Oxunma sayı: 40

Sual # : Şeyx Albani mumeyyilikdən danışır


Sual:

Hörmətli şeyx, belə etmək lazımdırmı və ya Sələfi mənhəcində belə şey varmı ki, müxalifə rədd verdikdə onun yaxşı əməllərini də sadalamalıyıq? Təfsilatlı cavab istəyirik.

Tarix: 2018-02-27

Cavab # : Şeyx Albani mumeyyilikdən danışır


Şeyx Albani:

Əgər məqsəd haqqı bəyan etməkdirsə, bir şey, yox əgər hansısa bir məsələdə xəta etdiyini gördüyümüz bir şəxsin tərcümeyi-halından danışırıqsa, bu, başqa şeydir.

Birinci halda, şərt deyil ki, müxalifə rədd verdikdə onun yaxşı əməllərindən də danışaq. Amma dediyim o biri halda, onun özü barədə danışdıqda isə şəkk yoxdur ki, gərək rədd verən şəxs o kəsin ancaq xətalarından yox, bu ayəyə əsasən həmçinin də yaxşı əməllərindən də danışsın: Allah təalə buyurur:

Bir qövmə qarşı kin-küdurətiniz sizi ədalətsiz olmağa sürükləməsin, adil olun, təqvaya ən yaxın olanı da, elə budur. (Maidə, 8)

Amma rəddiyyəsiz tərif – bu əməl saleh sələflərin mənhəcinə ziddir və Allah Elçisinin (Allahın ona salamı və salavatı olsun) bəzi səhəbələrə verdiyi rədlər vaxtı tutduğu yola müxalifdir. Etiqad edirəm ki, bu mövzuda olan hədisləri cəm etsən bir risalə olar. Misal üçün dostunu onun üzünə tərif edənə belə dedi:

“Vay olsun sənə, qardaşının boynunu vurdun, vay olsun sənə, qardaşının boynunu vurdun.” Üç dəfə beləcə təkrarladı.

“Əgər biriniz qardaşını tərifləmək istəyirsə, belə desin: Onun belə, belə olduğunu hesab edirəm, Allah yanında heç kimi təmizə çıxarmıram.”

Həmçinin bir nəfər Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) xütbəsində və ya moizəsində iştirak edir və belə deyir:

“Ey Allahın Elçisi, əgər Allah və sən istəsən.” Belə olduqda Allah Elçisi (Allahın ona salamı və salavatı olsun) ona yönəldi və inkar sualı verərək dedi: Məni Allaha şərikmi qoşdun?! Belə de ki, əgər tək Allah istəsə.”

Misallar saysız-hesabsız çoxdur. Buna görə də hesab edirəm ki, əgər bu qaydanı deyən varsa da bu, fakt olaraq bugünkü gündə, bu əsrdəki bəzi dəvətçilərin əzilib-büzülməklərindən, hətta lap onların mumeyyiliklərindəndir!!! Çünki onlar açıq-aydın haqla danışmaq, haqqı açıq-aydın ortaya qoymaq istəmirlər, çünki haqqı açıq-aydın ortaya qoymaq acıdır. Bunun qarşısında bir az halı, vəziyyəti nəmləndirmək, yumşaltmaq istəyirlər. Etiqad edirəm ki, bu şeylər Sünnəyə müxalifdir, bu üslubların hamısı bir çox tərəfdən Sünnəyə müxalifdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir