Oxunma sayı: 89

Sual #882 : Şeyx Fovzan – İnsanları şəkk-şübhəyə salma! Ölkə əhalisi ilə birgə oruc tut və bayram et!


Sual:

Müsəlmana Ramazanın başlanğıcını və sonunu (qabaqcadan təyin edilmiş) kalendara (təqvimə) etimad etməsi icazəlidirmi, yoxsa ayı müşahidə etmək vacibdir?

Tarix: 2018-02-19

Cavab #882 : Şeyx Fovzan – İnsanları şəkk-şübhəyə salma! Ölkə əhalisi ilə birgə oruc tut və bayram et!


Şeyx Saleh əl-Fovzan:

Aləmlərin Rəbbi olan Allaha həmd olsun ki, bu məsələ haqqında yetərincə danışılıb. Bu məsələdə ölkə başçılarına və alimlərə qayıdılmalıdır. Müsəlman müsəlmanlarla bir yerdədir, əgər müsəlmanlar oruc tutarlarsa, o da onlarla oruc tutur və əgər müsəlmanlar iftar edərlərsə, o da onlarla iftar edir. Belə məsələlərə etinasız yanaşmayın. Müsəlman müsəlmanlarla bir yerdədir. Onlarla bir yerdə oruc tutar və onlarla bir yerdə iftar (bayram) edər.

Lakin fayda baxımından deyim ki, Allah elçisi (sallAlIahu aleyhi və səlləm) Ramazanın başlanğıcını və sonunu hilalın görünməsi ilə əlaqələndirib. Və o (sallAllahu aleyhi və səlləm) deyib:

“Onu (yeni doğmuş ayı) gördükdə oruc tutun, onu gördükdə də orucu açın. Əgər yeni doğmuş ay sizə görünməzsə, ayın günlərini otuzdan hesablayın.”

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Ramazanın başlanğıcını və sonunu hilalın (yeni doğmuş ayın) görünməsi ilə əlaqələndirdi. Yeni doğmuş ayı (ədalətli) müsəlmanlardan bir nəfərin görməsi yetərlidir. Əgər hilalı müsəlmanlardan bir nəfər görərsə və əgər onun şahidliyi ölkə başçısı tərəfindən təsdiq edilərsə, o zaman müsəlmanların hamısı bir yerdə oruc tutmalıdır. Çünki müsəlmanlar tək bir ümmətdir.

“Orucu qabaqcadan təyin olunmuş kalendarla tutaq, yoxsa təzə doğmuş ayı görməklə?” – deyə soruşaraq insanlar arasında şəkk-şübhə yaymaq lazım deyil. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi:

“Onu (yeni doğmuş ayı) gördükdə oruc tutun.”

Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) bu sözündən sonra başqa bir söz deməyə kiminsə haqqı yoxdur.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

 

Comparison Shopping Engine