, onun üçün ən yaxşı olanı bu idi ki, bu kin-küdurət, onu bu qədər uzağa aparıb, Sələfilikdən çıxarıb xarab, iylənmiş təəssübkeşliyə aparmamalı və Əhli Sünnə vəl-Cəməanın etiqadından uzaqlaşdırmamalı idi. Güman edirəm ki, onun bu kitabına əks olan bir kitab görəcəyik ki, həmin kitabında o dediklərindən üzrxahlıq edər və gözəl tərzdə haqqa qayıdar. Allah bizi də, onu da bağışlasın.

Allah istəyərək şeyx Muqbili xəstəliklə imtahan etdi. Xeyir əhlindən olan bəzi alimlər onu gətirmək üçün, burada müalicə etdirmək üçün hökumətlə danışdılar və bütün ailəsi ilə birgə xəstə ikən buraya gəldi, dövlət də onu hörmətlə qarşıladı, tayı-bərabəri olmayan tərzdə ikram etdi, özü kimilərinə layiq olan oteldə yerləşdirdi, hər bir ərzaqını verdi, dövlət hesabına ən yüksək səviyyəli mütəxəssis xəstəxanalara yönəltdi. Həkimlər xaricdə müalicə olunmasına qərar verdikdə dövlət hesabına Amerikaya, sonra da Almaniyaya göndərdilər, orada müalicə olundu. Lakin özü məmləkətə qayıtmağa qərar verdi və qayıtdı, Ciddə şəhərindəki Məlik Feysal adına mütəxəssis xəstəxanada yatdı və vəfat edənə qədər dövlət hesabına orada qaldı. Mən və bəzi şeyxlər həcc günlərində dəfələrlə onunla görüşdük, sonralar da səhhətini xəbər almaq üçün dəfələrlə telefon bağlantısı etdim.

Ömrünün sonlarında bir kaset yazdı, bu dövlətin fəzilətini (Allah bu dövləti qorusun) etiraf etdi, təriflədi, xeyirlər söylədi. Qərar verdi ki, dövlət məmurları (polislər) barədə dediyi sözləri nəşr olunmasın və bütün bu olub-keçənlərə görə təəssüflənir. Ciddə şəhərindəki Məlik Feysal adına xəstəxanada ölüm onu yaxaladı, Məkkə Haramında ona cənazə namazı qılındı, “Adl” qəbiristanlığında dəfn olundu. Allahdan bizi də, onu da öz rəhmətinə almağını və heç bir kəsin yaxa qurtara bilmədiyi xətaları bizdən də, ondan da əfv etməsini istəyirik. Müvəffəqiyyət Allahdandır. (Sitatın sonu)

Son olaraq isə Şeyx Muqbil 1422-ci ildə “Səudiyyədə gördüklərim” adlı kasetində Səudiyyə hökuməti barədə əvvəllər söylədiyi yaxşı olmayan sözlərindən dönməsini etiraf edirək deyir:

Şeyx Muqbil:

Qaldı bir məsələ, o da (Səudiyyə barədə) yazdıqlarımdır. Bu barədə dəfələrlə mənə suallar verilib, kasetlərdə mövcuddur. Mən, artıq kitablarımı çap edən qardaşa əmr etmişəm ki, Səudiyyəyə qarşı danışdığım sözlərdən heç birini kitablarımda saxlamasın. Çünki uca Allah buyurur:

“Yaxşılığın əvəzi ancaq yaxşılıqdır.” (Rahmən, 60)

Onlar bizə yaxşılıq etdilər, bizə son dərəcə gözəl ikram etdilər, Allahın bizə olan fəziləti ilə biz də yaxşılığı pisliklə qarşılayanlardan deyilik.

Burada kitabın haşiyəsində kitabı çap edən deyir:

Bu məclis 1422–ci ilin məhərrəm ayının 9-10-da olmuşdur. Bundan iki ay qabaq şeyxin kitablarını çap etmək barədə uzun-uzadı olan bir məclisdə və ondan da qabaq “Tuhfətu əl-mucib” kitabının çap etmək ərəfəsində şeyx bizə əmr etdi ki, həmin kitabda Səudiyyə dövlətinə qarşı danışdığı bütün o sözlərin hamısı silinsin. Bu isə 1419-cu ildə şeyx xəstələnməmişdən və Səudiyyəyə girməmişdən öncə olmuşdur.

Sonra şeyx Muqbil deyir:

Şeyx Muqbil:

Allah bizləri də, sizləri də Özünün sevib, razı qaldığı əməllərə müvəffəq etsin. Suallar çoxalıb ki, siz hökumətlər barədəki sözlərinizdən qayıtmısınızmı? Səudiyyə hökuməti barədə sözümdən dönmüşəm, Allah onlardan razı olsun.

De: ‘Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur.’ (İsra, 81)

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir