Oxunma sayı: 93

Sual # : Şeyx Buxari ilə qafqazlı gəncin söhbəti


Tarix: 2018-02-27

Cavab # : Şeyx Buxari ilə qafqazlı gəncin söhbəti


Şeyx Abdullah əl-Buxari:

Qafqaz ölkələrin birindən bir nəfər yanıma gəlmişdi. Deyəsən bunu sizə danışmışam, bu şeylər tez–tez təkrarlanır. Və o, insanları təkfir etmək məsələsi canına işləmiş, bu məsələdə dərinə getmiş biri idi. Danışdığı ancaq bu şirkdir, o küfrdür, təkfir nə ilə olur və s. belə şeylər.

Bir neçə dəfə münaqişə etdim və dedim: Qardaşım! Zənn et ki, mən şübhə sahibiyəm, sən isə haqq sahibi. Mənə indi səndən istədiyim şeydə haqqı öyrət. Zənn et ki, sən hidayət üzrəsən, mən isə şübhə əhliyəm. Mənə cavab ver.

Təbii ki, özündə heç bir cavab yoxdur.

Dedim: Neçə ildir Allah səni bu doğru olduğunu zənn etdiyin mənhəcə hidayət edib?

Dedi: Dörd ildir.

Onun yaşı iyirmi üç–iyirmi beş arasında olardı.

Dedim: Neçə?

Dedi: Dörd ildir.

Dedim: Bu hidayətdən qabaq özünü nə zənn edirdin, kafir, yoxsa müsəlman?

Dedi: Müsəlman.

Dedim: Yaxşı! Zənn edirsən ki, guya hidayət olunmusan, indi əvvəlki vaxtlarını nə hesab edirsən? Müsəlmanlardan, yoxsa kafirlərdən idin?

Susdu! Cavab verə bilmədi. Miskin, yazıq!

Dedim: Ata–anan barəsində nə etiqad edirsən?

Susdu! Çünki onların müsəlman olduğunu etiqad etmirdi.

Haqdan sonra zəlalatdan başqa nə ola bilər? (Yunus surəsi, 32)

Kommunistlərin və ya keçmiş Sovetlər İttifaqının olduğu bəzi dövlətlərdə, insanlar “Mən müsəlmanam” dediklərinə görə öldürülürdülər! İnsan “Mən müsəlmanam” dediyinə görə öldürülür! Heç ola bilsin ki, İslamdan, onun adından başqa heç nə bilmir və öldürülənədək öz İslamından bərk yapışır. Bu həqiqətdir. Bu uzun illər boyu bu kəs İslamını qoruyub saxlayıb, indi sən gəlmisən bütün hərisliyinlə onu İslamdan çıxarmaq istəyirsən, hansı ki, ona görə ölümə belə səbr edirdi. Nədir bu hərislik? Onu İslamdan çıxarmaqmı vacibdir, yoxsa onu İslamı üzərində islah etmək? Əgər sən xeyirə çağıransansa, başqaları üçün xeyir istəyənsənsə, onda sən nəyə can atmalısan? İnsanları islah etməyə, yoxsa onları zülmətə doğru aparmağa? Yoxsa onları Cəhənnəmin lap dibinə atmağa? Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) dəvəti bu cürmü olub?

Ona dedim: Ey oğlum! Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) dəvəti necə ki, İmam İbn Qeyyim və başqaları deyir iki hissədən ibarət idi:

Birincisi, İslama daxil olmaları üçün kafirləri dəvət etmək. Buna görə də, Muazı və başqalarını (dəvətə) göndərdi və dedi:

“Sən, əhli kitabdan olan bir qövmün yanına gedirsən, ən birinci dəvət edəcəyin şey, Allaha ibadət etmək olsun”, kafirləri İslama girmələri üçün dəvət etmək.

İkincisi, möminləri dində sabit qalmaları üçün dəvət etmək. Möminləri dindən çıxmağa dəvət etmək yox! İki iş arasında nə qədər fərq var. Kimsə dini öyrənər, ona sarılar, onun əhlindən olar, sonra dində bidət edər və bu məqamda ona düşdüyü şeyi bəyan etmək vacib olur. Əgər israr edərsə, onda hava əhlinə itlaq olunur, onlardan sayılır. Bu başqa məsələdir.

Siz öz nəfsinizi bu kimi şeylərlə məşğul etməyin, səhih elmi öyrənin. Əgər elm öyrənsəniz, onda artıq danışmayacaq, səhih elmlə qane olacaq, kimin üzrlü və kimin üzrsüz olduğunu biləcəksiniz.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir