Oxunma sayı: 71

Sual #883 : Şeyx Useymin – Ölkə əhalisi ilə birgə oruc tut və bayram et! – 3


Tarix: 2018-02-19

Cavab #883 : Şeyx Useymin – Ölkə əhalisi ilə birgə oruc tut və bayram et! – 3


Şeyx Useymin:

Bəziləri isə belə hesab edirlər ki, bu məsələdə təzə ayın görünmə yerlərinə uyğun əməl olunmalıdır. Belə ki, təzə ayın görünmə yerləri bir–birindən fərqlənərsə o zaman vahid hökmə uyğun əməl etmək vacib deyil. Lakin ayın görünmə yerləri bir olarsa vahid hökmə uyğun əməl etmək vacib olur. Belə ki, ölkələrdən birində təzə ay görünərsə və digər ölkələr ayın görünmə yerlərinə görə bu ölkəyə uyğun olarsa, bu zaman onlara da oruc tutmaq vacib olur, müxtəlif olduqda isə onlara oruc tutmaq vacib olmur. Dəlillər və zehni əlaqələndirmə baxımından doğru olan rəy də budur. Dəlilə gəldikdə, Allah təalə buyurur:

“Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar.” (Bəqərə, 185)

Yəni, bu aya çatmayan şəxs üçün oruc tutmaq vacib deyil. Həmçinin, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurub:

“Onu (təzə ayı) gördükdə oruc tutun və (bir daha) onu gördükdə orucu bitirin.”

Bu cümlədən başa düşülür ki, əgər biz onu görməsək bizə nə oruc tutmaq, nə də orucu bitirmək vacib deyil. Məna və qiyas baxımından da bu elədir. Belə ki, gündəlik imsak və iftar məsələlərində ölkələrimiz bir–birindən fərqləndiyi kimi, həmçinin aylıq oruca başlayıb bitirmək məsələlərində də, fərqlənməlidirlər. Hər gün Şərqdə yaşayanlar üçün Günəş, Qərbdə yaşayanlar üçün olduğundan daha tez batır. Buna görə də, Şərqdə yaşayanlar iftar etdikdə, Qərbdə yaşayanlar hələ oruc tuturlar. Eləcə də, Şərqdə yaşayanlar Qərbdə yaşayanlardan daha tez imsak edirlər. Şərqdə yaşayanlar onlarda sübh çağının açıldığı üçün oruca başlayırlar, Qərbdə yaşayanlar isə onlarda sübh çağının hələ açılmadığı üçün yeyib-içirlər. Əgər gündəlik imsak və iftar məsələsində fərq icma ilə sübut olunubsa, heç bir şübhəsiz ki, aylıq oruca başlayıb bitirmək də onun mislindədi və burada heç bir fərq yoxdur. Lakin, bununla belə, biz deyirik ki, əgər bir insan bir yerdə olarsa, o, həmin yerə uyğun əməl edir. Başçı oruc tutmaq əmrini verərsə, o da, oruc tutmalıdır, orucu bitirmək əmrini verdikdə isə, orucu bitirməlidir.

Əgər bir nəfər təzə ay daha tez görünən bir ölkəyə gələrsə, yəni ki, məsələn, elə bir ölkədən gəlib ki, o ölkədə gəldiyi ölkədən iki gün qabaq oruca başlayıblar, bu zaman gözləyir ki, səfər etdiyi ölkənin camaatı oruclarını bitirsinlər. Əgər əksinə olarsa isə, məsələn, elə ölkədən gəlib ki, onlar oruc tutmağa səfər etdiyi ölkədən gec başlayıblar, bu zaman o, həmin səfər etdiyi ölkə camaatı ilə birlikdə orucu bitirir, sonra isə qalan bitirmədiyi günləri qəza olaraq oruc tutur. Çünki camaata müxalif olmaq olmaz, əksinə onlarla uyğunlaşır, əgər orucundan bir şey qalarsa, sonra onu tamamlayır. Necə ki, məsələn, namaz əsnasında özünü imama çatdırır, onunla birlikdə namazdan çatdırdığını qılır, sonra isə çatdırmadığını özü tamamlayır.

Xülasə, bu məsələnin hökmü budur ki, alimlər bu məsələdə ixtilaf ediblər. Lakin, hər bir halda, sən hər hansı bir ölkədə olarsansa, onlarla birlikdə oruc tut və orucu bitir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir