Oxunma sayı: 80

Sual #891 : Şeyx Useymin – Digər ölkədəki Ayı izləmə, ölkə başçısına tabe ol və camaata birgə ol


Sual:

Möhtərəm şeyx, Allah sizə bərəkət versin!

Bir çox Afrika ölkələrində Ramazanın təzə ayı görünməsi fərqlidir. Biz təzə ayı birinci gündə görə bilmirik. Bəzi insanlar İslam ölkələrində dinləyirlər ki, onlar ayı görüblər, buna görə də onlarla birlikdə oruc tuturlar. Bəziləri isə deyirlər ki, bizim təzə ayı görmə yerlərimiz həmin ölkələrdən fərqlənir. Buna görə insanlar böyük ixtilafa düşürlər. Onlardan bəziləri deyirlər ki, siz vəhabi ölkəyə itaət edirsiz. Söz-söhbət çox uzun olur. Bu məsələdə ən doğru rəy hansıdır?

Tarix: 2018-02-19

Cavab #891 : Şeyx Useymin – Digər ölkədəki Ayı izləmə, ölkə başçısına tabe ol və camaata birgə ol


Şeyx Useymin:

Ən doğru olan odur ki, onlar orada olan alimlərin və başçıların sözlərini dinləsinlər. Çünki oruc günü insanların (camaatın) oruca başladığı gündür və bayram günü də, insanların orucu bitirdiyi gündür. Hər hansı bir ölkəni izləmələrinə gəldikdə isə, halbuki, bu məsələdə hökm verməyə ixtiyarları olanlar onların hökm sahibləridir, onlar isə, digər ölkələri izləməyi doğru hesab etmirlər. Bu halda onların belə etmələri (digər ölkələri izləmələri) biz hesab edirik ki, səhvdir. Biz hesab edirik ki, onlar öz başçılarına tabe olmalıdırlar. Əgər onlar yeni ayın girməsi haqqında hökm versələr, onlara Ramazan daxil olduqda oruc tutmaq, bayram gəldikdə isə orucu bitirmək vacib olur. Demək insanlar rəhbərlərinə tabedirlər, əgər o oruca başlasa, onlar da başlayır, bitirsə isə onlar da bitirməlidirlər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir